Anna Əlimərdanova (6 may 1991) — Azərbaycanı təmsil edən qadın boksçu.
Anna Əlimərdanova | |||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | |||||||||||||||||
Tam adı | Anna İvanovna Əlimərdanova | ||||||||||||||||
Vətəndaşlığı |
Ukrayna → Azərbaycan |
||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||
Boyu | 170 sm. (5 ft 7 in) | ||||||||||||||||
İdman növü | Boks | ||||||||||||||||
Medallar
|
Anna Əlimərdanova 2014-cü ilin 31 may-8 iyununda Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Əlimərdanova 1/16 final mərhələsi çərçivəsində baş tutan görüşdə Rusiya nümayəndəsi Yelena Saveleva ilə üz-üzə gəldi və rəqibinə 0:2 hesabı ilə məğlub oldu.[1]
Daha sonra Anna Əlimərdanova 2014-cü ilin 16–24 noyabrında Cənubi Koreyanın Jeju şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi. Əlimərdanova 1/16 final mərhələsində Meksika nümayəndəsi Denia Sosaya (3:0), 1/8 final mərhələsində isə İrlandiya təmsilçisi Miçaela Valşa (2:0) qalib gəlsə də, 1/4 final mərhələsində Türkiyə nümayəndəsi Ayşe Taşa məğlub oldu (0:3) və mübarizəsini dayandırdı.[2]
2015-ci ilin 12–28 iyununda baş tutan I Avropa Oyunlarında da mübarizə aparan Anna Əlimərdanova, turnirin 1/4 final mərhələsində Bolqarıstan nümayəndəsi Stanimira Petrovaya qalib gəlsə də (3:0), 1/2 final mərhələsində Rusiya təmsilçisi Yelena Savelevaya məğlub oldu (0:3) və I Avropa Oyunlarının bürünc medalına sahib oldu.[3]
Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Anna İvanovna Əlimərdanova "Tərəqqi" medalı ilə təltif edildi.[4]
Anna Əlimərdanova 2016-cı ilin 18–28 mayında Qazaxıstanın Astana şəhərində baş tutan Dünya Çempionatında da mübarizə apardı. Əlimərdanova 1/16 final mərhələsində ABŞ nümayəndəsi Virciniya Fuşa qalib gəlsə də (2:0), 1/4 final mərhələsində Birləşmiş Krallıq təmsilçisi Nicola Adamsa məğlub oldu (0:3) və turniri medalsız başa vurdu.[5]
Daha sonra Anna Əlimərdanova 2016-cı ilin 15–24 noyabrında Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa Çempionatında çıxış elədi. Əlimərdanova 1/8 final mərhələsində Belarus nümayəndəsi Qalina Bruyeviçi 3:0, 1/4 final mərhələsində İsveç təmsilçisi Helena Envalı 3:0, 1/2 final mərhələsində isə Fransa nümayəndəsi Delfine Mancinini 3:0 hesabı ilə məğlub elədi və final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə o, Bolqarıstan nümayəndəsi Stanimira Petrovaya 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatının gümüş medalına sahib oldu.[6]
Avropa Çempionatı | Rumıniya | |||
Dünya Çempionatı | Cənubi Koreya | |||
Avropa Oyunları | Azərbaycan | |||
Dünya Çempionatı | Qazaxıstan | |||
Avropa Çempionatı | Bolqarıstan |