Another

Another (アナザー, Anazā?, azərb. Başqa‎)Yukito Ayatsuci tərəfindən yazılmış və 29 oktyabr 2009-cu ildə Kadokawa Shoten nəşriyyatı tərəfindən nəşr olunmuş Yaponiya müəmma romanı. Roman Yomiyama Orta Məktəbinə keçən Koyçi Sakakibara adlı şagirdin Mey Misaki adlı qəribə qızla rastlaşmasından, yeni sinfinin lənətli olmasından və dəhşətli ölümlərlə üzləşməsindən bəhs edir.

Another
アナザー
(Anazā)
azərb. Başqa
Janr qorxu, müəmma
Manqa
ManqakaYukito Ayatsuci
NəşriyyatKadokawa Shoten
Nəşr tarixi29 oktyabr 2009
Manqa
YazıçıYukito Ayatsuci
RəssamHiro Kiyohara
NəşriyyatKadokawa Shoten
Tərcüməçi nəşriyyat
DemoqrafiyaSeynen
Nəşr tariximay 2010 — yanvar 2012
Cildlər5
Anime
RejissorTsutomu Mizuşima
SsenaristRyo Hiqaki
BəstəkarKo Otani
StudiyaP.A. Works
Digər lisenziyalar
Hanabee
Sentai Filmworks
MVM Films
KanalKNB, KBS, Tokyo MX, CTC
Digər kanallar
Anime Network
Buraxılış tarixi10 yanvar 2012 – 27 mart 2012
Vaxt24 dəq.
Seriyalar12 (seriya siyahısı)
Anime
The Other -Karma-
RejissorTsutomu Mizuşima
SsenaristRyo Hiqaki
BəstəkarKo Otani
StudiyaP.A. Works
Anime
RejissorTakeşi Furusava
SsenaristSaçiko Tanaka
Manqa
Another: Episode S
ManqakaYukito Ayatsuci
NəşriyyatKadokawa Shoten
Nəşr tarixi31 iyul 2013
  Anime və manqa portalı

Hiro Kiyohara tərəfindən hazırlanmış manqa adaptasiyası 2010-cu ilin mayından 2012-ci ilin yanvarına qədər Kadokawa Shoten nəşriyyatının "Young Ace" jurnalında nəşr olunmuşdur. Həm roman, həm manqa Şimali Amerika üçün Yen Press tərəfindən lisenziyalaşdırılmışdır. P.A. Works studiyası tərəfindən istehsal olunmuş 12 seriyadan etibarən anime serialı adaptasiyası Yaponiyada 10 yanvar 2012-ci ildən 27 mart 2012-ci ilə kimi göstərilmişdir. 26 may 2012-ci ildə OVA seriyası istehsal olunmuşdur. 4 avqust 2012-ci ildə isə roman əsasında çəkilmiş bədii film göstərilməyə başlamışdır.

1972-ci ildə Yomiyama Şimal Orta Məktəbinin 3-3 sinfinin hər kəs tərəfindən sevilən şagirdi Yomiyama Misaki qəflətən naməlum səbəbdən ölür. Yomiyama Misakinin ölümündən şoka düşmüş sinif yoldaşlarından biri qəflətən "O, ölmədi, hələ də buradadır" deməsindən sonra digər sinif yoldaşları da özlərini sanki Yomiyama ölməmiş, sinifdə olurmuş kimi aparmağa başlayırlar. Hətta onun əyləşdiyi partaya toxunmurlar. Məzuniyyətdə isə məktəb müdirinin istəyi ilə onun üçün də yer ayrılır. Amma məzuniyyət şəkli çəkəndə hər kəs şoka düşür. Belə ki, şəkildə ölmüş Yomiyama Misaki də var.

Hadisələrin baş verdiyi 1998-ci ilin baharında Koyçi Sakakibara atasının iş münasibətilə Hindistana getməsindən sonra Tokiodan Yomiyama şəhərinə köçür və Yomiyama Şimal Orta Məktəbinin 3-3 sinfində təhsil almağa hazırlaşır. Bu zaman Koyçi Mey Misaki adlı qəribə qızla rastlaşır. Həmçinin onun ziyarətinə gələn 3-3 sinfinin üç şagirdi ona qəribə suallar verirlər və özlərini qəribə aparırlar. Nəyinsə baş verdiyindən şübhələnən Koyçi məktəbin ilk günündə qarşılaşdığı Misaki ilə eyni sinifdə təhsil aldığını öyrənir. Lakin hər kəsin özünü sanki Misaki yoxmuş kimi apardığını müşahidə edir. Hər nə qədər Misaki ondan uzaq durmasını və sual verməməsini istəsə də, Koyçi ondan əl çəkmək istəmir. Sinif yoldaşlarından biri olan Teşiqavara ona Misakiyə yaxınlaşmamasını və onun "Başqa" (ing. "Another") olduğunu deyir. Bu zaman sinifdə qəribə ölümlər başlayır. Tezlikdə sinif yoldaşları Koyçiyə Misakiyə olduğu kimi olmamış kimi davranmağa başlayırlar.

