Andromeda dumanlığı

Şimal yarımkürəsinin orta enliklərində yaşayanlar Andromeda dumanlığını müşahidə etmək imkanına malikdirlər. Aydın gecədə onu γ Andromeda ulduzunun yaxınlığında çox da böyük olmayan işıqlı bulud kimi adi gözlə görmək olar. Peqas bürcünün yaxınlığında yerləşir.

Bu dumanlıq haqqında bizə gəlib çatan birinci yazılı məlumat X əsrin ərəb astronomu Əs-Sufiyə məxsusdur. Ulduz göyünün təsvir edən əlyazmasında , o, "kiçik bulud" və onun yaxşı istinad nöqtəsi olmasını bir neçə dəfə qeyd edir. Hətta onun şəklimi çəkmişdir.

Teleskoplar icad olunduqdan sonra Andromeda dumanlığının yenidən kəşfi başlandı. 1618-ci ildə ilk dəfə teleskopla müşahidə aparmağa başlayan alman alimi Simon Mari onu qeydə aldı.XVII əsrin axırlarından başlayaraq dumanlıq müşahidə obyektinə çevrildi.

XVII əsrdə böyük ingilis astronomu Vilyam Herşel ciddi şəkildə dumanlıqları tədqiq etməyə başladı. Müşahidə olunan dumanlı ləkələrin çoxunun kürəvi və ya dağınıq ulduz topaları olması aşkar olundu. XIX əsrin sonlarınbda fotoqrafiya üsulu Maunt Vilson rəsədxanasında uzun müddətli ekspozisiya ilə alınan şəkillər onların əksəriyyətinin ayrı-ayrı ulduzlardan ibarət olmasını göstərir[1].

  1. N.Qaraməmmədli "Kainat",Bakı, "Araz", 2012