Amil Məhərrəmov

Amil Məhərrəmov — Azərbaycan iqtisadçısı, iqtisad elmləri doktoru, professor.[1]

Amil Məhərrəmov
Amil Məmmədəli oğlu Məhərrəmov
Doğum tarixi (49 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi iqtisadiyyat
Elmi dərəcəsi iqtisad elmləri doktoru
Elmi adları İqtisadiyyat və idərəetmə kafedrasının müdiri
İş yeri Bakı Dövlət Universiteti
Təhsili Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsi
Mükafatları "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı

Amil Məmmədəli oğlu Məhərrəmov 1974-cü il dekabr ayının 24-də Azərbaycan SSR-in Bakı şəhərində anadan olmuşdur. 1981–1991-ci illərdə Bakı şəhəri 54 saylı orta məktəbində oxumuşdur. 1996-cı ildə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsini iqtisadi-nəzəriyyə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş, 1996–2000-ci illərdə 08.00.01. – "İqtisadi nəzəriyyə" ixtisası üzrə aspiranturada oxumuşdur. 1995-ci ilin dekabr ayından Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunda baş laborant vəzifəsində əmək fəaliyyətinə başlamıışdır.

1999-cu ildən "Beynəlxalq iqtisadi münasibətlər və idarəetmə" kafedrasında saathesabı müəllim, 2000-ci ildən 0,5 ştat əvəzçilik yolu ilə müəllim və 2002-ci ildən tam ştat baş müəllim vəzifəsinə keçirilmişdir.

2002-ci ildən A.M.Məhərrəmov "Beynəlxalq münasibətlər və beynəlxalq hüquq" fakültəsində tədris işləri üzrə dekan müavini vəzifəsində çalışmışdır.

2006-cı ildən dosent elmi adını almış və həmin ildən yeni yaradılmış "Gömrük işinin təşkili və idarəetmə" kafedrasında müdir əvəzi, dosent kimi elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir.

2011-ci ildə yeni yaradılmış "İqtisadiyyat və idarəetmə" kafedrsının müdiri vəzifəsinə seçilmişdir. Eyni zamanda həmin kafedrının 2015-ci ildən professorudur. Ailəlidir. 2 övladı var

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

A.Məhərrəmov 2001-ci ildə "Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır. [İxtisas: 08.00.01-İqtisadi nəzəriyyə]. 2010-cu ildə "Qloballaşma şəraitində Azərbaycan Respublikasının dünya iqtisadiyyatına inteqrasiyasında gömrük siyasətinin formalaşması və inkişaf perspektivləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək iqtisad elmləri doktoru elmi dərəcəsi almışdır. [İxtisas: 08.00.05-Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi]. 2006-cı ildə dosent, 2015-ci ildə isə professor adını almışdır.

170 elmi əsər (251,5 ç.v.), o cümlədən 4 monoqrafiya, 15 tədris proqramı, 1 metodik vəsait, 1 dərs vəsaiti və 3 dərsliyin müəllifidir.

Xarici dövlətlərdə keçirilən beynəlxalq konfrans, simpozium və konqreslərdə 20-yə yaxın elmi məqalələrlə çıxış etmiş və əsərləri müvafiq olaraq bir sıra ölkələrin elmi nəşrlərində çap olunmuşdur.

Elmi kadrların hazırlanması İqtisadiyyat üzrə fəlsəfə doktorları – 6

Elmi ixtisaslaşma üzrə əsas tədqiqatlar: 1. Xarici iqtisadi fəaliyyət — bazar iqtisadiyyatı şəraitində xarici iqtisadi fəaliyyətin tənzimlənməsi, ölkənin iqtisadi təhlükəsizliyi və ümummilli mənafelərin qorunması, xarici iqtisadi əlaqələrinin qurulmasında xarici iqtisadi fəaliyyətin səmərəli metodlarının, forma və vasitələrinin seçilməsi, tətbiq edilməsi, xarici iqtisadi fəaliyyətin idarə edilməsində dövlətin yeri, rolu və funksiyaları ilə əlaqədar problemlərin tədqiqi, iqtisad elminin yaranması dövründən hazırkı dövr də daxil olmaqla tədqiqatçıların araşdırdıqları beynəlxalq ticarətin xüsusiyyətləri, onun nəzəri konsepsiyaları, xarici ticarət siyasəti, xarici ticarət əməliyyatlarının tənzimlənməsi mexanizmi, gömrük ödənişləri sistemi, gömrük tarifi gömrük vergi və rüsumlarının ümumiləşdirilmiş ifadə forması kimi, xarici iqtisadi fəaliyyətdə valyuta münasibətləri və valyuta siyasətinin xüsusiyyətləri, xarici iqtisadi fəaliyyətdə sənədləşmə, iqtisadi təhlükəsizlik və onun təmin edilməsi mexanizmi, Azərbaycan Respublikasında xarici ticarət əməliyyatlarının mövcud vəziyyəti və perspektiv inkişaf tendensiyaları, xarici iqtisadi fəaliyyətin qeyri-tarif tənzimlənməsi.

