Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Azərbaycanda koronavirus pandemiyası — 2020-ci ilin fevralında qeydə alınan ilk hal ilə COVID-19 koronavirus pandemiyasının Azərbaycana yayıldığı təsdiqləndi.
Azərbaycanda koronavirus pandemiyası | |
---|---|
Xəstəlik | COVID-19 |
Səbəbi | SARS-CoV-2 |
Yer | Azərbaycan |
İlk qarşılaşma | 28 fevral 2020 |
Tarix |
28 fevral 2020 – indiyə kimi (4 il, 4 ay, 3 həftə və 1 gün) |
Statistika | |
Yoluxma sayı |
332894 |
Aktiv hallar | 6340 |
Ölüm sayı | 4877 |
Sağalanların sayı | 321677 |
Vikianbarda əlaqəli mediafayllar |
Fevralın 27-də koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti nəzdində operativ qərargah yaradıldı. Bu qərargahın tərkibinə Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərlik etdiyi aidiyyəti dövlət qurumlarının rəhbərləri daxil idi.[1]
Fevralın 28-də ölkədə COVID-19-un ilk müsbət halını təsdiqlədi. Rusiya vətəndaşı olan xəstə İrandan gələrkən müəyyən edildi.[2] Daha sonra ölkədə iki hadisə təsdiqləndi və hamısı təcrid edildi. Onlar İrandan qayıdan Azərbaycan vətəndaşları idilər. Həmin gün Azərbaycan İranla sərhədləri 2 həftə müddətinə bağladı.[3]
Martın 4-də Azərbaycan İrandan gələn yük maşınlarının və idxalların ölkəyə daxil olmasına qadağa qoydu.[4]
2 mart tarixində COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq, bu sahədə görülən tədbirlərin səmərəliliyini artırmaq və tibbi profilaktikanı gücləndirmək məqsədilə 3–9 mart tarixləri arasında ölkənin bütün təhsil müəssisələrində tədris prosesləri və digər əlaqəli fəaliyyətlər dayandırıldı.[5] Dezinfeksiya və digər profilaktik tədbirlər həyata keçirildi. Daha sonra tarix martın 27-nə qədər uzadıldı.[6]
Martın 5-də İran İslam Respublikasından Azərbaycana gələn daha üç nəfərdən COVID-19 aşkarlandı. Onlardan biri 1988-ci il təvəllüdlü Almaniya vətəndaşı, digərləri isə İranın Qum şəhərində oxuyan Azərbaycan vətəndaşları (1994 və 1999) olur. Həmin insanlar təyin olunmadan sonra xəstəxanaya yatırılırlar. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, İrandan gələn 276 nəfər 14–29 gün ərzində məcburi qaydada karantində alınırlar.[7][8]
Martın 7-də İran İslam Respublikasından qayıdan üç Azərbaycan vətəndaşına COVID-19 coronavirus diaqnozu qoyuldu. Onlardan biri 1938-ci il təvəllüdlü, İrandan qayıtdıqdan bir müddət sonra sağlamlığı ilə əlaqədar xəstəxanaya müraciət etdi. Müayinə zamanı ona sətəlcəm diaqnozu qoyuldu və laborator analiz koronavirus ilə yoluxma faktını təsdiqlədi. Digər iki nəfər 1993 və 1994-cü il təvəllüdlü, İranın Qum şəhərində oxuyan tələbələr, İran-Azərbaycan sərhədini keçərkən karantinə alındılar və onlara koronavirus infeksiyası diaqnozu verildi.[9][10]
Martın 9-da İrandan ölkəyə gələn iki Azərbaycan vətəndaşı (1966 və 1978-ci il təvəllüdlü) COVID-19 coronavirusuna yoluxması təstiqlənir.[11]
Martın 10-da iki Azərbaycan vətəndaşı (1960 və 1984-cü il təvəllüdlü) İrandan qayıtdıqdan sonra yoxlanır və onda koronavirus aşkarlanır.
