Amerikan Samoası Milli Parkı — ABŞ-yə məxsus Amerikan Samoasında üç adada: Tutuila, Ofu-Oloseqa və Tau adalarında yerləşən milli park. Sahəsi 3600 ha-dır (2600 ha quru, 1000 ha su). ABŞ-nin Milli Park Xidməti tərəfindən idarə olunur.
Amerikan Samoası Milli Parkı | |
---|---|
ing. American Samoa National Park | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 3,6 min. ha |
Mütləq hündürlüyü | 498 m |
Yaradılma tarixi | 1988 |
Ziyarətçi sayı | |
İdarəetmə orqanı | ABŞ Milli Park Xidməti |
Yerləşməsi | |
14°15′30″ şm. e. 170°41′00″ q. u.HGYO | |
Ölkə | ABŞ |
Region | Amerikan Samoası |
Yaxın şəhər | Paqo Paqo |
nps.gov/npsa/ındex | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bu ABŞ-nin ekvator xəttindən cənubda yerləşən yeganə milli parkıdır. Bu milli park ekvatorial meşələri əhatə etmiş olub, yürüyüş, trekking, dalğıclıq kimi idman sahələri ilə məşhurdur. Amma əsas məqsəd Amerikan Samoasının təbiətini qorumaqdır.
Amerikan Samoası Milli Parkı üç ayrı adadan ibarətdir: Tutuila, Ofu-Oloseqa və Tau.
Parkın ən böyük adası Tutuila adasıdır və bura motorlu qayıqla çatmaq mümkündür. Bu adada iki yürüyüş zolağı möcuddur.
Ofu adasına getmək üçün Tutuila adasındakı kiçik beynəlxalq hava limanında təyyarəyə minmək lazımdır. Tau adasına gediş də eyni yolladır. Tau adasında gecələmək üçün otellər də var.
Amerikan Samoası Milli Parkına 2011-ci ildə 8 716 ziyarətçi gəlmişdir. Ziyarətçilərin çoxu Tutuila adasını ziyarət etmişdirlər. Ofu və Tau adasını ziyarət edənlərin sayı isə azdır.