2. Yeni iqtisadi məsələlər — struktur islahatlarının tənzimlənməsinin nəzəri-metodoloji mexanizmləri, istehsal infrastrukturu, kiçik və orta biznes, regional iqtisadiyyat, turizm biznesi, qloballaşma və regionlaşma, Böyük İpək Yolu, Cənub-Şimal nəqliyyat dəhlizi və sosial-iqtisadi yüksəlişin stimullaşdırılması, üçüncü sektorun inkişaf problemləri, sosial təminatlar sisteminin təkmilləşdirilməsi, investisiya layihələrinin təhlilində sistemli və situasiyalı yanaşma prinsipləri, reğional sahibkarlığın inkişaf perspektivləri, tarif preferensiyaları və mütərəqqi gömrük-biznes modelləri, milli, iqtisadi, enerji, ərzaq və nəqliyyat təhlükəsizliyi, informasiya-kommunikasiya texnologiyaları, elektron hökumət konsepsiyası, informasiya cəmiyyətinin inkişafı, informasiya resurslarının iqtisadiyyatı.

3. Təhsilin inkişafı problemləri — Boloniya prosesi, magistr hazırlığı, iqtisadi diplomatiya, firmanın iqtisadiyyatı, dünya iqtisadiyyatının tədrisi, magistr dissertasiyasının hazırlanması, magistrantın elmi-tədqiqat və elmi-pedaqoji təcrübəsinin təşkili, referatların işlənməsi və təqdimatı, fəlsəfə doktoru və elmlər doktorlarının hazırlanması.

1. Gömrük siyasətinin formalaşması və inkişafının nəzəri və praktiki problemləri (Azərbaycan Respublikasının praktikasında)

[redaktə | mənbəni redaktə et]

"Gömrük siyasətinin formalaşması və inkişafının nəzəri və praktiki problemləri (Azərbaycan Respublikasının praktikasında)" (Bakı, 2009. 31 ç.v.) adlı monoqrafiyada gömrük siyasətinin formalaşma tarixi, mahiyyəti və xüsusiyyətləri, qloballaşan iqtisadi şəraitdə beynəlxalq iqtisadi əməkdaşlığın qarşılıqlı əlaqə problemləri, gömrük tarif və qeyri-tarif siyasətinin əsas xüsusiyyətləri, onların tətbiqi praktikası və inkişaf perspektivləri, universal səviyyədə gömrük siyasətinin formalaşması, beynəlxalq müqavilələrin gömrük siyasətinin həyata keçirilməsinə təsiri, gömrük siyasətinin formalaşmasında Ümumdünya Ticarət Təşkilatının və Ümumdünya Gömrük Təşkilatının rolu, regional çərçivədə gömrük münasibətlərinin tənzimlənməsi, Azərbaycan Respublikasının Avropa regionu və Müstəqil Dövlətlər Birliyi ilə gömrük siyasətinin formalaşması məsələləri fikir müxtəlifliyi, beynəlxalq iqtisadi praktikadan və bu istiqamətdə çap olunmuş bir sıra beynəlxalq və milli iqtisadi ədəbiyyatlardan istifadə edilərək geniş tədqiq edilir.Monoqrafiyada əlavə olaraq Azərbaycan Respublikasının ikitərəfli müqavilələr praktikası və digər beynəlxalq təşkilatlarla (GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatıİslam Konfransı Təşkilatı) gömrük siyasətinin formalaşması xüsusiyyətləri araşdırılmışdır.

2.Sahibkarlıq: nəzəriyyədən praktikaya

[redaktə | mənbəni redaktə et]

"Sahibkarlıq: nəzəriyyədən praktikaya" (Bakı, 2009. 22,5 ç.v.) adlı monoqrafiyada sahibkarlıq fəaliyətinin yaranmasının tarixi inkişaf mərhələləri, bu fəaliyyət zamanı əmələ gələn münasibətlərin tənzimlənməsinin nəzəri və praktiki məsələləri, hüquqi və iqtisadi bazanın formalaşması, yeni inkişaf mərhələsində Azərbaycan iqtisadiyyatında sahibkarlığın rolunun və onun təzahür formalarının iqtisadi inkişafa təsiri məsələləri iqtisadi ədəbiyyatlarda gedən fikir müxtəlifliyi, beynəlxalq praktikadan və bu istiqamətdə qəbul edilmiş mühüm dövlətdaxili (milli) qanunvericilik əsasında geniş təhlil edilir.Monoqrafiyaya əlavə olaraq bu istiqamətdə qəbul edilmiş Azərbaycan Respublikasının qanunları, fərman və sərəncamları, sahibkarlığa dair statistik məlumatları daxil edilmişdir[2]

