Ross Vilson (22 avqust 1955[1], Minneapolis, Minnesota) — ABŞ-nin Azərbaycandakı keçmiş səfiri (2000–2003), hazırda ABŞ-nin Türkiyədəki səfiridir.
Ross Vilson | |
---|---|
| |
11 oktyabr 2000 – 24 aprel 2003 | |
Əvvəlki | Stenli Eskudero |
Sonrakı | Rino Harniş |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 avqust 1955[1] (68 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | diplomat |
Vikianbarda əlaqəli mediafayllar |
Ross Vilson 1955-ci ildə Minneapolis ştatında doğulub. 1977-ci ildə Minnesota Universitetinin bakalavr pilləsini bitirib. 1979-cu ildə Kolumbiya Universitetində magistr dərəcəsi alıb. 1995-ci ildə ABŞ Müharibə Kollecini bitirib.
Diplomatik karyerasının əvvəlində ABŞ Dövlət Departamentində Sovet İttifaqı və Misir məsələləri üzrə müşavir vəzifəsində çalışıb. 1980–1982-ci və 1987–1990-cı illərdə ABŞ-nin SSRİ-dəki, 1985–1987-ci illərdə Çexiyadakı səfirliyində işləyib. 1990–1992-ci illərdə ABŞ dövlət katibi müavininin iqtisadi məsələlər üzrə xüsusi köməkçisi, 1992–1994-cü illərdə Dövlət Departamentində icraçı katibin müavini vəzifələrində çalışıb. 1995–1997-ci illərdə ABŞ-nin Avstraliyanın Melburn şəhərində baş konsulu olub. 1997–2000-ci illərdə dövlət katibinin MDB üzrə xüsusi müşaviri vəzifəsini daşıyıb. 2000–2003-cü illərdə ABŞ-nin Azərbaycandakı səfiri olub. 2003-cü ilin iyunundan 2005-ci ilin fevralına kimi ABŞ-nin Ticarət Nümayəndəliyində işləyib. 2005-ci ilin oktyabrından ABŞ-nin Türkiyədəki səfiridir.