Mariya Boleyn

Mariya Boleyn (İngiliscə: Mary Boleyn) (təq. 1499[1]19 iyul 1543[2][3], Esseks[d][4]) — İngiltərə kralı VIII Henrinin hakimiyyəti boyunca böyük gücə sahib olan Boleyn ailəsinə mənsub olan Kraliça Anna Boleynin bacısı.

Mariya Boleyn
Şəxsi məlumatlar
Doğum tarixi təq. 1499[1]
Vəfat tarixi 19 iyul 1543[2][3]
Vəfat yeri
Fəaliyyəti məşuqə[d]
Atası Tomas Boleyn
Anası Elizabet Hauerd
Həyat yoldaşları Uilyam Carey
Uilyam Stafford
Uşaqları Ketrin Carey, Henri Carey, Anna Stafford, Eduard Stafford

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1521-1526 tarixləri arasında Kral VIII Henrinin sevgililərindən biri olmuşdur. Kralın iki övladını dünyaya gətirsə də, kral bu uşaqların heç birini qəbul etmədi. Hətta bəzi şayələrə görə Mariya Boleyn 1515-1519 tarixlərində VIII Henrinin rəqibi Fransa kralı I Fransiskin də sevgilisi olmuşdur.

Mariya Boleyn iki dəfə evləndi: 1520-ci ildə William Carey ilə və 1534-cü ildə William Stafford ilə gizlicə evləndi. Mariya Boleynin gizlicə baş tutan ikinci evliliyi isə həm bacısı Kraliça Anna Boleyni, həm də Kral VIII Henrini hirsləndirdi və nəticədə Mariya kral sarayından sürgün edildi. Həyatının geri qalanı haqqında məlumat çox azdır. Bacısı Anna Boleynin edamından sonra daha 7 il yaşadı.

Gənclik illəri

[redaktə | mənbəni redaktə et]

Mariya böyük ehtimalla Norfolkdakı ailə mülklərində dünyaya gəlmişdi və gənclik illəri Kent əyalətindəki Hever qalasında keçdi. O, Wiltshire əyalətinin birinci hersoqu Thomas Boleynin və Norfolk əyalətinin ikinci hersoqu Thomas Howardın böyük qızı Elizabet Howardın qızı idi.

Mariya Boleynin dəqiq doğum tarixi bilinməsə də, təqribən 14991508 tarixlərində dünyaya gəldiyi düşünülür. Bir çox tarixçiyə görə, o, dünyaya gələn 3 Boleyn övladından ən böyüyü idi. Dəlillər göstərir ki, Boleyn ailəsi Mariya Boleynə böyük övlad kimi baxırdı. Belə ki, 1597-ci ildə onun nəvəsi Lord Hunsdon Boleyn varisi olaraq Ormond hersoqluğun namizədliyini irəli sürdü.

Gənc Mariya qardaşı Corc və bacısı Anna ilə birlikdə Kent əyalətindəki Hever qalasında fransız mürəbbiyə tərəfindən böyüdüldü. Uşaqlıq illərindən başlayaraq hesab, mülki hüquq, klassik ədəbiyyat, tarix, fəlsəfəilahiyyat üzrə dərslər aldı.

Ancaq daha sonra Mariya təhsilini xaricdə davam etdirmək istədi və Niderland hersoqinası Avstriyalı Marqaritanın yanına göndərildi. Bəzi tarixçilərə görə isə Niderlanda göndərilən Boleyn qızı Mariya yox, Anna idi. Gənc Mariyanın uşaqlığının böyük qismi İngiltərədə keçdi. 15 yaşında ikən, yəni 1514-cü ildə atası tərəfindən XII Lüdoviqlə evli olan Mariya Tüdorun yanına göndərildi. Bir neçə həftə sonra kraliçanın ingilis nədimələrinin bir çoxu geri göndərilsə də, Mariya Boleyn üçün xüsusi icazə alındı. Bunun səbəbi isə atası Thomas Boleynin yeni İngiltərə elçisi seçilməsi idi. Hətta 1 yanvar 1515 tarixində Kraliça Mariya Tüdor dul qalıb İngiltərəyə geri dönsə də, Mariya Boleyn XII Lüdoviqin varisi I Fransiskin sarayında yaşamağa davam etdi.

Kralın məşuqəsi

[redaktə | mənbəni redaktə et]

İngiltərəyə döndükdən sonra, 4 fevral 1520 tarixində nüfuzlu saray mənsubu olan Uilyam Careylə kralın da iştirak etdiyi böyük bir mərasimlə evləndi. Təqribən 1 il sonra - 1521-ci ildən etibarən kral VIII Henrinin məşuqəsi oldu. Bu münasibətin necə yarandığı barədə isə heç bir məlumat yoxdur. Onun ilk övladı olan Ketrin 1524-cü ildə dünyaya gəldi.

  1. 1 2 Mary Boleyn // GeneaStar.
  2. 1 2 http://englishhistory.net/tudor/citizens/mary-boleyn/.
  3. 1 2 http://www.theanneboleynfiles.com/19-july-1543-death-mary-boleyn/.
  4. 1 2 http://www.theanneboleynfiles.com/bios/tudor-characters-competition/mary-boleyn-by-karissa-baker/.