Daha əvvəl (1973, 1997 və 1998-ci il təvəllüdlü) koronavirus üçün müsbət test etmiş üç azərbaycanlı xüsusi xəstəxanalarda müalicə aldıqdan sonra sağaldı və xəstəxanadan evə buraxıldı.[12]
Martın 11-də daha iki hadisə təsdiqləndi. Onlardan biri 1969-cu il təvəllüdlü xroniki böyrək xəstəliyi üçün xəstəxanaya müraciət etdikdən sonra COVID-19 üçün müsbət test etdi. O, bir müddət əvvəl İrandan qayıtmışdı. Digəri 1997-ci il təvəllüdlü İtaliyadan qayıdan bir tələbə idi. Onların hər ikisi xüsusi xəstəxanada təcridxanaya salındılar.[13]
Martın 12-də bir gün əvvəl COVID-19 diaqnozu qoyulmuş qadın öldü.[14] Bu Azərbaycanda koronavirusdan ilk ölüm halı idi.
Martın 13-də daha dörd hadisə təsdiqləndi. Onlar İran və İtaliyadan qayıdanlar idi.[15] Azərbaycanın baş naziri Əli Əsədovun gürcü həmkarı Qiorqi Qaharia ilə telefon danışığından sonra Azərbaycan Gürcüstanla sərhədləri 10 gün müddətinə bağladı.[16]
Martın 14-də əvvəllər koronavirusdan müalicə alan üç azərbaycanlı xüsusi xəstəxanalarda müalicə aldıqdan sonra evə buraxılır.[17] Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığından sonra Azərbaycan Türkiyə ilə quru və hava sərhədlərini müvəqqəti olaraq bağladı.[18]
Azərbaycan Nazirlər Kabineti yanında Əməliyyat Qərargahı martın 14-dən etibarən ölkə daxilində tətbiq olunan sosial təcrid tədbirlərini həyata keçirdi.[19] Bu tədbirlərə toy, yas mərasimləri və digər kütləvi toplantıların qadağan edilməsi, mədəniyyət
obyektlərinin, teatrların, muzeylərin, kinoteatrların, əyləncə mərkəzlərinin, idman mərkəzlərinin və digər əlaqəli obyektlərin bağlanması, xəstələrin bütün tibb müəssisələrində qohumlarının ziyarətinin qadağan edilməsi və s. daxildir.[20][21][22]
15 martda daha dörd hadisə təsdiq edildi.[23] Gün sonuna daha iki yoluxma halı təstiqləndi.[24]
Martın 21-də daha 9 yeni koronavirus infeksiyası faktı qeydə alındı.[25]
Martın 22-dən etibarən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən kafe, restoran, çay evi, İnternet klub və digər ictimai iaşə müəssisələrinin iş saatları 09:00-dan 15:00-a qədər müəyyən edilmişdir.[26]
Martın 22-də 12 yeni COVID-19 yoluxma hadisəsi aşkar edilir.[27] Elə həmin gün Moskvadakı Şeremetyevo Beynəlxalq Hava limanından 34 Azərbaycan vətəndaşı təxliyə edildi.[28]
Martın 23-dən etibarən ölkədə bütün mollar və böyük ticarət mərkəzləri bağlanıb.[29] Martın 23-də 7 yeni koronavirus infeksiyası qeydə alınıb.[30]
Martın 24-də 12 yeni hal qeydə alınır.
25 martda 6 yeni xəstə qeydə alınmışdır. Üstəlik ikinci ölüm faktı qeydə alınır.[31] Xəstə şəkərli diabetdən və ürəyin işemik xəstəliyindən əziyyət çəkirdi. Xəstəxanaya yerləşdirildiyi gündə dünyasını dəyişmişdir.[32] Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün məhdudlaşdırıcı rejim əsasında Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədinin müvəqqəti bağlanması barədə qərarın müddəti aprelin 20-dək uzadıldı.[33]
Martın 26-da 29 koronavirus infeksiyası qeydə alınıb və 1 nəfər dünyasını dəyişib. 5 nəfər isə xəstəxanadan evə buraxılıb.[34]
Martın 27-də 43 yeni COVID-19 yoluxma faktı qeydə alınıb.[35]
29 mart 2020-ci il tarixində Azərbaycan Respublikasında 27 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Azərbaycanda həmin günə olan ümumi yoluxanların sayı 209 olmuşdur. Koronavirusdan 4-cü ölüm faktı qeydə alınıb.[36]
30 mart 2020-ci il tarixində Azərbaycan Respublikasında 64 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. 11 xəstə isə tam sağaldıqdan sonra evə buraxılıb.
