Amil Xəlil (tam adı: Amil Bəhlul oğlu Xəlil; 13 noyabr 1991; Bakı, Azərbaycan) — azərbaycanlı araşdırmaçı jurnalist və aparıcı.
Amil Xəlil | |
---|---|
Amil Bəhlul oğlu Xəlil | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Uşağı | yoxdur |
Atası | Bəhlul Xəlilov |
Milliyyəti | azərbaycanlı |
İxtisası | tarixçi, jurnalist |
Fəaliyyəti | Sayt, TV |
Fəaliyyət illəri | 2011[1]-h.h. |
Tanınır | aparıcı[2], jurnalist |
Amil Bəhlul oğlu Xəlil 13 noyabr 1991-ci ildə Bakı şəhərində anadan olub. Lakin sənədlərdə doğum tarixi 18 yanvar 1992-ci il qeyd edilib. 1998-ci ildə Biləcəridə yerləşən 284 saylı məktəbdə orta təhsil almağa başlayıb. Bir il sonra orta təhsilini həmin qəsəbədə yerləşən 45 saylı orta məktəbdə davam etdirib. Orta məktəb illərindən tarixə həvəsi olub. İrəvan və Kərkük xəritələrinin yeni versiyalarının hazırlanmasında iştirak edib. Hələ uşaq yaşlarından həvəskar şəkildə virtual olaraq aparıcılıq və müxbirlik edib. Sinif yoldaşlarından müsahibələr alıb məktəb jurnallarında çap etdirib. Taxtadan hazırladığı mikrafonlar hələ də qalmaqdadır. 2009-cu ildə Biləcəridə yerləşən 45 saylı orta məktəbi əlaçı kimi bitirən Amil Xəlil 2010-cu ildə ali məktəbə daxil olur və 2014-cü ildə ali təhsili başa vurur. Tarix və jurnalistika üzrə təhsilini ala-ala uşaqlıqdan sevdiyi jurnalist sənəti üzrə çalışmağa başlayır.
2009-cu ildə özünün yaratdığı "Kanal Baku" sayt və internet kanalının rəhbəri olur. Sayt qısa zamanda TV xəbər videolarını yayımlayan yeganə saytlardan biri olur.
2011-ci ildə ATV kanalında araşdırmaçı müxbir kimi çalışmağa başlayır. Nanə Ağamalıyeva ilə birgə "Gün Keçir" adlanan verilişdə işləyib.[3] Ölkənin ən qəribə məkanlarından eksklüziv görüntülər təqdim edib. Daha sonra İradə İsaqla bir neçə layihələrdə araşdırmaçı jurnalist kimi fəaliyyət göstərib. "Düz Üzünə" ilə "Səbəbkar" verilişlərində maraqlı araşadırmalar təqdim edib.[3]
2016-cı ildə "Lider" Tv-də çalışmağa başlayıb.[1] Bir az sonra aparıcısı və rəhbəri olduğu "Bura Vətəndir!" adlı layihə ilə tamaşaçıların görüşünə gəlir.[4][5] Tarix və Milli Dəyərlər şüarı ilə efirdə yayımlanan veriliş qısa vaxtda hər kəs tərəfindən maraqla qarşılanıb.[6][7] Yeganə verilişlərdən biri olub ki, baxdıqca nələrsə öyrənilib. Verilişin 6-cı buraxılışı böyük səs küyə səbəb olmuşdur. Səbəb isə Amil Xəlilin "erməni batan" ərazini ortaya çıxartması olub. Ucar-Kürdəmir qoşunlarının şücayətindən danışan kəndlilər çəkiliş qrupu ilə birgə həmin əraziyə yollanmışlar.[8]
2017-ci ildə Space Tv-yə dəvət alan aparıcı hazırda da həmin kanalda çalışır. "Olar? Olmaz!" adlanan layihə ilə hər gün tamaşaçıların görüşünə gələn teleaparıcı bu verilişdə də ilklərə imza atıb.[9] İnsanların sosial problemlərini işıqlandırmaqla bərabər ən çox reydlər keçirən proqramdan biri olub. Donuz ətinin kolbasa sexinə yollanması anından tutmuş, at ətinin dönər əti adı altında satılmasını ifşa edən görüntülərə kimi araşdırmalar təqdim edib. 2 mövsümdür davam edən veriliş indi hər gün yox həftənin şənbə və bazar günləri yayımlanır. Yeganə verilişlərdən biridir ki, tez-tez açıq rüşvət görüntüləri təqdim edib. Məhz bu səbəbdan teleaparıcı rüşvətə qarşı çıxan jurnalistlərdən hesab edilir.[3] Daha sonra "Operatiov Hissə" və "Qarşı-Qarşıya" kimi layihələrdə aparıcı kimi fəaliyyət göstərib.
Teleaparıcının digər layihələri hazırda yayımlanan "Gəl danış" və Xəbərsiz sosial verilişləridir. İnsanlar şübhəli və qaranlıq məsələləri bu verilişdə danışıb yardım alılar.
Subaydır[5], bir qardaşı var.
