Anatoli Ado

Anatoli Vasilyeviç Ado (rus. Анато́лий Васи́льевич Адо́; 8 yanvar 1928, Kazan14 may 1995, Moskva) — SSRİRusiya tarixçisi, Fransa tarixi üzrə mütəxəssis.

Anatoli Ado
Doğum tarixi 8 yanvar 1928(1928-01-08)
Doğum yeri
Vəfat tarixi 14 may 1995(1995-05-14) (67 yaşında)
Vəfat yeri
Elm sahəsi Fransa tarixi
Elmi dərəcəsi
Elmi adı
İş yeri
Təhsili
  • Moskva Dövlət Universitetinin Tarix fakültəsi[d]

Anatoli Vasilyeviç Ado 8 yanvar 1928-ci ildə Kazanda anadan olmuşdur. Atası Vasili Ado, Kazan Universitetlərində tarix fənnindən dərs demişdir. O, Fransanın müasir tarixi üzrə mütəxəssisdir. Ado 1970-ci ildən Moskva Dövlət Universitetinin professorudur. O, ilk dəfə olaraq Fransa arxivlərinin sənədləri əsasında XVIII əsrin sonlarında Fransa inqilabı dövrünün kəndli üsyanlarının ümumi mənzərəsini vermiş, kəndliliyi inqilabın ən mühüm hərəkətverici qüvvəsi kimi göstərmişdir. Əsas əsərləri: "XVIII əsrin sonlarında Böyük burjua inqilabı zamanı Fransada kəndli hərəkatı", (1971), "Kəndlilər və Böyük Fransa inqilabı. 1789–1794-cü illərdə Kəndli Hərəkatı" (1987; fransızca nəşr – 1996).[1]

  1. Е. В. Киселёва. АДО́ Arxivləşdirilib 2022-05-20 at the Wayback Machine

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]