Bergen-Belzen (alm. Bergen-Belsen) və ya sadəcə Belzen (alm. Belsen) — Almaniyanın Hannover vilayətində (indiki Aşağı Saksoniya), Belzen kəndindən 1 mil (1.6 km) məsafədə və Bergen şəhərindən bir neçə kilometr cənub-qərbdə yerləşən nasist həbs düşərgəsi.
Hazırkı hesablamalara görə, həbs düşərgəsinin 1943-cü ildən 1945-ci ilə qədər fəaliyyət göstərdiyi dövrdə orada olan məhbusların sayı 120 min nəfərə yaxındır. SS qulluqçularının düşərgənin dosyelərini məhv etməsi səbəbilə onların demək olar yarısının, təxminən 55 min nəfərinin adı məlum deyil.[1]:269 SS-nin məhbuslarla rəftarı düşərgənin ayrı-ayrı hissələrinə uyğun olaraq dəyişirdi. Düşərgəyə mübadilə ilə gələn məhbuslara, ən azı ilkin vaxtlarda digər məhbuslardan daha yaxşı rəftar edirdilər.[1]:187
Bergen-Belzen həbs düşərgəsində ölüm halları 1944-cü ilin dekabrından 15 aprel 1945-ci ilə qədər[1]:232–233 | ||
---|---|---|
dekabr 1944 | ən azı 360 | |
yanvar 1945 | təqribən 1,200 | |
fevral 1945 | təqribən 6,400 | |
mart 1945 | ən azı 18,168 | |
aprel 1945 | təqribən 10,000 |
Müharibədən sonra düşərgənin və ya bəlkə də bir hissəsinin digərləri ilə müqayisədə "imtiyazlı xarakter"ə malik olduğu iddiaları yayılmışdır. Saloniki yəhudi icması kollaborator olduğu 55 nəfərin 53-nün almanlar tərəfindən Bergen-Belzenə "xüsusi lütfkarlıq" kimi göndərilməsi iddiasına görə kollaborator olduğu iddia olunan şəxslərə qarşı məhkəmə işi açmışdır.[2]