Fransa tarixi — Qərbi Avropa ən böyük şəhərlərindən biri idi. Onun tarixi Merovinqlər (V–VIII əsrlər), Karolinqlər (VIII–X əsrlər), Kapetinqlər (X–XIV əsrlər) və Valua kimi tanınan dörd kral sülaləsinin hakimiyyət dövrlərini əhatə edir. Hələ qədim zamanlardan bəri şəhər üç şərti hissəyə bölünmüşdü (Site adası, şimal sağ sahili və cənub sol sahili); bu ərazilərin hər birisi öz fərdi inkişaf xüsusiyyətlərinə malik idi [1][2][3].
XI əsrdəFransa iri və xırda feodal mülklərinə parçalanmışdı. Ölkənin şimal-şərq torpaqları Paris və Orleanla birlikdə krala məxsus idi[q 1]. Kral bütün ölkə üçün qanun verə bilməzdi, vergi toplamaq hüququna malik deyildi. Hətta vassallar da kral torpaqlarında qəsrlər tikirdilər. Kral öz mülkündən əldə etdiyi gəlirin hesabına yaşayırdı. Onun qoşunu və muzdla işləyən məmurları yox idi[4][5][6].
X–XI əsrlərdə Avropanın hər yerində olduğu kimi, Fransada da kənd təsərrüfatı və sənətkarlıqda irəliləyiş yarandı. Şəhərlər meydana gəldi, vilayətlər və şəhərlər arasında əmək bölgüsü yarandı, ticarət inkişaf etdi[q 2]. Normandiyada dəmir filizi, şampan, Burqundiyada taxıl və kətan parça istehsal olunurdu. Əmək bölgüsü və ticarət vilayətlər arasında əlaqə, ölkənin birləşməsi üçün şərait yaratdı[7][8][9][10].
Feodalların pula ehtiyacı artdı, feodallar məhsul töycüsünü pul töycüsü ilə əvəz etdilər. Kəndlilər yüksək ödəniş müqabilində şəxsi asılılıqdan azad olurdular. Vergilərin artırılmasına qarşı üsyanlar baş verirdi. Orta və xırda feodallar bu üsyanın qarşısını ala bilmirdilər, onlar bu üsyanı yatırtmaq üçün krala arxalanırdılar. Sənətkar və tacirlər Feodal dağınıqlığının aradan qaldırılmasına, şəhərlilər senyor zülmündən xilas olmağa çalışırdılar. Şəhərlilər feodaldan xilas olmaq üçün krala müraciət edir, ona pulla, silahlı dəstələrlə kömək edirdilər[11][12][13][14][15].
Beləliklə, krallar şəhərlilərə, sənətkarlara və tacirlərə, orta və xırda feodallara, kəndlilərə arxalanaraq ölkəni birləşdirməyə başladılar[16]. Fransa kralı ölkənin birləşdirilməsində İngiltərə ilə toqquşdu. Hələ XI əsrdə Normandiya hersoqu işğalçı I Vilhelm İngiltərəni tutdu və onun kralı oldu. Onun varisləri Fransa ərazisinin çoxunu ələ keçirdilər, lakin XIII əsrin əvvəllərində ingilis kralının Fransadakı mülkləri də, Normandiya, Tuluza qraflığı Fransa kralı tərəfindən tutuldu. Yalnız Akvitaniya hersoqluğunun bir hissəsi İngiltərənin əlində qaldı. Fransa mərkəzləşmiş dövlətə çevrildi[17][18]. Ölkənin bütün ərazisi kralın hakimiyyəti altında birləşdirildi. Hersoq və qraflar əvvəlki müstəqilliklərini itirdilər. Kralın daimi qoşunu var idi və illik vergi toplayırdı[q 3]. Nəticədə təsərrüfat da inkişaf edirdi. Bütün bunlar XV əsrdə Fransada yaranmış mərkəzləşmiş dövlətin əsas əlamətləri idi [19][20][21][22][23].
