Bu məqalə Almatı şəhəri haqqındadır. Digər mənalar üçün Almatı (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Almatı (qaz. Алматы; 1921-ci ilədək — Vernı, orta əsrlərdə — Almatu) — Qazaxıstanın ən böyük şəhəri və 1927–1997-ci illərdə ölkənin paytaxtı. Əhalisi 2 milyon nəfərdir).
Almatı | |||||
---|---|---|---|---|---|
Алматы | |||||
|
|||||
43°14′24″ şm. e. 76°54′54″ ş. u.HGYO | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 1854 | ||||
Sahəsi |
|
||||
Mərkəzin hündürlüyü | 893 m[1] | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | +7 727 | ||||
Poçt indeksi | 050000, 050063 | ||||
Nəqliyyat kodu | 02, A | ||||
Digər | |||||
almaty.kz | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Qazaxıstanın cənub şərqində yerləşən Almatı şəhəri, 1854-cü ildə Rusların şərqdə sərhəd qalası olaraq qurduqları şəhərdir və 2020-ci il 1 sentyabr statistikasına əsasən 1.955.080 nəfər əhalisi ilə Orta Asyanın ən inkişaf etmiş beynəlmiləl şəhəridir. Bir çox ticarət mərkəzi, restoranları, otelleri və kazinoları ilə varlı həyat tərzi ilə seçilir. Öncəki adı Alma Ata olan şəhər Alatau Dağları platosunda yerləşir. Bütün Qazaxıstanda olduğu kimi, Almatıda da ana dil qazaxca və ruscadır. Qazaxıstanın 1991-ci ildə Sovet İttifaqından müstəqillik əldə etməsindən sonra, Almatı şəhəri Qərb bazarlarına açılıb, çox sürətli inkişaf etmişdir. Almatı köhnə paytaxt olmasına baxmayaraq (indiki paytaxt Astana şəhəridir), hələ də ölkənin mədəni, iqtisadi və ticarət mərkəzi olaraq qalır.
Almatı şəhəri qış turizmi üçün ideal yerdir. Çimbulak qış turizm mərkəzi dəniz səviyyəsindən 3163 metr yuxarıda yerləşir. Çimbulak turizm mərkəzinin yanında yerləşən Böyük Almatı Gölü görməli yerlərdən biridir. Bundan başqa Almatıda təxminən 16 milyondan artıq ağac var.
Mərkəzi Muzeydə Qazaxıstan tarixi ilə bağlı eksponatlar mövcuddur. Panfilov Parkında, II. Dünya Müharibəsində həlak olanların xatirəsinə yanar alov və abidə görməyə dəyər, qüdrətli abidələrdir
Almatının mərkəzində çox düzgün yol planlaması var. Bütün küçələr paralel və perpendikulyar şəkildə salınmışdır. Küçənin bir tərəfində binalar tək nömrəli, qarşı tərəfdə da cüt nömrəlidir. Bir ünvanı izah etməyin ən asan yolu, gediləcək yer üzrə kəsişən küçələrin adlarını söyləməkdir. Almatı Qazaxıstanın ən böyük şəhəridir.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |