Alyaska atabaskları


Alyaska atabaskları ya da Alyaska deneleri (ing. Alaskan Athabascan/Athabaskan/Athapascan/Athapaskan/Dene peoples, Alaskan Athabascans[1][2][3][4], Alaskan Athabaskans[5], Alaskan Athapaskans[6], Athabascan Indians of Alaska, Athabascan Native Americans of Alaska, Athabascan-speaking peoples of Alaska; rus. атабаски Аляски ya da атапаски Аляски[7]), ABŞa bağlı Alyaska ştatının daha çox daxili bölgəsində Alaska Interior adı verilən Daxili Alyaskada bir azı da cənubda Sakit Okean sahillərində yaşayan və Na-Dene dillərinin Atabask dilləri qrupunun Şimali Atabask dilləri alt qrupundan dilləri danışan Şimal atabasklarından, ovçu və toplayıcı, yarı köçəri, matriarxat, animist ya da şamanist Subarktik yerlisi Alyaska xalqı.

Alyaska atabaskları
Fort-Yukonda qviçin xalqının ovu. (şəkil 1847-ci ildə nəşr olunan dərgidən götürülüb.)
Ümumi sayı
6.400
Yaşadığı ərazilər
ABŞ ABŞ (Alyaska)
Dili

Alyaska atabaskcası
ingilis dili

Dini

Xristianlıq (əksəriyyətlə Pravoslavlıq)
Şamanizm

Na-Dene dillərini danışan digər xalqlar kimi Atabaskların da Asiyadan Amerikaya Eskimo-Aleut xalqlarından öncə köç etdikləri sanılır. Atabaskların ataları ehtimalən 12.000 il öncə son buz dövrünün sonunda Berinq boğazından istifadə edərək Sibirdən köç etmişdilər[8]. Daxili Alyaskadakı (Interior Alaska) qədim arxeoloji qazıntılar, Alyaska Eskimo coğrafiyasının sahillərində olduğu kimi, təqribən 10.000 il öncəsinə tarixlənir və bunlar Sibirdəkilərlə yaxından ilgilidir[8]. Atabask dillərinin Sibirdəki Ketcə başda olmaq üzrə Yenisey dilləri ilə qohum olduğu 2008-ci ildə Eduard Vajda başda olmaq üzrə mütəxəssis dilçilər tərəfindən təyid edilmişdir[9]. Şimali Amerikada atabaskların anayurdunun şərqi Alyaska ya da qərbi Yukon olduğu düşünülür[10].

Alyaska Atabask hindlilərinin Avropalılarla ilk qarşılaşması Rusiya Alyaskası (1733 – 1867) dönəmiədə ruslarla Denağinalar arasında olmuşdur[11]. Bugün Denağinacada 75[12], Ahtnacada 50 Rusca alıntı var və bunlar hər iki xalqın ruslarla apardığı mütamadi kürk ticarəti sırasında dillərinə keçmişdir. Ruslardan Alyaskanın satın alımı və sonrası erkən ABŞ dönəmində (1867 – 1915) atabasklar özlərinə yad-yabançı olan avropalılara özgü xəstəliklərdən qırılmışdılar[11].

Dil Etnik say Danışan əhali
Guçincə (Alaska) 1,000 150
Guçincə (Kanada) 1,900 400
Koyukonca 2,300 150
Denağinaca 1,000 50
Ahtnaca 650 25
Aşağı Tananaca 400 25
Hanca (Alaska) 60 12
Hanca (Kanada) 250 7
Yuxarı Tananaca 300 55
Değinakça 250 14
Tanakrosça 200 50
Holikaçukça 180 5
Kuskokvimcə 100 25
  1. "Athabascans of Interior Alaska : Appendix A : Brief Description of Alaskan Athabascan Culture". 2012-09-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-31.
  2. "Appendix E: Race Code List" (PDF). 2012-11-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-03-31.
  3. "South Dakota Department of Education, Race/Ethnicity Guidance, Race Identification" (PDF). 2013-06-23 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-03-31.
  4. "Athabascan Conference + Exhibition : Seven branches of Athabascan". 2013-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-31.
  5. "Alaska's Heritage: Alaskan Athabaskans". 2014-02-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-31.
  6. William Simeone, A History of Alaskan Athapaskans, 1982, Alaska Historical Commission
  7. Дзенискевич Г. И. Атапаски Аляски. — Л.: «Наука», Ленинградское отд., 1987
  8. 1 2 "Anchorage Museum: Athabascan Indian history and culture". 2012-10-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-31.
  9. Dene–Yeniseic Symposium Arxivləşdirilib 2018-11-15 at the Wayback Machine, University of Alaska Fairbanks, February 2008, accessed 30 Mar 2010
  10. "Encyclopædia Britannica : Athabaskan language family". 2012-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-31.
  11. 1 2 Working Effectively with Alaska Native Tribes and Organizations Desk Guide Arxivləşdirilib 2013-04-07 at the Wayback Machine, A desk guide for United States Fish & Wildlife Service Employees on Alaska Native cultures, history, federal laws, organizations, consultation and federally recognized tribes
  12. Stephen Adolphe Wurm, Peter Mühlhäusler, Darrell T. Tyron (1996), Atlas of Languages of Intercultural Communication in the Pacific, Asia, and the Americas

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]