Anna Xanım

Anna Xanım və ya Anna Bəyim (fars. آنا خانم‎; v. 6 sentyabr 1647) — Səfəvi hökmdarı Şah Səfinin (1629–1642) həyat yoldaşı və onun varisi, I Şah Səfidən sonra Səfəvi hökmdarı olacaq II Şah Abbasın (1642–1666) anası.

Anna Xanım
Vəfat tarixi 6 sentyabr 1647(1647-09-06)
Həyat yoldaşı
Fəaliyyəti qul[d]

Həyatının erkən dövrü

[redaktə | mənbəni redaktə et]

Anna Xanım çərkəz kökənlidir.[1][2] O, I Şah Abbasın oğlu Məhəmməd Baqir Mirzənin böyük oğlu Sam Mirzə (I Şah Səfi) ilə evləndirilmişdir. Bu izdivacdan da gələcək Səfəvi hökmdarı II Şah Abbas dünyaya gəlmişdir.[3]

Şah anası kimi

[redaktə | mənbəni redaktə et]

I Şah Səfinin ölümündən sonra 1642-ci ildə oğlu II Şah Abbas taxta çıxdı. Onun hakimiyyətinin ilk 3 ilində Sarı Tağı xan, Məhəmməd Əli xan, Canı xan Anna Xanımın rəhbərliyində birləşərək dövləti idarə etdi.[4] Sarı Tağı xan baş vəzir vəzifəsini tutdu. Amma bu fraksiyada əsas söz sahibi Anna Xanım idi.[5] Bu zaman Səfəvi imperiyasına səfər edən fransız zərgər və səyahətçi Jan Şarden bunu öz gündəliyində belə qeyd etmişdi:[6][7]

" Səfəvi hökmdarları gənc olduqda onların üzərində analarının hakimiyyəti güclü olur. II Şah Abbasda da belə idi. O (Anna Xanım), baş vəzirlə (Sarı Tağı xan) sıx əlaqədə idi və dövləti onun əli ilə idarə edirdi. "

Sarı Tağı xan Canı xan tərəfindən öldürüldü. Gümanki onu bu işə öz regentlərindən qurtulmaq istəyən II Şah Abbas təşviq etmişdi. Anna Xanım buna çox qəzəbləndi və hərəmin ən yaşlı xədimlərindən birini göndərərək, Canı xanı yanına çağırdı və Sarı Tağı xanın niyə öldürüldüyünü izah etməyi tələb etdi. Canı xan Sarı Tağı xanı it və oğru adlandırdı və Anna Xanımın özünü də təhqir etdi. Sui-qəsdin ardından Canı xan özü də xəyanətə məruz qaldı. Canı xan Şahın şəxsi şərab süzəni Səfi Qulu bəy tərəfindən süi-qəsdə məruz qaldı. Bu hadisənin arxasında II Şah Abbasın özünün taxtdan devriləcəyindən qorxan Anna Xanımın dayandığı ehtimal edilir.[8]

Gördüyü işlər

[redaktə | mənbəni redaktə et]

Anna Xanım paytaxt İsfahanın əsas hissəsi olan Abbasabad bölgəsində xeyli məscidməktəbin tikilməsinin əsas təşəbbüskarı olmuşdur.[9][10]

Anna Xanım 1647-ci il, 9 sentyabrda İsfahanda ölmüşdür.[11]

  1. Newman 2008, pp. 81, 186
  2. Babaie et al. 2004, pp. 161–162
  3. Newman, Andrew J. (April 21, 2006). Safavid Iran: Rebirth of a Persian Empire. I.B.Tauris. p. 81. ISBN 978-1-860-64667-6.
  4. Matthee 2012, p. 43
  5. Babayan, Kathryn (1993). The waning of the Qizilbash: the spiritual nd the temporal. Princeton University. p. 123
  6. Babaie et al. 2004
  7. Babaie et al. 2004, p. 44.
  8. Babayan 2002, p. 385.
  9. Newman 2008, p. 100.
  10. Babaie et al. 2004, p. 162.
  11. Babayan 2002, p. 402.