Anett Dyer

Anett Dyer (10 dekabr 1981, Budapeşt) — Macarıstanı təmsil edən su poloçusu.[1]

Anett Dyer
Şəxsi məlumatlar
Tam adı Anett Dyer
Vətəndaşlığı Macarıstan Macarıstan
Doğum tarixi (41 yaş)
Boyu 172 sm.
Su poloçusu məlumatları
Mövqeyi Oyunçu
Karyerası
İllərKomanda
2004—2008Macarıstan Macarıstan

Karyerası[redaktə | mənbəni redaktə et]

Anett Dyer, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu.

Daha sonra Anett Dyer, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Anett Dyerin tərcümeyi-halı". www.olympedia.org (ing.)). 24.07.2020. 2021-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.07.2020.