Almuk Abbasov (tam adı: Almuk Süleyman oğlu Abbasov d.24 aprel 1932, (Bakı–Azərbaycan) — fizika-riyaziyyat elmlər doktoru (1989), professor (1990). Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun şöbə müdiri olmuşdur. Hazırda AMEA-nın Fizika İnstitutunda bas elmi işçi və laboratoriya rəhbəri kimi fəliyyətini davam etdirir (1972-ci ildən). D. İ. Mendeleyev ad. Ümumittifaq Kimya Cəmiyyətinin diplomu və mükafatı (1966), Beynəlxalq Elm Fondunun mükafatı (ABŞ) (1993) ilə təltif olunmuşdur.
Almuk Abbasov | |
---|---|
Almuk Süleyman oğlu Abbbasov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Elm sahəsi | Fizika-riyaziyyat |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmlər doktoru |
Elmi adı | professor |
Almuk Abbasov 1932-ci il aprel ayının 24-də Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Əslən Qazax rayonundandır. 1950-ci ildə orta məktəbi qızıl medalla, 1954-cü ildə Tomsk Dövlət Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1959-cu ilə qədər Bakı şəhəri 3 saylı orta məktəbdə müəllim işləmişdir. 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasına daxil olmuş, təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinə göndərilmişdir. 1964-cü ildə Moskvada namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi adı almışdır. Həmin ildən Bakıya qayıdaraq Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda elmi fəaliyyətini şöbə müdiri kimi davam etdirmişdir.
Sonralar doktorluq müdafiəsi etmiş, professordur. 300-dən çox elmi işin, 5 ixtiranın müəllifidir. Beynəlxalq elmi konfranslarda (ABŞ, Yaponiya, Almaniya, Fransa, Finlandiya, Rusiya, İngiltərə, İtaliya, Kanada, Avstraliya, Çexoslovakiya, Macarıstan və s.) məruzələr etmişdir. Bir neçə elmlər doktoru və namizədlərin elmi rəhbəri olmuşdur. Geniş elmi, ictimai fəaliyət göstərir. Bir sıra elmi cəmiyyətlərin, ictimai fondların mükafatçısıdır. Hazırda AMEA-nın Fizika İnstitutunda bas elmi işçi və laboratoriya rəhbəri kimi fəliyyətini davam etdirir (1972-ci ildən).
Tədqiqatları elektron texnikası üçün AIIIBV, AIIIBVI yarımkeçirici birləşmələrin termodinamiki xassələrinin öyrənilmə sinə, missulfidinin əsasında superion elektrolitli, aşağı temp-rlu kimyəvi cərəyan mənbəyinin alınmasına həsr edilmişdir; Gibbs enerjisinin qadağan olunmuş zolaqdan asılılığını, binar və üçqat yarımkeçiricilərin kimyəvi daşınma reaksiyalarının texnoloji rejimini təyin etmişdir. Alüminium, qallium, indium, n.t.e., mis, qümüş halkogenidlərinin termodinamik xassələri öyrənmişdir. Gümüş halkogenidlərində faza keçidləri tədqiq etmişdir. Atomizasiya enerjisi hesablamışdır. Birləşmələrin monokristalları alınmışdır. Bərkfazalı kimyəvi cərəyan mənbəyi yaradılmışdır. Xalkogenidlərin elektrik xassələri öyrənilmişdir. Elmi işlər D. J. Mendeleyev adına ÜKC və Beynəlxalq Elmi Fondun (Soros) diplomuna və mükafatına layiq görülmüşdür. Bir sıra beynəlxalq elmi konfranslarda iştirak etmişdir.[1][2]
Beynəlxalq Müasir Elmlər Akademiyası[2]