Ölkədə hamı kralın təbəəsi idi. Əhali 3 silkə bölünmüşdü[28]. Hüquqları və vəzifələri eyni olan insan qruplarına silk deyilir; silkin hüquq və vəzifələri nəsildən [nəslə keçirdi. Fransada mövcud olan 1-ci silkə ruhanilər daxil idi. Onların vəzifəsi ibadət etmək və s. idi. 2-ci silkə zadəganlar daxil idi. Onların vəzifəsi kralı və onun təbəələrini düşməndən qorumaq idi. Ruhanilər və zadəganlar vergidən azad idilər. 3-cü silkə ölkənin qalan əhalisi: kəndlilər, sənətkarlar, şəhərlilər və b. daxil idi. Onları varlı şəhərlilər təmsil edirdi[29][30][28].
XIV əsrdə IV Filippin (1285–1314) dövründə Fransanın birləşdirilməsi başa çatdı[31][32]. Şampan vilayəti və Navarra kral torpaqlarına birləşdirildi. IV Filipp kilsə torpaqları üzərinə vergi qoydu. Nəticədə kralla Roma papası arasında münaqişə baş verdi. Kralın səfiri Romada papanın qəsrinə girib onu təhqir etdi. Papanın hakimiyyəti zəiflədi, kral hakimiyyəti gücləndi[27][24][25][26][27][33].
Kral IV Filipp papaya qarşı mübarizədə silklərin köməyinə arxalanmaq üçün 1302-ci ildə Baş Ştatları çağırdı. Kral papaya qarşı mübarizədə silklərə arxalanırdı[34][35][36]. Baş Ştatlar ruhani, zadəgan və varlı şəhərlilərin nümayəndələrinin iştirakı ilə çağırılırdı. Kral yeni vergi qoyanda Baş Ştatları çağırırdı. Silklər arasında ixtilaflar Baş Ştatların dövlət işlərinə təsirini azaldırdı. XIV–XVI əsrlərdə Fransada silki nümayəndəliyin ali orqanı Baş Ştatlar idi. XIV əsrdə Fransada silki mütləqiyyət (monarxiya) — mərkəzləşmiş feodal dövləti yarandı. Bu dövlətdə kral hakimiyyəti silklərin nümayəndələrinin yığıncağına arxalanırdı. Bu mərkəzləşdirilmiş silki monarxiya dövlətinin birinci mərhələsi idi. Bu mərhələdə kral hakimiyyəti kifayət qədər güclü deyildi. O, ölkəni silklərin köməyi olmadan idarə edə bilməzdi[37][38][39][40][41].
Bu müharibə 1337–1453-cü illərdə olmuş və 100 ildən çox davam etmişdi. Yüzillik müharibənin səbəbləri ingilis kralının Fransada itirdikləri mülklərini geri almaq, Flandriya üstündə rəqabət, ingilis kralının Fransa taxtına iddiası idi. IV Filippin oğlanları öləndən sonra Fransa kralının kişi nəsli kəsildi. İngiltərə kralı Fransa kralının uzaq qohumu idi. Ona görə də İngiltərə kralı Fransa taxtını ələ keçirmək hüququna malik olduğunu iddia edirdi[47][48][49][50].
Fransız cəngavərləri yaxşı silahlanmışdılar, lakin nizam-intizama tabe olmurdular. Onların hər biri ayrılıqda vuruşur və nəticədə həlak olurdular. Cəngavərlərin muzdla tutulmuş əsgərləri görməyə gözü yox idi. İngilislər də yaxşı silahlanmışdılar. Atlı cəngavərlərlə piyada əsgərlər arasında möhkəm nizam-intizam və əlaqə var idi. İngilislər yaxşı donanmaya malik idilər. İngilis ox atanları 600 m məsafədəki hədəfə ox atır, 200 m aralıdakı cəngavərlərin zirehini oxla deşirdilər[51][52].