31 mart 2020-ci il tarixində Azərbaycan Respublikasında 24 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Koronavirusa yoluxmuşlar arasında 5-ci ölüm faktı qeydə alınıb. Martın 31-də Azərbaycanda ümummilli karantin elan etildi. İnsanlara şəxsi evlərdə və mənzillərdə, daimi və ya müvəqqəti yaşayış yerlərində 20 aprelə qədər qalmaq tələb olunur.[37]
Aprelin 2-də bildirildi ki, həyati xidmətlər (təcili tibbi yardım, ərzaq və digər mallar və ya dərmanlar) almaq üçün yaşayış yerini tərk etməyə icazə almalıdırlar. Bunun üçün SMS icazəsi almalıdırlar. Yaşayış yerini həyat və sağlamlığa birbaşa təhlükə yaradan bir vəziyyətdə tərk etmək üçün SMS göndərmək tələb olunmur.[38]
Aprelin 3-ə olan məlumata görə 43 yeni virusa yoluxma faktı aşkarlanmışdır. 6 nəfər isə bu xəstəlikdən sağalmışdır.
5 aprel tarixində koronavirusdan yeni 2 ölüm faktı qeydə alınır. Üstəlik 63 yeni yoluxma faktı qeydə alınır.
7 aprel tarixində növbəti 1 xəstə dünyasını dəyişir. Üstəlik 76 yeni yoluxma qeydə alınır.
Aprel ayının 9-u 104 yeni xəstə qeydə alınmaqla yanaşı 1 nəfərdə həyatını itirir. 38 nəfər isə sağaldıqdan sonra evə buraxılır.
10 aprel tarixində 65 yeni yoluxma qeydə alınmış və 1 nəfər də dünyasını dəyişmişdir. 58 nəfər sağaldıqdan sonra evə buraxılmışdır.
Aprel ayının 11-də 11 xəstə dünyasını dəyişir. 67 yeni xəstə qeydə alınmışdır. 49 nəfər sağaldıqdan sonra evə buraxılmışdır.
24 aprel tarixində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayaraq 27 aprel 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib: kitab, qəzet, dəftərxana malları satışı, çap və sürətçıxarma fəaliyyəti, fotostudiyalar, fərdi mənzillərdə təmizlik və dərzi xidmətləri, kosmetika və ətriyyat, geyim, ayaqqabı və dəri məmulatlarının satışı, qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti, mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının, kompüter avadanlıqlarının satışı və təmiri, mebel, elektronika və məişət texnikasının, avtomobil, kimyəvi məhsulların, gül və bitki məhsullarının satışı, kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının, gübrə və aqrokimyəvi məhsulların satışı, fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla).[39]
4 may tarixində yeni yumşaldılmalar təyin olundu:
Xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılmışdır.
Eyni zamanda əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilmişdir.
Məhdudiyyətlərin yumşaldılması mövcud sanitar-epidemioloji vəziyyət, xəstə sayı və yoluxma sürəti əsas götürülərək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu və digər regionlar üzrə mərhələ ilə həyata keçirilir.
Bununla əlaqədar Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə 4 may 2020-ci il saat 00:00-dan etibarən:
• dövlət qurumlarının işçilərinin fəaliyyəti müəyyən olunmuş sayda bərpa olunur (fəaliyyəti bərpa olunan dövlət qurumlarının işçilərinin say həddi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən ediləcəkdır);
• "DOST" mərkəzləri xidmət göstərdikləri ərazilər üzrə ünvanlı dövlət sosial yardımı və sosial sahə üzrə bank kartlarının təqdim olunması istiqamətlərində fəaliyyətini bərpa edir;
• xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edilir;
• bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olunur;
• bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur.
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən:
• yaşayış yerini SMS icazə ilə, "icaze.e-gov.az" portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur;
• "DOST" mərkəzləri xidmət göstərdikləri ərazilər üzrə ünvanlı dövlət sosial yardımı və sosial sahə üzrə bank kartlarının təqdim olunması istiqamətlərində fəaliyyətini bərpa edir;
• dövlət qurumlarının işçilərinin tam sayda fəaliyyəti bərpa olunur;
• restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla);
• bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət götürülür;
• qeyd olunan ərazilərdə rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunur (ictimai nəqliyyatla sərnişindaşıma xidməti istisna olmaqla);
• xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edilir;
• bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olunur;
• bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur;
Xüsusi karantin rejimində respublika üzrə ictimai yerlərdə, bulvarlarda və parklarda, eyni zamanda ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.
