Rita Dravuç

Rita Dravuç (14 aprel 1980, Solnok) — Macarıstanı təmsil edən su poloçusu.[1]

Rita Dravuç
Şəxsi məlumatlar
Tam adı Rita Dravuç
Vətəndaşlığı Macarıstan Macarıstan
Doğum tarixi (43 yaş)
Boyu 180 sm.
Su poloçusu məlumatları
Mövqeyi Oyunçu
Karyerası
İllərKomanda
2004—2012Macarıstan Macarıstan

Karyerası[redaktə | mənbəni redaktə et]

Rita Dravuç, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu.

Daha sonra Rita Dravuç, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.

Rita Dravuç, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Rita Dravuçun tərcümeyi-halı". www.olympedia.org (ing.)). 24.07.2020. 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.07.2020.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]