İngilislər Normandiyanı tutdular. 1346-cı ildə Fransanın şimal-şərqində Kresi adlı yerdə baş vermiş döyüşü fransızlar uduzdu. 1356-cı ildə Luara çayının cənubundakı Puatye şəhəri yaxınlığında fransız qoşununun əsas qüvvəsi məğlub oldu və kral başda olmaqla fransız feodalları əsir düşdülər[53][54][55][56].
İşğalçı ingilis əsgərləri və Fransa əsgərləri ölkəni talan etdilər. Vergilərin artmasına qarşı 1358-ci ildə Fransanın şimal-şərqində "Jaklar" (Jakeriya) üsyanı başlandı. Üsyana Gilyom Kal başçılıq edirdi. Feodallar Kalı danışığa dəvət etdilər, danışığa gəlmiş Kalı qandalladılar, sonra edam etdilər. Zadəganlar xəyanət etdilər, şəhər əhalisi üsyana qoşulmadı. Başsız qalmış üsyançılara divan tutuldu. Jakeriya üsyanı nəticəsində feodallar mükəlləfiyyəti artırmağa cürət etmədilər, kəndlilərin şəxsi asıldıqdan azad olması prosesi sürətləndi. Artıq XV əsrdə Fransada az təhkimli kəndli qalırdı[64][65][66].
Fransa kralı ağır toplar düzəltdirdi, donama yaratdı. Avropada gedən bu yüzillik müharibədə ilk dəfə qala divarlarını dağıdan ağır toplar meydana gəldi. İngilislər məğlub edildi, lakin fransız feodalları arasında qızışan çəkişmələr 1415-ci ildə Azenkur vuruşmasında fransızları məğlubiyyətə düçar etdi, ölkənin şimali ingilislərin əlinə keçdi. Burqundiya hersoqunun ingilislərin tərəfinə keçməsi, fransızların vəziyyətini ağırlaşdırdı. İngilislər Parisi tutdular. İngiltərənin azyaşlı kralı Fransanın da kralı elan edildi. İngilislər cənuba irəlilədilər və Orleanı mühasirəyə aldılar. Orleanın tutulması ölkənin cənubuna yol acırdı və Fransanın taleyi həll olunurdu[76][77][78][79].
Özünü itirmiş hakim çıxış yolu tapa bilmirdi. Ölkəni partizan müharibəsi bürüdü. İşğalçılara qarşı müharibədə Janna D Arkın böyük xidməti oldu. O, şahzadənin yanına getdi və onunla görüşdü. Əyanlar başa düşdülər ki, Janna döyüşçülərdə ruh yüksəkliyi yarada bilər. Jannaya bir dəstə cəngavər verdilər. O, 1429-cu ildə Orleanı mühasirədən azad etdi. Orleanın mühasirədən azad edilməsi müharibənin gedişində dönüş yaratdı. Jannanın təkidi ilə Reyms şəhəri tutuldu. Fransa kralları hələ qədimdən bəri burada tacqoyma mərasimi keçirirdilər. Şahzadənin burada təntənəli tacqoyma mərasimi oldu[82][83][84].
Fransa qabiliyyətli müharibə aparırdı. Sadə kəndli qızının şöhrəti əyanları narahat edirdi. Janna burqundlarla vuruşa-vuruşa Kompyen qalasına doğru çəkilirdi. Qalanın komendantı asma körpünü qaldırdı. Janna Kompyen meşəsində əsir düşdü, ingilislər onu məhkəməyə verdilər, fransız yepiskopları onu cadugərlikdə ittiham edib tonqalda yandırmağa məhkum etdilər[85]. 0, 1431-ci ilin mayında Ruan şəhərində tonqalda yandırıldı. Sonralar Janna xristian dini tərəfindən müqəddəslər sırasına daxil edildi[86][87].
