Anatoli Urvantsev

Anatoli Semyonoviç Urvantsev (rus. Анатолий Семёнович Урванцев; 10 iyun 1910, Samara27 mart 1971, Bakı) — Azərbaycan-sovet balet artisti, pedaqoq, Azərbaycan SSR əməkdar artisti (1956).

Anatoli Urvantsev
rus. Анатолий Семёнович Урванцев
Doğum tarixi
Doğum yeri Samara, Samara quberniyası[rus.], Rusiya İmperiyası
Vəfat tarixi (60 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
SSRİ SSRİ
Fəaliyyəti balet artisti, pedaqoq
Fəaliyyət illəri 1928-ci ildən
Təhsili Moskva Xoreoqrafiya Məktəbi[rus.] (1928)
Teatr Samara Opera və Balet Teatrı[rus.],
Yekaterinburq Opera və Balet Teatrı[rus.],
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1956

Anatoli Urvantsev 26 may (10 iyun) 1910-cu ildə Samarada anadan olmuşdur. 1928-ci ildə Moskva Xoreoqrafiya Məktəbini[rus.] bitirmiş, Moskvada Plastik Baletlər Teatr truppasında işləmişdir.[1] Yaradıcılıq fəaliyyətinə 1928-ci ildə Samara Dram Teatrında başlamış, 1930–1939-cu illərdə Samara və Sverdlovsk teatrlarının, 1939–1962-ci illərdə isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının solisti olmuşdur.[2]

Anatoli Urvantsev pedaqoji fəaliyyətə də məşğul olmuş, 1949-cu ildən ömrünün sonuna kimi Bakı Xareoqrafiya Məktəbində dərs demişdir. O, 27 mart 1971-ci ildə Bakıda vəfat etmişdir.[2]

İfa etdiyi əsas partiyalar

[redaktə | mənbəni redaktə et]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  1. İlham Rəhimli. Anatoli Urvantsev // Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. səh. 45–50. ISBN 978-9952-8306-3-7.
  2. 1 2 УРВА́НЦЕВ Анатолий Семёнович // Балет: энциклопедия. Москва: Советская энциклопедия. Гл. ред. Ю. Н. Григорович. 1981. ст. 536.