Alp sarıcası (lat. Colias thisoa) — pulcuqqanadlılar dəstəsinə, ağ kəpənəklər fəsiləsinə aid nadir kəpənək növü.
Alp sarıcası | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstəüstü: Ranqsız: Dəstə: Yarımdəstə: Klad: Klad: Klad: İnfradəstə: Klad: Klad: Klad: Klad: Fəsiləüstü: Fəsilə: ???: Alp sarıcası |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Kəpənək qanadları açılmış halda 45-50 mm-ə çatır. Rəngi müxtəlifdir. Erkək fərdlərin rəngi açıq narıncı olub, qanadlarının xarici kənarı ensiz qara haşiyəlidir. Dişi fərdlərin rəngi tünd narıncı olub, qanadlarının kənarındakı haşiyə enlidir.[1]
Qafqaz, Orta Asiya dağlarında, Azərbaycanda Dərəlyəz və Zəngəzur dağ silsiləsində (Kiçik Qafqaz) və Şahdağda (Böyük Qafqaz) yayılmışdır.[2]
Dəniz səviyəsindən 2000-2500 m yüksəklikdə tikanlı gəvən qarışıqlı alp otları bitən sıldırım yamaclarda yaşayır. İyunda və iyulun əvvəlində uçur, şığıyır və yer səthindən çox yüksəyə qalxmır. Dişi fərdlər nadir hallarda uçur, əksər hallarda otlar üzərinə qonur. İyunun sonu və iyulun əvvəlində yüksək dağlarda bitən tikanlı gəvən bitkisi üzərinə yumurta qoyur. Tırtıllar həmin bitkinin yarpaqları ilə qidalanır. İyulun sonlarında puplaşma sıx tikanlı gəvən kollarının daxilində başlayır və puplar qışlamaya qalır. İldə bir nəsil verir. Təbii düşmən və xəstəliyi məlum deyildir.[3]
P.İ.Bedı tərəfindən 1977-ci ildə Naxçıvan MR-dan (Biçənək) tapılmışdır. R.Əffəndi tərəfindən Şahdağda 3 kəpənəyi qeydə alınmışdır. Son dərəcə nadir təsadüf edilən növdür.
Mal-qaranın otarılması nəticəsində kəpənəklərin yem bazasından – çiçəkləyən nektarlı bitkilərdən məhrum olması məhdudlaşdırıcı amillərdəndir.
Azərbaycanın Qırmızı kitabının I nəşrinə daxil edilmişdir.
Yaylaqlarda heyvanların otarılmadığı boş sahələrin ayrılması, bu ərazilərdə nektarlı bitkilərin əkilməsi qorunması üçün məsləhət görülən tədbirlərdəndir.