Respublika üzrə bütün təhsil müəssisələrində tədris, təlim tərbiyə prosesinin dayandırılması 31 may 2020-ci il tarixinədək uzadılır.
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az" portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.
18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə:
• yaşayış yerini SMS icazə ilə, "icaze.e-gov.az" portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur;
• bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülür;
• restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla);
Qeyd edək ki, restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında xidmətlər pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Bu qaydalara riayət edilməsi ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və əməkdaşlarının, eyni zamanda xidmətlərdən istifadə edən müştərilərin birbaşa öhdəliyidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.
15 may tarixində verilən qərara görə 18 may 2020-ci il saat 00:00-dan bütün ölkə üzrə:
• muzey və sərgi zallarının fəaliyyəti bərpa olunur;
• 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür. Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir.
Hazırda xüsusi karantin rejimi müddətində ölkə üzrə aşağıdakı məhdudiyyətlər qüvvədə qalır:
• yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması;
• xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması;
• bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması;
• Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması;
• ASAN Xidmət və "DOST" xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;
• dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması;
• toy məclislərinin təşkilinin qadağan olunması;
• bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması;
• tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;
• ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması;
• əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması;
• muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması;
• nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və "Mall"arın fəaliyyətinin dayandırılıması;
• ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması;
• Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə saat 18:00-dan 08:00-dək yerində xidmətin dayandırılması;
• tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi;
• idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);
• massaj və hamam xidmətlərinin göstərilməsi;
Fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçirilməlidir.
29 may tarixində verilən qərara görə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 15 iyun 2020-ci il saat 00:00-dək uzadılır. Eyni zamanda, 31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilmişdir:
● Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunur;
● ölkə ərazisində iri ticarət mərkəzlərinin və "Mall"arın fəaliyyəti bərpa olunur (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla);
● açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilir;
● Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 22:00-dək həyata keçirilir (ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisna olmaqla);
4 iyunda verilən qərara görə, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla).
Qeyd olunan tarixdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.
Sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti — Zəng Mərkəzi vasitəsilə icazə almaqla tərk edə bilər.
2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək yalnız aşağıdakı qurum və xidmətlərin fəaliyyətinə icazə verilir:
• Siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti;
• xəstəxanalar, təcili tibbi yardım müəssisələrinin fəaliyyəti;
• sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;
• kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);
• elektrik enerjisinin istehsalı və təchizatı;
• meliorasiya və su təsərrüfatı;
• rabitə xidmətləri;
• teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti;
• dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;
• boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;
• fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);
• neft və qazın hasilatı, emalı, saxlanması və satışı;
• fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətlər.
Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin və xidməti avtomobillərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az" portalına daxil edildikdən sonra yol veriləcək. Eyni zamanda dövlət əhəmiyyətli, həyat təminatlı müəssisələrin və qurumların, həmçinin fasiləsiz işləyən qurumların fəaliyyətləri zəruri hesab edilən işçilərini məhdud sayda cəlb etməklə tənzimlənəcəkdir.
2020-ci il 5 iyun tarixində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində dövlət orqanları və qurumları üçün saat 14:00-dək qısaldılmış iş rejimi müəyyən edilib.
İyunun 9-da verilən qərara görə, Azərbaycan Respublikası ərazisində yeni nov koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş və son günlərdə virusa yoluxma sayı, xəstəliyin yayılma dinamikası nəzərə alınaraq, ölkə üzrə xüsusi karantin rejiminin 1 iyul 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilmişdir.
Azərbaycanda virusa ilk yoluxma faktının qeydə alındığı tarixdən bu günədək COVID-19 testi musbət çıxmış 8191 nəfər aşkarlanmış, hazırda isə 3487 aktiv xəstə müalicəsini xüsusi karantin rejimli xəstəxanalarda davam etdirir.
Ölkə üzrə sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yüksək yoluxma faktları aşkar edilmişdir. Bu baxımdan COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcəkdir.
Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah aşağıdakıları qərara alır:
•2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılır (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkəti istisna olmaqla);
•2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir;
•sakinlər qeyd olunan müddətdə Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti — Zəng Mərkəzi vasitəsilə icazə almaqla tərk edə bilər.
