Almaniya–Ermənistan münasibətləri

Almaniya—Ermənistan münasibətləriAlmaniyaErmənistan arasında iki tərəfli diplomatik münasibətlər.

Almaniya—Ermənistan münasibətləri
Almaniya və Ermənistan
 Almaniya  Ermənistan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Almaniya—Ermənistan münasibətləri hələ də geniş şəkildə şərti olaraq sabit və möhkəm olaraq xarakterizə olunur. Hər iki ölkə 1918-ci ildə Ermənistan Demokratik Respublikası elan edildikdən sonra birlikdə çalışmış və 1991-ci ildə Ermənistanın SSRİ-dən müstəqilliyini elanından sonra işbirliklərini genişləndirmişlər. Hər iki dövlətin liderləri ikitərəfli münasibətlərini müzakirə edərək və son bir neçə ildə nəzərəçarpacaq dərəcədə yaxşılaşdıqları qənaətinə gəlmişlər.

2005-ci ildə Almaniyanın Federal Kansleri Gerhard Şröder Qondarma Erməni Soyqırımının tanınması üçün addımlar atdı. Almaniya, Türkiyəni bu hadisələrə görə "tarixi məsuliyyətini" qəbul etməyə çağırdı, ancaq "soyqırım" ifadəsini istifadə etməkdən imtina etdi. Soyuq müharibə dövründə Almaniya Federativ Respublikası, NATO üzvü Türkiyə ilə həmrəylik üzündən Qondarma Erməni Soyqırımı mövzusuna məhəl qoymadı[1][2].

Ancaq Ermənistanla Almaniya arasındakı münasibətlər müsbət olaraq qalırdı. Halbuki nisbətən az sayda erməni Almaniyada yaşayırdı.

2015-ci ilin mart ayında Almaniyanın Xarici İşlər Nazirliyi Ermənistanla müsbət siyasi, iqtisadi və mədəni əlaqələrin qurulduğunu bildirdi. Əfqanıstan müharibəsi zamanı (2001-2014) erməni əsgərləri Əfqanıstandakı Alman kontingentinə bağlı idilər və Kunduz şəhərindəki koalisiya hava limanını qorumaq funksiyasını yerinə yetirirdilər.

2016-cı ilin iyun ayında Alman Bundestaqı 1915-ci ildə Osmanlı imperiyasında ermənilərə qarşı törədilən cinayətləri soyqırım kimi tanıyan bir qərar qəbul etdi[3].

İqtisadi əlaqələr

[redaktə | mənbəni redaktə et]

Almaniya Avropa İttifaqında Ermənistanın aəsas ticarət tərəfdaşıdır. Ermənistana ixrac etdiyi ümumi ixracat baxımından dünyada üçüncüdür. Bu baxımından yalnız RusiyaÇindən geri qalır. Ermənistan məhsullarının ixrac edildiyi beçinci ən böyük ölkədir. Bu baxımından Almaniya ancaq Rusiya, Bolqarıstan, İsveçrəGürcüstandan geri qalır. 2017-ci ildə Ermənistanın Almaniyaya ixracatı 112 milyon avro, Almaniyanın isə 152 milyon avro olmuşdur. Almaniyanın Ermənistana ixracatı əsasən avtomobillər, maşınlar, kimyəvi maddələr və elektrik məhsullarıdır. Ermənistanın Almaniyaya ixracatı: dəmir, polad, mis, molibden və digər metallar, həmçinin tekstildir. Ermənistana qoyulan təxminən 4.3 milyard ABŞ dolları təşkil edən birbaşa xarici investisiyanın 6.3% -i Almaniyadan gəlir[4].

Diplomatik nümayəndəliklər

[redaktə | mənbəni redaktə et]

Ermənistanın Berlində səfirliyi var[5].

Almaniyanın İrəvanda səfirliyi və Gümrüdə baş konsulluğu var[6].

  1. "Turkey Withdraws Ambassador from France". Spiegel Online. 22 December 2011. 18 February 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 October 2020.
  2. Bidder, Benjamin; Steinvorth, Daniel; Zand, Bernhard. "Demons of the Past: The Armenian Genocide and the Turks". Spiegel Online. 8 April 2010. 27 April 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 October 2020.
  3. "Германия признала геноцид армян, вызвав возмущение Турции". РИА Новости (rus). 20160602T1759. 2020-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-28.
  4. "Armenia - Federal Foreign Office". 2017-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-21.
  5. "Հայաստանի Հանրապետության արտաքին գործերի նախարարություն". 2019-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-21.
  6. "Armenia - Federal Foreign Office". 2019-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-21.