3. Azərbaycanın xarici iqtisadi əlaqələri: nailiyyətlər və perspektivlər

[redaktə | mənbəni redaktə et]

"Azərbaycanın xarici iqtisadi əlaqələri: nailiyyətlər və perspektivlər" (Bakı, 2015. 20,5 ç.v.) adlı monoqrafiyada 9 fəsildən ibarət olmaqla Azərbaycanın xarici iqtisadi əlaqələrinin müxtəlif istiqamətlərinin – xarici ticarət, valyuta münasibətləri, birgə və xarici investisiyalı müəssisələrin fəaliyyəti, elm və təhsil sahəsində beynəlxalq əməkdaşlıq, turizm əlaqələri və xarici iqtisadi əlaqələrin dövlət tənzimlənməsi və s. məsələlərin geniş təhlilinə həsr edilir və Azərbaycanın xarici ticarət əlaqələrinin qurulmasının tarixi aspektləri xronoloji olaraq araşdırılır. Kitabda həmçinin qlobal problemlər və qloballaşma prosesinin mahiyyəti nəzəri olaraq araşdırılaraq, Azərbaycanın qloballaşma prosesində iştirakının ölkənin iqtisadi təhlükəsizliyinə təsiri məsələləri müəyyən edilir.

4. Müasir bank sistemi və bankçılıq

[redaktə | mənbəni redaktə et]

"Müasir bank sistemi və bankçılıq" (Bakı, 2015. 48 ç.v.) adlı monoqrafiyada bank anlayışının formalaşması, onun tarixi genezisi, bankların formalaşmasının iqtisadi əsasları və fəaliyyətinin maddi ilkin şərtləri, bankların mahiyyətinə dair müxtəlif yanaşmalar öz əksinin tapmışdır. Bundan başqa bank sisteminin müasir təzahür formaları, maliyyə-kredit sisteminin formalaşmasında bankların rolu, Mərkəzi Bankların dövlətin iqtisadi fəaliyyətində yeri, kommersiya bankların fəaliyyətinin hüquqi-iqtisadi əsasları araşdırılmışdır. Monoqrafiyanın II bölməsi isə bilavasitə bank əməliyyatları, pul hesablaşmalarının mahiyyəti və onun müasir formaları, banklardakı vasitəçilik əməliyyatlarının ümumi xarakteristikasına həsr edilmişdir. Digər bölmədə bankların likvidliyi, bank sistemində audit fəaliyyəti, uçot və hesabat məsələləri tədqiq edilmişdir. Sonuncu bölmədə Azərbaycan iqtisadiyyatinda bank sistemi və onun fəaliyyətinin xüsusiyyətləri, Azərbaycanda makroiqtisadiyyatin tənzimlənməsində və sağlamlaşdırılmasında bank sisteminin rolu öyrənilərək təhlil olunmuşur. Monoqrafiyada əlavə olaraq bu istiqamətdə qəbul edilmiş Azərbaycan Respublikasının qanunları, fərman və sərəncamları daxil edilmişdir. Azərbaycan Respublikasında bank fəaliyyətinin gücləndirilməsi və məlumat-informasiya, elmi tədqiqat bazasının artırılması məqsədi ilə dövlətin iqtisadi siyasəti, strategiyası və tənzimləmə mexanizmləri, eləcə də müvafiq qurumlarların bankla bağlı olan fəaliyyət istiqamət-lərinə geniş toxunulur.

  • Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi. Dərslik, Bakı, 2008. 25 ç.v.
  • İqtisadi diplomatiya. Dərslik, Bakı, 2009. 24 ç.v.
  • Azərbaycan iqtisadiyyatı. Dərs vəsaiti, Bakı, 2011. 32,6 ç.v
  • Müəssisənin iqtisadiyyatı. Dərslik, Bakı, 2013. 23.5 ç.v.
  • İqtisadi diplomatiya (ikinci nəşr). Dərslik, Bakı, 2013. 24 ç.v.

