Andi Göysu — Gürcüstan (Kaxeti) və Rusiya (Dağıstan) ərazisindən axan çay.
Andi Göysu | |
---|---|
avar. Гӏанди гӏор | |
| |
Ölkələr | |
Regionlar | |
Mənbəyi |
Pirikitelskaya Alazan Tuşeti Alazan |
• Yüksəkliyi | 1603 m |
Mənsəbi | Sulak çayı / Xəzər dənizi |
• Yüksəkliyi | 355,4 m |
Uzunluğu | 144 km |
Su sərfi | 69,6 m³/san |
Hövzəsinin sahəsi | 4810 km² |
DSR[rus.] | 07030000112109300000261 |
Vikianbarda əlaqəli mediafayllar |
Andi Göysu çayı Sulak çayının sol qoludur. Çayın uzunluğu 144 km-dir.
“Göysu” adı türkcə (qumuq) “k'oy suv”– göy su adından götürülmüşdür.[1] XX əsrin ortalarına qədər "Göysu" adını Sulak çayı daşıyırdı.
Andi Göysu çayı Sulak çayının sol qoludur. O, mənbələrini dağlıq ərazi olan Tuşetiyadan götürən Pirikitel Alazani və Tuşeti Alazani çaylarının birləşməsindən əmələ gəlir. Andi Göysu Çirkata kəndindən 6 kilometr şərqdə Avarskoe Koisu çayı ilə birləşərək Sulak çayını əmələ gətirir.
İki çayın qovuşduğu yerdən çayın uzunluğu 144 km (Tuşeti Alazani mənbəyindən –192 km), ümumi enmə 2500 m, su toplama sahəsi 4810 km², orta hündürlüyü 2140 m-dir. Çay hövzəsindəki buzlanma sahəsi 14 km²-dir. Buzlaqlar Boqosski, Piriketelski və Sneqovoy silsilələrinin ən yüksək ərazilərində geniş yayılmışdır.
Andi Göysu çayı hövzəsinin əhəmiyyətli bir hissəsi (84%) dəniz səviyyəsindən 1500 metr yüksəklikdə, o cümlədən 10% 3000 metrdən yuxarıdır.
Botlix rayonu ərazisində, çayın sol sahilində, XI–X əsrlərə aid qədim Ortakolo şəhərinin qalıqları yerləşir. Ortakolo şəhərində ali silkin nümayəndələri xristian dininə, sadə insanlar isə bütpərəst ayinlərə riayət edirdi.[2]
Çay yağış, qrunt suları və qar suları ilə qidalanır. Andi Göysu yaz-yay daşqınları və aşağı su dövrləri olan çaylara aiddir. Çayda daşqınlar əsasən (60-70%) isti mövsümdə (may - avqust) baş verir. Bir qayda olaraq, ən böyük daşqın iyun ayında, ən kiçik daşqın isə fevral ayında baş verir. Çayın orta illik su sərfi 72,0 m³/s, maksimum qeyd olunanı isə 830 m³/s-dir.
Andi Göysu çayı hövzəsində ümumi uzunluğu 4020 km olan 874 çay var. Əksər çayların (828) uzunluğu 10 km-dən azdır.
Çayın Əsas qolları:
|
|
|
Andi Göysu çayının illik axın rejimini tədqiq etmək üçün onun üzərində 7 elmi stansiya mövcuddur. Bu stansiyalar Şenako, Ağvalı, Botlix, Tlox, Saqra, Çirkota və Aşıltinski körpüsüdür. Hazırda Ağvəli və Çirkota stansiyaları dövlət məntəqəsi kimi fəaliyyət göstərir.
Andi Göysu çayının kənd təsərrüfatı üçün böyük əhəmiyyəti var. Onun suyundan ətraf kəndlərin və əkin sahələrinin su təchizatı və suvarılması üçün istifadə olunur. Çay böyük hidroenergetika potensialına malikdir. Tantariskaya, İqalinskaya, İnxoiskaya, Ortokalinskaya, Muni, Botlixskaya, Sumadinskaya və Ağvalinskaya çaylarında 8 su elektrik stansiyasının inşası planlaşdırılır.