Allium lenkoranicum

Lənkəran soğanı (lat. Allium lenkoranicum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. Azərbaycanın nadir, endemik növüdür. Regional IUCN statusu: CR B2ab (ii, v).

Lənkəran soğanı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Soğanaq yumurtavari, 1-2 sm yoğunluğunda, boz-qəhvəyi və yatutqun qınla örtülüdür. Gövdə 2/3 hissədə yarpaq qını ilə örtülüdür, 16-40 (50) sm hündürlükdə, yarpaqlar şarşəkilli şırımlıdır. Çətir yarımşarvari, 3-4 sm diametrində sıx, çox olmayan çiçəklidir. Çiçəkyanlığı 5-6 mm uzunluğundan bir az çıxır, qutucuqdan 3 dəfə qısadır. Qutucuq çiçəkyanlığından bir az qısadır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə və meyvə əmələgəlmə dövrü iyul-avqust aylarına təsadüf edir. Soğanaqla çoxalır. Kseromezofitdir.

Lənkəranın dağlıq hissəsində yayılmışdır. Orta dağ qurşağından subalpa qədər yaşlı yamaclarda rast gəlinir.

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyalarının təbii bərpası azalır, yeganə lokalitetində mənfi iqlimə və antropogen təsirlərə həssaslıq müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın növ sayının azlığı, dekorativ əhəmiyyətinə görə əhali tərəfindən qorunması vacibdir.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Mühafizəsi üçün xüsusi tədbirlər görülmür, antropogen təsiri azaltmaq məqsədilə yasaqlıqlar təşkil olunmalıdır.