Ordubadçay — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda çay. Arazın sol qolu[2]
Ordubadçay | |
---|---|
Ölkə | |
Mənbəyi | Soyuqdağ |
Mənsəbi | Araz |
Uzunluğu |
|
Hövzəsinin sahəsi | 24 km² |
Ordubadçayın uzunluğu 24 km, hövzəsinin sahəsi 42 km²-dir. Zəngəzur silsiləsindən (3200 m hündürlükdən) başlanır. Şimaldan cənuba doğru Ordubad şəhərini iki hissəyə bölür. Əsasən, yeraltı sular və qar suları ilə qidalanır. Sel və daşqın olur. Suvarmada geniş istifadə edildiyindən ilin çox vaxtı Ordubad şəhərindən aşağı axın olmur.