Andromeda qalaktikası

Andromeda qalaktikası və ya Andromeda dumanlığı (həmçinin, Messye 31 (M31), və ya (Y.Dreyer kataloquna görə) NGC 224 adlandırılır. Türk mifologiyasında "zəncirlənmiş qız" adlandırılır.) — Göyün Şimal yarımkürəsinin ən parlaq qalaktikası, bizim qalaktikaya, Süd Yoluna ən yaxın olanlardan biri. Yeni Baş Kataloqda qeydə alınmış qalaktikadır. Göy üzündə Andromeda bürcü istiqamətində yerləşir. Andromeda bürcündə adi gözlə zəif işıqlanan duman ləkəsi kimi görünür. Andromeda qalaktikası ilk dəfə ərəb astronomu as-Sufinin əsərində «kiçik buludcuq» kimi xatırlanmışdır. Bu qalaktikanı 1614-cü ildə teleskopun köməyi ilə alman astronomu Ş.Marius kəşf etmişdir. 1925-ci ildə 2,5 m-lik teleskop vasitəsilə Andromeda qalaktikası ilk dəfə ulduzlar aşkar edildikdən sonra onun ulduz təbiətli olduğu müəyyən edilmişdir. Andromeda dumanlığının bucaq ölçüləri (foto şəkillər vasitəsilə ölçülmüş) təxminən 200′×90′, xətti ölçüsü isə 40×20 kiloparsekdir (kpk). Yerdən məsafəsi 700 kpk-dir. Radioşüalarda uzunluğu, onun optik xəyalından böyükdür. Andromeda dumanlığının bizim Qalaktikaya oxşarlığı çoxdur. Bu iki ulduzlar sistemi nəhənglər sırasına aiddir, spiral quruluşludur və yaşları təqribən eynidir. Onlar qalaktikaların qruplaşma məkanına daxildirlər və onun ən iri və ağır üzvləridirlər, lakin Andromeda qalaktikası bizim qalaktikadan böyük və ağırdır. Onun morfoloji tipi Sb kimi təyin olunur, yəni bu kifayət qədər güclü sferoidal komponentli və tam inkişaf etmiş spiral qolları ilə fərqlənən spiral qalaktikadır. Andromeda dumanlığı elliptik formada görünür və nüvəsi ikilidir; onun komponentləri bir-birindən təxminən 2 pk aralıdırlar, belə ki, nüvə komponentlərindən birinin mərkəzində kütləsi təqribən 50 mln Günəş kütləsinə bərabər qara deşik mövcud olduğu ehtimal edilir. Qalaktikanın halosundə təxminən 400 kürəvi ulduz topaları müəyyən olunub, onun kənarında isə – 10 cırtdan qalaktikalar aşkar edilmişdir. Onlardan biri (M 32) elliptik, qalanları isə sferoidaldır və bunların hamısına Andromeda dumanlığının peyki kimi baxılır. Mərkəzdən 30 kpk məsafəyə qədər qaz diskinin fırlanma sürəti ilə ölçülən Andromeda dumanlığının kütləsi təxminən 3.1011 Günəş kütləsinə bərabər olmuşdur. Daha böyük məsafələrdə ulduzları və qazı müəyyən etmək qeyri-mümkündür, lakin mərkəzdən təxminən 100 kpk məsafəyədək peyklərin hərəkət sürəti ilə təyin olunan Andromeda qalaktikasının kütləsi təxminən 1012 Günəş kütləsinə bərabərdir.[9][10]

Qalaktika
Andromeda qalaktikası
Tədqiqat tarixi
Kəşf edən alman astronomu Ş.Marius
Almaniya Almaniya
Kəşf tarixi 1614
İşarələmə PGC 2557 • M 31 • UGC 454 • MCG 7-2-16 • CGCG 535-17 • Andromeda nebula
Müşahidə məlumatları
(J2000 dövrü)
Bürc Andromeda
Birbaşa çıxma 0s 42d 44.3san[1]
Meyl +41° 16′ 0″
Görünən ölçüləri 189.10 x 61.7[2]
Görünən ulduz ölçüsü mV 3,44 ± 0,03[3]
Xüsusiyyətləri
Tipi Sb
Radial sürəti −300 ± 4 km/san[4][5]
Qırmızıya sürüşmə −0,000677[6]
Məsafə 0,82 Mpk[7]
Səth parlaqlığı 13.5[2]
Mütləq ulduz ölçüsü (V) −21,5
Kütləsi 800.000.000.000 ± 100.000.000.000 M☉[8]
Radius 110.000 işıq ili
Verilənlər bazalarında məlumat
SIMBAD M 31
Vikidatada məlumat ?
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "SIMBAD". NGC (İngiliscə).
  2. 1 2 "NASA/IPAC Kosmik Qalaktikanın Verilənlər Bazası". NGC obyekti üçün NED nəticələri (İngiliscə).
  3. Paz A. G., Boissier S., Madore B. F., Seibert M., Joe Y. H., Wyder T. K., Thilker D., Bianchi L., Soo‐Chang Rey, Barlow T. A. et al. The GALEX Ultraviolet Atlas of Nearby Galaxies (ing.). // The Astrophysical Journal: Supplement Series AAS, 2007. Vol. 173, Iss. 2. P. 185–255. ISSN 0067-0049; 1538-4365 doi:10.1086/516636 arXiv:astro-ph/0606440
  4. McConnachie A. W. The observed properties of dwarf galaxies in and around the Local Group (ing.). // Astron. J. / J. G. III, E. Vishniac NYC: IOP Publishing, AAS, University of Chicago Press, AIP, 2012. Vol. 144, Iss. 1. P. 4. ISSN 0004-6256; 1538-3881 doi:10.1088/0004-6256/144/1/4 arXiv:1204.1562
  5. Tormen G., Burstein D. Recalibration of the H-0.5-magnitudes of spiral galaxies (ing.). // The Astrophysical Journal: Supplement Series AAS, 1995. Vol. 96. P. 123–157. ISSN 0067-0049; 1538-4365 doi:10.1086/192115 arXiv:astro-ph/9405047
  6. Smith R. J., Lucey J. R., Hudson M. J., Schlegel D. J., Davies R. L. Streaming motions of galaxy clusters within 12 000 km s-1 -- I. New spectroscopic data (ing.). // Mon. Not. R. Astron. Soc. / D. Flower OUP, 2000. Vol. 313, Iss. 3. P. 469–490. 22 p. ISSN 0035-8711; 1365-2966 doi:10.1046/J.1365-8711.2000.03251.X
  7. Karachentsev I. D., Kaisina E. I., Kashibadze O. G. The Local Tully-Fisher relation for dwarf galaxies (ing.). // Astron. J. / J. G. III, E. Vishniac NYC: IOP Publishing, AAS, University of Chicago Press, AIP, 2017. Vol. 153. P. 6–6. ISSN 0004-6256; 1538-3881 doi:10.3847/1538-3881/153/1/6 arXiv:1611.02574
  8. (unspecified title). doi:10.1093/MNRAS/STY082
  9. "NGC/IC Proje Veritabanı". NGC (İngiliscə).
  10. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 493 – 494. ISBN 978-9952-441-02-4.