1453-cü ildə yüzillik müharibə qurtardı. Hər iki ölkə arasında sülh bağlandı. Təkcə Kale limanı 1558-ci ilə kimi ingilislərin əlində qaldı. Xalqın qəhrəmanlıq səyləri Fransanı yadellilərin işğallarından azad etdi[88][89].
IX Lüdoviq. Fransanın birləşdirilməsinin başa çatması.
Yüzillik müharibədən sonra Fransadafeodal dağınıqlıq gücləndi. Kral XI Lüdoviq (1461–1483) dövründə Burqundiyahersoqu igid Karlın başçılığı altında gizli sui-qəsdçilər ittifaqı yaradıldı. O, 12 il XI Lüdoviqə qarşı açıq müharibə apardı. Lüdoviq onun əsgərlərini öz tərəfinə çəkib qalib gəldi və onu öldürdü. Burqundiya, Marsel, BretandaFransaya birləşdirildi. Beləliklə, XV əsrin sonunda Fransanın birləşdirilməsi başa çatdı. XI Lüdoviq 1614-cü ildə Baş Məclisi sonuncu dəfə çağırdı. Daha onu çağırmağa ehtiyac görmürdü. Çünki onun güclü ordusu var idi, bütün ölkə mərkəzləşmiş dövlətdə birləşdirilmişdi və kralhakimiyyəti möhkəm və təhlükəsiz idi. Ölkədə təsərrüfat, mədəniyyət dirçəlib inkişaf edirdi. Lion şəhəri Fransanın ipəkçilik mərkəzinə çevrilmişdi[90][91][92][93][94][95].
XI Lüdoviq Burqundiyahersoqu igid Karlı məğlub edərək Fransanın birləşdirilməsini başa çatdırır. Onun dövründə Burqundiya, Marsel və BretanFransaya birləşdirilir. XVI əsrdəFransada sənaye və ticarət inkişaf edir və manufakturaların sayı artırdı. Vergilərin toplanmasında "iltizam hüququ" mövcud idi. Borc faizləri, iltizam hüququ və mənfəətli vəzifələr tutmaq burjuaziyanın gəlir mənbəyi idi[96][97][98].
Fillip T. Hoffman Fransada erkən müasir dövrünün tarixi çərçivəsini 1450–1700,[106] Harvard Universiteti isə 1500–1715[107] illərin arsında olduğunu müəyyən edir.
↑The word was most likely created by Parisians of the lower popular class who spoke *argot*, then *parigot* was used in a provocative manner outside the Parisian region and throughout France to mean Parisians in general.
↑XIV əsrin əvvələrində Fransada silki mütləqiyyətli mərkəzləşdirilmiş feodal dövləti yarandı.
↑1453-cü ildə İngiltərə və fransa arasında sülh müqaviləsi bağlandı.
↑Jaklar üsyanından sonra kəndlilərin təhkimçilikdən azad edilməsi sürətləndi.
↑Du Fresne de Beaucourt, G., Histoire de Charles VII, Tome I: Le Dauphin (1403–1422), Librairie de la Société bibliographiqque, 35 Rue de Grenelle, Paris, 1881, pp. 32 & 48
↑"Sovereign Ratings List". Standard & Poor's. January 6, 2017. 2017-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-06. Note: this source is continually updated.
↑Twinning started by then independent municipality Walheim, now continued by borough Aachen-Kornelimünster/Walheim. "Montebourg – Frankreich". 1 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 November 2016.
↑"Streetscooter – Der tausendste Elektro-Transporter der Post". Frankfurter Allgemeine Zeitung. Frankfurter Allgemeine Zeitung GmbH. 23 August 2016. 23 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2017. Die Post will ihren gesamten Fuhrpark auf Elektro-Autos umstellen. Bis dahin dauert es noch. Einen wichtigen Schritt hat das Unternehmen nun aber gemacht.
↑"Gemellaggio Roma – Parigi – (1955)"(PDF). Roma – Relazioni Internazionali Bilaterali (fransız). Paris: Commune Roma. 30 January 1956. 9 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 September 2016.