Mark Libbi

Mark Libbi (ing. Mark W. Libby; Yeni İngiltərə) — amerikalı diplomat, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri (2024-cü ildən).

Mark Libbi
ing. Mark Libby
Şəxsi məlumatlar
Doğum yeri
Təhsili
Fəaliyyəti diplomat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erkən həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

Əslən Yeni İngiltərədən olan Mark Libbi Tufts Universitetində bakalavr dərəcəsi almışdır. O, həmçinin Fransanın Paris şəhərindəki Institut des Etudes Politiques Sciences-Po-da təhsil alıb. Milli Hərbi Kolleci fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi qazanmışdır.

Libbi nazir-müşavir rütbəsi ilə Ali Xarici İşlər Xidmətinin üzvüdür. O, hazırda Vaşinqtonda, Milli Hərbi Kollecdə ABŞ Dövlət Departamentinin fakültə müşaviri vəzifəsində çalışır. Əvvəllər o, ABŞ-ın Brüsseldəki missiyasında missiya rəhbərinin müavini və müvəqqəti işlər vəkili kimi fəaliyyət göstərib. Libbi Varşava, Nassau, NikosiyaBağdad da daxil olmaqla xaricdə bir neçə bölgədə xidmət etmişdir. Vaşinqtonda o, Dövlət Departamentinin Əməliyyat Mərkəzində nəzarətçi və daha sonra Böhranların İdarə Edilməsi üzrə direktor müavini vəzifəsində çalışıb. Dövlət Departamentində digər vəzifələrə Mərkəzi Avropa İşləri Ofisində direktor müavini, Cənubi Avropa İşləri Ofisinin Direktoru və Xarici Xidmət İnstitutunda Orientasiya Direktoru daxildir.[1]

Azərbaycanda səfir kimi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

25 may 2022-ci ildə prezident Co Bayden Libbinin ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini irəli sürüb.[1] Onun namizədliyi ilin sonunda başa çatdı və 3 yanvar 2023-cü ildə Baydenə qaytarıldı.[2]

Prezident Bayden həmin gün Libbinin namizədliyini yenidən irəli sürdü. Onun namizədliyi ilə bağlı dinləmələr 13 iyun 2023-cü ildə Senatın Xarici Əlaqələr Komitəsində keçirildi. Komitə 13 iyul 2023-cü ildə onun namizədliyi barədə müsbət qərar verdi. Onun namizədliyi 8 noyabr 2023-cü ildə ABŞ Senatı tərəfindən səsvermə yolu ilə təsdiqləndi.[3] 2024-cü il yanvarın 18-də Mark Libbi etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Libbi polyakfransız dillərini bilir.[1]

  1. 1 2 3 "President Biden Announces Key Nominees". The White House. 25 May 2022. 27 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 May 2022.
  2. "PN2204 — Mark W. Libby — Department of State 117th Congress (2021-2022)". US Congress. 26 May 2022. 28 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 May 2022.
  3. "PN28 — Mark W. Libby — Department of State 118th Congress (2023-2024)". US Congress. 6 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 November 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]