Metodik vəsaitlər və tədris proqramları

[redaktə | mənbəni redaktə et]
  • "İqtisadiyyatın dövlət tənzimlənməsi" fənni üzrə proqramı. Bakı, Аzərbayсan Respublikası Təhsil Nazirliyi, 2002-ci il. 1,1 ç.v.
  • "Menecment və marketinq" fənni üzrə metodik vəsait. Bakı, Аzərbayсan Respublikası Təhsil Nazirliyi, 2005-ci il. 4,2 ç.v.
  • "Gömrük işinin təşkilində informasiyanın rolu" fənni üzrə tədris proqramı. Bakı, Аzərbayсan Respublikası Təhsil Nazirliyi, 2005-ci il. 1,0 ç.v.
  • "Gömrük kargüzarlığı" fənni üzrə tədris proqramı. Bakı, Аzərbayсan Respublikası Təhsil Nazirliyi, 2005-ci il. 1,0 ç.v.
  • "Menecment və marketinq" fənni üzrə tədris proqramı. Bakı, Аzərbayсan Respublikası Təhsil Nazirliyi, 2005-ci il. 1,1 ç.v.
  • "Gömrük orqanları sistemində idarəetmənin əsasları və idarəetmə prosesi" fənni üzrə tədris proqramı. Bakı, Аzərbayсan Respublikası Təhsil Nazirliyi, 2006-cı il. 1,3 ç.v.
  • "Azərbaycanın xarici ölkələrlə gömrük münasibətləri" fənni üzrə tədris proqramı. Bakı, Аzərbayсan Respublikası Təhsil Nazirliyi, 2006-cı il. 1,2 ç.v.
  • "Gömrük ekspertizası" fənni üzrə tədris proqramı. Bakı, Аzərbayсan Respublikası Təhsil Nazirliyi, 2007-ci il. 1,0 ç.v.
  • "Xarici iqtisadi fəaliyyətin valyuta tənzimlənməsi" fənni üzrə tədris proqramı. Bakı, Аzərbayсan Respublikası Təhsil Nazirliyi, 2007-ci il. 1,1 ç.v.
  • "Xarici iqtisadi fəaliyyətin vergi tənzimlənməsi" fənni üzrə tədris proqramı. Bakı, Аzərbayсan Respublikası Təhsil Nazirliyi, 2007-ci il. 1,1 ç.v.
  • "İqtisadi diplomatiya" fənni üzrə tədris proqramı. Bakı, Аzərbayсan Respublikası Təhsil Nazirliyi, 2011-ci il. 1,2 ç.v.
  • "Müəssisənin iqtisadiyyatı" fənni üzrə tədris proqramı. Bakı, Аzərbayсan Respublikası Təhsil Nazirliyi, 2011-ci il. 1,1 ç.v.
  • "Sosial sferanın iqtisadiyyatı və idarəedilməsi" fənni üzrə tədris proqramı. Bakı, Аzərbayсan Respublikası Təhsil Nazirliyi, 2015-ci il. 1,2 ç.v.
  • "Firmanın iqtisadiyyatı" fənni üzrə tədris proqramı. Bakı, Аzərbayсan Respublikası Təhsil Nazirliyi, 2015-ci il. 1,3 ç.v.
  • "Azərbaycan iqtisadiyyatı" fənni üzrə tədris proqramı. Bakı, Аzərbayсan Respublikası Təhsil Nazirliyi, 2015-ci il. 1,2 ç.v.
  • "İqtisadi diplomatiya" fənni üzrə tədris proqramı. Bakı, Аzərbayсan Respublikası Təhsil Nazirliyi, 2015-ci il. 1,0 ç.v.

Layihələr və iqtisadi əsaslandırmalar

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondu tərəfindən təsdiq olunmuş "Azərbaycan iqtisadiyyatının davamlı inkişaf konsepsiyasında rəqabətqabiliyyətliliyin qiymətləndirilməsi metodologiyaların tədqiqi" adlı qrant layihəsi. Bakı 2013.
  • Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən təsdiq olunmuş "Azərbaycanın davamlı inkişaf strategiyasında qeyri-ənənəvi enerji növlərinin səmərəli istifadəsi imkanlarının neyro-qeyri-səlis üsullarla araşdırılması" adlı qrant layihəsi. Bakı 2014.

Redaksiya fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • "Beynəlxalq hüquq və inteqrasiya problemləri" jurnalının həmredaktoru.[3]
  • Yeddicildlik "Böyük İqtisadi Ensiklopediya".Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2012–2015. Baş redaktorun müavini.
  • Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin "Təfəkkür" jurnalının redaksiya heyətinin üzvü.[4]
  • Azərbaycan Kooperasiya Universitetinin "Kooperasiya" elmi-praktiki jurnalının redaksiya heyətinin üzvü.
  1. "Amil Məmmədəli oğlu Məhərrəmov". 2021-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-11.
  2. Sahibkarlıq: nəzəriyyədən praktikaya[ölü keçid]
  3. ""Beynəlxalq hüquq və inteqrasiya problemləri" jurnalı". 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-11.
  4. ""Təfəkkür" jurnalı". 2015-04-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-11.
  5. ""Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif olunanlar" (PDF). 2019-11-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-12-22.