ABŞ-nin Azərbaycanda ilk səfiri Riçard Mayls olub. O, bu vəzifədə 1992–1993-cü illərdə işləyib.
İkinci səfir Riçard Kozlariç Azərbaycanda 1994–1997-ci illərdə, üçüncü səfir Stenli Eskudero 1997–2000-ci illərdə işləyib.
Sonrakı səfirlər bunlar olub: Ross Vilson (2000–2003), Rino Harniş (2003–2006), Enn Dörsi (2006–2009).
2011-ci il fevralın 7-dən Metyu Brayza ABŞ-nin Azərbaycandakı səfiri kimi Bakıdakı səfirlikdə fəaliyyətə başlayıb. Metyu Brayza Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən bəri ABŞ-nin ölkəyə təyin etdiyi 7-ci səfirdir. Metyu Brayza Azərbaycanda səfir kimi fəaliyyətini 2012-ci ilin yanvarın 3-də tamamlayaraq öz ölkəsinə geri dönüb.[1]
Səfir | Fəaliyyətə başlaması | Fəaliyyətini bitirməsi | Statusu | Vəzifəyə təyin edən prezident |
---|---|---|---|---|
Robert Fin | 16 mart 1992 | 1992 | Atteşe | Corc Herbert Uoker Buş |
Riçard Mayls | 16 sentyabr 1992 | 5 noyabr 1993 | Səfir | |
Riçard Kozlariç | 20 aprel 1994 | 20 iyul 1997 | Səfir | Bil Klinton |
Stenli Eskudero | 4 dekabr 1997 | 1 oktyabr 2000 | Səfir | |
Ross Vilson | 11 oktyabr 2000 | 24 aprel 2003 | Səfir | |
Rino Harniş | 1 dekabr 2003 | 24 aprel 2006 | Səfir | Corc Uoker Buş |
Enn Dörsi | iyul 2006 | 4 iyul 2009 | Səfir | |
Donald Lu | 4 iyul 2009 | iyul 2010 | Müvvəqəti işlər vəkili | Barack Obama |
Metyu Brayza[2][3] | 10 yanvar 2011 | 5 yanvar 2012 | Səfir | |
Adam Sterling[4] | 5 yanvar 2012 | 20 iyul 2012 | Müvvəqəti işlər vəkili | |
Riçard Morninqstar | 20 iyul 2012 | 31 iyul 2014 | Səfir | |
Robert Sekuta | 19 fevral 2015 | 31 mart 2018 | Səfir | |
Vilyam Gil | 1 aprel 2018 | 11 mart 2019 | Müvəqqəti işlər vəkili | Donald Tramp |
Örl Litzenberqer | 12 mart 2019 | 26 iyul 2022 | Səfir | |
Riçard Morninqstar | 26 iyul 2022 | 18 yanvar 2024 | Müvəqqəti işlər vəkili | Cozef Bayden |
Mark Libbi | 18 yanvar 2024 | Hal-hazırda | Səfir |