Ambaras məhəlləsi — Ordubad şəhərində qədim məhəllə
Ordubadçayın sağ sahilindədir, Aşağı və Yuxarı Ambaras adlanan iki məhəllədən ibarətdir. XVIII əsrin əvvəllərində Naxçıvan sancaqının tərkibinə daxil olan Azadciran nahiyəsi Ordubad qəsəbəsinin məhəllələrindən biri kimi adı çəkilir. Mənbələrin məlumatına görə,məhəllənin kiçik meydandan ibarət mərkəzində məhəllə məscidi, çeşmə və bir neçə xırda dükan vardı. Meydan bütünlüklə iri çinar ağaclarının kölgələri örtürdü. Ambaras məhəlləsinin meydanı indi də məhəllə mərkəzi rolunu oynayır.