2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yalnız aşağıdakı qurum və xidmətlərin fəaliyyətinə icazə verilir:
•siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti;
•hüquq-mühafizə və hərbi xidmət nəzərdə tutulmuş orqanların fəaliyyəti;
•xəstəxanalar, təcili tibbi yardım müəssisələrinin fəaliyyəti;
•sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;
•kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);
•elektrik enerjisinin istehsalı və təchizatı;
•meliorasiya və su təsərrüfatı;
•rabitə xidmətləri;
•teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti;
•dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;
•boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;
•fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);
•neft və qazın hasilatı, emalı, saxlanması və satışı;
•çörək məsullarının istehsalı (2020-ci il 15 iyun saat 16:00-dan etibarən);
•fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətlər;
Müəyyən olunmuş tarixlər üzrə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslər, onların xidməti və şəxsi avtomobillərin hərəkətinə işəgötürən tərəfindən məlumatlar elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az" portalına daxil edildikdən sonra yol veriləcək. Fəaliyyətinə icazə verilən qurumlar, eyni zamanda dövlət əhəmiyyətli, həyat təminatlı müəssisələrin və qurumların, həmçinin fasiləsiz işləyən qurumların fəaliyyətləri zəruri hesab edilən işçilərini məhdud sayda cəlb etməklə tənzimlənəcəkdir.
2 İyul tarixində verilən qərara görə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.
• 2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.
● Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır:
4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək;
11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək;
18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.
● Virusa yoluxma dinamikasının azaldılması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir.
Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində 2020-ci il 20 iyul saat 06:00-dək həmçinin aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir:
● nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;
● ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;
● muzey və sərgi zallarının fəaliyyəti;
● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);
● təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);
● açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.
Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir:
● təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; (SMS icazə və "E-Təbib" mobil tətbiqi vasitəsilə)
● ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; (SMS icazə və "E-Təbib" mobil tətbiqi vasitəsilə)
● yaxın qohumunun dəfnində iştirakla əlaqədar. (102 Xidməti – Zəng Mərkəzi vasitəsilə)
17 iyul tarixində verilən qərara görə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkə üzrə xüsusi karantin rejimi 2020-ci il 31 avqust saat 00:00-dək uzadılmışdır.
Bununla yanaşı, şəxslər arasında COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla Lənkəran şəhəri və Samux rayonunda 20 iyul 2020-ci il tarixdən etibarən sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayacaq.
Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə movcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək. Həmçinin xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq:
25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək;
1 avqust saat 00:00-dan 3 avqust saat 06:00-dək;
Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda 2020-ci il 20 iyul tarixdən edibarən masaj və hamam xidməti istisna olmaqla bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilir. Eyni zamanda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılır.
Avqust
3 avqustda verilən qərara görə
• 2020-ci il 5 avqust saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsilə tərk etmək sistemi ləğv olunur.
• Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilir.
COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi aşağıdakı şəhər və rayonlarda tətbiq olunacaq:
• Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları.
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda aşağıdakı məhdudiyyətlər qüvvədədir:
• həftəsonları qeyd olunan tarixlərdə bütün ictimai nəqliyyatın hərəkəti:
8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək;
15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək;
22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək;
29 avqust saat 00:00-dan 31 avqust saat 06:00-dək;
• nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzləri və "Mall"ların fəaliyyəti;
• ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;
• muzey və sərgi zallarının fəaliyyəti;
• bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla);
• açıq havada idman yarışlarının və oyunları da daxil olmaqla bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması.
Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabiteninin 2020-ci il 19 iyun tarixli Qərarı ilə fəaliyyətinə icazə verilən və qadağan edilən iş və xidmət sahələrinə dair qaydalar qüvvədə qalır.
2020-ci il 31 avqust saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində aşağıdakı məhdudiyyətlər qüvvədədir:
• ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması; (xüsusi və çarter reysləri istisna olmaqla)
• xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması; (Naxçıvan Muxtar Respublikası istisna olmaqla)
• "ASAN xidmət" və "DOST" xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;
• tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;
• iri ticarət mərkəzlərinin və "Mall"arın nəzdində olan uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyətinin dayandırılması;
• əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması;
• idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);
• mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması;
• dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması;
• toy məclislərinin təşkilinin qadağan olunması;
• bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla);
• ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 5 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması;
• bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması;
• ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması;
• tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi;
• massaj və hamam xidmətlərinin göstərilməsi.
