Alpamış (özb. Alpomish) — özbək dastanı.[1][2] Burada Baysun vadisində konqrat tayfasından olan qəhrəmandan bəhs edilir.
Alpamış dastanı | |
---|---|
özb. Alpomish | |
Janr | epos, dastan |
Dastanda konqrat tayfasının məişəti, ictimai münasibətləri, adət-ənənələri, dünyagörüşü aydın şəkildə təsvir edilmişdir. Müsbət qəhrəmanlar Alpamış, Gülbərçin, Keyqubad, Qarakozayım xalqın ən yaxşı keyfiyyətlərinin daşıyıcılarıdır. "Alpamış" digər türkdilli xalqlar, o cümlədən qaraqalpaqlar, tatarlar, başqırdlar, altaylar, qazaxlar və başqaları arasında da tanınır. Dastanın özbək variantları qazax və qaraqalpaq variantlarından onunla fərqlənir ki, Alpamış və onun sevgilisi iki qardaşın övladlarıdır. Özbək konqratlar öz yaxın və uzaq qohumları ilə evlənirlər ki, bu da onları Mərkəzi Asiyada yaşayan digər xalqlardakı konqratlardan fərqləndirir.
Dastanın əsas ideyasını xalqın müstəqillik uğrunda mübarizəsi, ədalətli və dinc həyatın bərqərar olması, yüksək bəşəri ideallar təşkil edir.
Dastanın variantlarının mətnlərini Əbubəkr Divayev, A. Konratbayev, Saken Seyfullin, Sabit Mukanov hazırlayıb nəşr etdirmişlər. Dastanın variantlarının mənşəyi, yayılması, oxşar və fərqli cəhətlərinin müqayisəli tədqiqi aparılmışdır. Alpamış dastanının elmi tədqiqində qazax alimləri Malik Qabdullin, X. Juməliyev, Muxtar Əvəzov, Saken Seyfullin, Alkey Marqulan, N. Smirnova və T. Sıdıkov iştirak etmişdir. Qazax bəstəkarı Erkeqali Rəhmadiyev "Alpamıs" operasını (librettosu K. Kenjetayeva) yazmışdır.