"Bura Vətəndir!" — Lider Tv-də yayımlanan maraqlı proqramlardan biri.[6] Yeganə verilişlərdən biri olub ki, Azərbaycanın əzəli torpaqlarında çəkiliş həyata keçirib. Amil Xəlilin təqdimatında yayımlanan veriliş Borçalı-Başkeçid ərazisində, Qədim Azərbaycan torpağı olan Iğdır və ətrafında teleməkanda ilk dəfə olaraq çəkiliş gerçəkləşdirib. Təbriz, Xoy, Ərdəbildən salamlar çatdırıb. Kərkük vilayətindən tamaşaçıların görüşünə gəlib. İrəvanın düz sərhəddindən və Metsamor atom stansiyasını görüntülüyən yeganə aparıcılardan biri olub. Metsamor və İrəvanın sərhəddən çəkilişi vaxtı operator səhətində yaranan problemlə əlaqədar çəkilişi yarımçıq saxlasa da, Amil Xəlil özü bir planla çəkiliş edib və açıqlamalar verib. Ölkə daxili çəkilişlərdə isə vətənpərvərliyi aşılayıb.[7][8] Proqramı bir növ dərslik kimi tamaşaçılara təqdim edib.[1][4][5]
"Olar? Olmaz!"[1] — 270-dən çox buraxılışı yayımlanıb. Reydlərlə zəngin olan verilişdə insan sağlamlığı və haqsızlıqlara qarşı mübarizə əsas məqsədlərdən biri olub. Gizli çəkilişlərlə maraqlı görüntülər əldə edilib. Dönər ətlərinin mənbəyini olduğu kimi göstərməklə bərabər insanların cibinə girən sahibkarlar "Olar? Olmaz!" verilişində ifşa edilib. Qarabağ adını daşıyan onlarla kafe verilişin çəkilişindən sonra bağlanılıb. Amil Xəlil "Həssas adlar" adı altında tez-tez qeydə aldığı görüntülərlə bir daha xalqın rəğbətini qazanmışdır. Veriliş hazırda da "Space Tv"-də davam edir.[3][9]
"Gəl Dərdini Danış"[1] – sosial kriminal layihə. Şübhəli qalan cinayətlərin danışıldığı yeganə proqram. Həfət içi hər gün yayımlanan veriliş müafiq qrumların da diqqətindədir. Qısa müddətdə işıqlandırdıqları problemlər dərhal həllini tapıb. Ən çox izlənən layihələrindən biridir.
"Operativ Hissə" – ölkədə baş verən kriminal hadisələrin təfərrüatlarını təqdim edib. Daha sonra yeni layihəyə görə "Operativ Hissə"-ni başqa həmkarı təqdim edib.
"Qarşı-Qarşıya" – gündəmdə duran əsas məsələlər müzakirəyə çıxarılıb və müvafiq qonaqla açıq söhbət edilib. Layihə 1 mövsüm davam edib. Hazırda yayımı dayandırılıb.
"Qaynar Xətt" – Azərbaycanda koronavirusun başladığı dönəmdə (2020-ci il fevral-iyun aylarında) 5 ay müddətində hər gün 2 saat yayımlanaraq, insanlara lazımlı dərman yardımlarının edilməsi, maarifləndirmə və virusdan qorunmaq yolları təqdim edilirdi.
"Yuxuda Gələn Şəhaddət" – Azərbaycan teleməkanında ilk dəfə yayımlanan bu sənədli filmdə şəhid anaları övladlarının şəhidlik zirvəsinə ucalmasını yuxularında görüb və bunu tamaşaçılarla paylaşıblar. 15 buraxılışdan ibarət olan araşdırma Vətən müharibəsinin il dönümündə yeni buraxılışlar tamaşaçılara təqdim edilib.
"Əsgərə Salam" – “Vətən müharibəsi” zamanı və Zəfər günündə canlı olaraq yayımlanır. 3 saat ərzində əsgər yaxınları öz doğmalarına “Salam” və dualarını çatdırmaq şansı əldə edir. Bu layihədə hətta analar video-görüntü formatında Azərbaycan Ordusuna xeyir-dualarını səsləndirib. Azərbaycan Ordusu hər hansı bir təxribatın qarşısını alan zaman da veriliş canlı olaraq yayımlanır.
"Gəl, danış"[10] – 2017-ci ildən yayımlanan sosial-kriminal layihə. Müəmmalı ölüm hadisələri, sirr qalan məqamlar, şübhəli şəxslərin birbaşa efirdə dindirilməsi və jurnalist araşdırması. Proqramda baş verənlərlə bağlı A. R. Daxili İşlər Nazirliyinə və Baş Prokrorluq orqanına mütəmadı məlumat verilir və qaranlıq məqamlara aydınlıq gətirilir. Hazırda Space Tv-də veriliş canlı olaraq tamaşaçılara təqdim edilir.
"Xəbərsiz" - Teleməkanda yeganə olaraq Space Tv-də yayımlanan proqram. Tamaşaçı istənilər kənddən, obadan problemini video formatında qeydə alır və birbaşa efirə göndərir. Televiziyada yayımlanan video-görüntülərdə qeyd edilən şikayətlərin əksəriyyəti aidiyyatı qrumlar tərəfindən həllini tapıb. Hazırda Amil Xəlilin təqdimatında yayımını davam edir.