7 avqustda Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 2020-ci ilin avqustun 10-u saat 00:00-dan etibarən fəaliyyətinə icazə verilən sahələrin siyahısına aşağıdakılar əlavə edilir:
— Açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi;
— Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti;
— maşın və avadanlıqların istehsalı;
— elektrik avadanlıqlarının istehsalı;
— kompüter, elektron və optik məhsulların istehsalı;
— avtomobil, qoşqu və yarımqoşquların istehsalı;
— sair nəqliyyat vasitələrinin istehsalı;
— poliqrafiya məhsullarının istehsalı;
— zərgərlik məmulatlarının istehsalı;
— musiqi alətləri, idman mallarının istehsalı;
— geyim istehsalı;
— toxuculuq sənayesi;
— ayaqqabıların istehsalı;
— dəri və dəri məmulatlarının istehsalı;
— tütün məmulatlarının istehsalı;
— sair sənaye məhsullarının istehsalı.
Aşağıda qeyd olunan sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayının əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyətlər ləğv edilir:
— Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
— Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
— Mühəndislik və layihələndirmə xidmətləri;
— Qablaşdırma məhsullarının istehsalı;
— Daş, metal və taxta məhsullarının istehsalı;
— Mebel istehsalı və təmiri;
— Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;
— Tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;
— Onlayn satışlar;
— Kimyəvi təmizləmə;
— Mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;
— Avtomobillərin təmiri;
— Avtomobil yuyulma məntəqələri;
— Heyvan sığınacaqları;- Tərcümə xidmətləri.
Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə aşağıdakı şəxslərin giriş-çıxış məsələsi aşağıdakı qaydada həyata keçirilir:
— Yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti — Zəng Mərkəzi vasitəsilə alınan icazə əsasında;
— Təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar həkim tərəfindən verilən arayış əsasında;
— Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslər biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp
əsasında.
Pandemiyanın gündəlik statistikası üçün həmçinin bax 2020-ci ildə Azərbaycan, 2021-ci ildə Azərbaycan, 2022-ci ildə Azərbaycan, 2023-cü ildə Azərbaycan
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
1 yanvar 2022 il tarixinə 617 311 nəfərin yoluxması faktı müəyyən edilib, 600 151 nəfər sağalıb, 8 365 nəfər vəfat edib.
Aktiv xəstə sayı 8 795 nəfərdir.
Pandemiya başlanan vaxtdan 5 870 329 test aparılıb.[40]
Fevralın 1-də Türkiyənin səhiyyə naziri Fahrettin Koca 46 Türkiyə, 6 Azərbaycan, 3 Gürcüstan və 1 Albaniya vətəndaşı da daxil olmaqla 44 nəfərin Uhan şəhərindən təxliyə edildiyini bildirdi[49][50]
Yanvarın 26-da 42 Azərbaycanlı tələbə Türkiyədən tədiyyə olunaraq Naxçıvana gətirildi.
Mayın 22-də 174 Azərbaycanlı tələbə çarter reyslə Azərbaycana gətirildi.
Martın 7-də Azərbaycan hökuməti İrana koronavirusla mübarizə üçün 5 milyon dollar ayırır.[57]
Türk Şurasının fəaliyyətinin çərçivəsində, Azərbaycan Özbəkistan və Türkiyə ilə birgə Macarıstana tibbi maskalar və s. tibbi təchizləri göndərib.
Bundan əvvəl isə Azərbaycan Türkiyədən test dəstələri yardım şəkildə əldə etmiş ilk ölkə olub.[58] Cek Ma Fondu ilə Alibaba Fondu da Azərbaycana test dəstələri, maska və süni tənəffüs şəkildə yardım göndərib.[59]
Azərbaycana Çin, Kuba, İtaliya, Rusiya və Türkiyədən yardım şəkildə həkimlər çağırılıb.[60]
28 dekabr 2021 il tarixə 11 255 847 adam COVID-19-a qarşi vaksinani vurdu. 1-ci dozani vuran sayi — 5 161 039 nəfər, ikinci dozani vuran sayi — 4 666 161 nəfər, buster dozani vuran sayi — 1 428 647 nəfər adam.[61]
Azərbaycanda kütləvi vaksinasiya 2021 ilin yanvarın 18-dən başlamışdır. Əsas peyvənd kimi CoronaVac vaksinasi istifadə olunur. Ondan başqa AstraZeneca, Pfizer/BioNTech, Sputnik V vaksinalari istifadə olunur.