Örl Litzenberger

Örl (Li) Litzenberger (ing. Earle D. Litzenberger) — ABŞ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (12 mart 2019-cu ildən)[1]

Örl Litzenberger
ing. Earle D. Litzenberger
bayraq
ABŞ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri
bayraq2
12 mart 2019 – 26 iyul 2022
ƏvvəlkiRobert Sekuta
SonrakıMark Libbi
Şəxsi məlumatlar
Təhsili
  • ABŞ Ordusunun Müharibə Kolleci[d]
Fəaliyyəti diplomat
Uşağı 2
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səfir Litzenberger Midlberri Kollecinini Bakalavr dərəcəsilə bitirmiş və ABŞ-nin Hərbi Kollecinin Strateji Araşdırmalar Bölümündə Magistr dərəcəsini başa vurmuşdur. Səfir Litzenberger Dövlət Departamentinin Siyasi və Hərbi Məsələlər Bürosunda Baş Məsləhətçi və Yüksək Səviyyəli Büro Rəsmisi qismində çalışmışdır. O, həm də Brüsseldə ABŞ-nin NATO-dakı Missiyasının Rəhbər Müavini (2014–2017), ABŞ-nin Belqradda (2010–2013) və Bişkekdə (2006–2009) yerləşən səfirliklərində Səfir Müavini kimi çalışmışdır. O, 2013–2014-cü illərdə Əfqanıstanın paytaxtı Kabulda NATO-nun Ali Mülki Nümayəndəsinin Müavini kimi çalışmışdır.[2]

Litzenberger fransız, rus, serbbolqar dillərini bilir. Evlidir, iki uşağı var.[3]