Daha əvvəl Misakidən 26 il baş vermiş hadisəni eşidən Koyçi dəhşətli ölümlərin həmin hadisə ilə bağlı olduğundan şübhələnir. Nəhayət Misaki hər şeyi ona danışmağa məcbur olur. Məlum olur ki, 26 il baş vermiş hadisədən sonra 3-3 sinfi dəhşətli lənətə bürünüb. Belə ki, həmin ildən etibarən bu sinifdə təhsil alan şagirdlər və onların yaxınlarının kütləvi ölümləri başlayıbmış. Ölümlərin qarşısını almaq üçün müxtəlif cəhdlər göstərilsə də, fayda vermir. 3-3 sinfi lənətli sinif olduğundan bəri bir başqa qəribəlik də ortaya çıxıbmış. Hər il şagirdlərin sayı naməlum səbəbdən partaların sayından həmişə 1 vahid çox olur. Artan uşaq isə keçmişdə ölüb yenidən dirilən şəxs — "Başqa"dır və kim olduğunu müəyyənləşdirmək mümkün deyildir. Çünki "Başqa" sinfə qatılarkən lənətin təsiri ilə hər kəsin yaddaşında dəyişiklik baş verir və heç kim onun artan şagird olduğunu başa düşmür. Artan, yəni "Başqa" sinifdəki hər kəs ola bilər, lakin əgər "Başqa" ölərsə, o zaman hər kəsin yaddaşından onunla bağlı xatirələr də silinəcəkdir. Misaki başa salır ki, "Başqa"ı müəyyən etmək mümkün olmadığından ölümləri azaltmaq üçün ona sinifdə "Başqa" rolunu veriblər və hər kəsin ona yoxmuş kimi davranmasının səbəbi budur. Lakin sinif yoldaşları bu haqda Koyçiyə məlumat verməkdə gecikdiklərindən Koyçi Misaki ilə münasibətdə olmağa davam edir və nəticədə, sinifdə dəhşətli ölümlərin sayı kəskin artır. Hər şeydən agah olan Koyçi tezliklə digər sinif yoldaşları ilə bu lənətdən qurtulmağın yolunu axtarmağa başlayırlar.

Əsas personajlar

[redaktə | mənbəni redaktə et]
Koyçi Sakakibara (榊原 恒一, Sakakibara Kōichi?)
Səsləndirən: Atsushi Abe[1] (yapon), Qreq Ayres[2] (ingilis), Kento Yamazaki[3] (film)
1998-ci ildə Tokiodan Yomiyama şəhərinə köçən və Yomiyama Şimal Orta Məktəbinə keçən 15 yaşlı şagirddir, məktəb başlamazdan qabaq bir müddət pnevmotoraksdan müalicə almışdır. Koyçi nənə-babası və xalası Reyko ilə qalır. Anası onu doğarkən ölüb, atası isə işi ilə əlaqədar Hindistandadır. Sinif yoldaşlarının bütün xəbərdarlıqlarına baxmayaraq Koyçi Mey Misaki ilə dostlaşır və 3-3 sinfində lənətin yenidən alovlanmasına gətirib çıxarır.[fə. 1]
Mey Misaki (見崎 鳴, Misaki Mei?)
Səsləndirən: Natsumi Takamori[1] (yapon), Monika Rial[2] (ingilis), Ay Haşimoto[3] (film)
Sol gözündə sarğı olan qəribə qızdır.[fə. 1] Koyçi onunla ilk dəfə Yomiyama xəstəxanasındakı liftdə qarşılaşır. Həmin vaxt Misaki vəfat etmiş qohumuna (daha sonra onun əkiz bacısı olduğu məlum olur) gəlincik aparırdı.[fə. 1] Məktəbdə hər kəs o yoxmuş kimi aparır və Mey ən arxada, köhnə partada əyləşir. Koyçi onunla dostlaşmaq istəyir, amma Misaki ona yaxınlaşmaması barədə xəbərdarlıq edir. Koyçi xəbərdarlığa məhəl qoymur, bütün sinif Koyçini də aralarında uzaqlaşdırdıqdan sonra Misaki hər şeyi ona danışır.[fə. 8] Misaki Koyçiyə deyir ki, onun sol gölü protezdir[fə. 3] və sol gözündəki xüsusi qabiliyyət sayəsində "ölümün rəngi"ni və ya ölümə yaxın olanları ayırd edə bilir.[fə. 17]

Koyçinin yaxınları

[redaktə | mənbəni redaktə et]
Yosuke Sakakibara (榊原 陽介, Sakakibara Yōsuke?)
Səsləndirən: Takuro Kitaqava (yapon), Kristofer Ayres (ingilis)
İş məqsədilə Hindistana gedən Koyçinin atası. O, tez-tez Koyçiyə zəng edir, lakin onun haqqında çox məlumat verilmir. Koyçiyə zəng edəndə həmişə Hindistanın isti olduğunu vurğulayır[4]
Ritsuko Sakakibara (榊原 理津子, Sakakibara Ritsuko?)
Koyçinin anasıdır. 15 il əvvələr Koyçini doğduqdan həmən sonra ölmüşdür. Ritsuko da 1972-ci ildə Yomiyama Orta Məktəbinin 3-3 sinfinin şagirdlərindən və Yomiyama Misakinin sinif yoldaşlarından biri idi.[fə. 1] Onun qızlıq soyadı Ritsuko Mikami (三神 理津子, Mikami Ritsuko?) idi.[5]
Reyko Mikami (三神 怜子, Mikami Reiko?)[5]
Səsləndirən: Naoko Sakakibara (Reyko),[1] Misayo Miyamaki (Xanım Mikami)[6] (yapon), Molli Sörsi (Reyko), Sonca Myudu (Xanım Mikami)[2] (ingilis), Ay Kato (film)
Koyçinin xalası və Ritsukonun kiçik bacısı.[5] O, Koyçi ilə birlikdə bir evdə yaşayır. Hekayənin başlanğıcında Reyko Koyçiyə Yomiyama Orta Məktəbi haqqında məlumatlar vermişdir.[fə. 1] İşdən sonra evə qayıdır.[fə. 4,6] 15 il öncə bacısı ölərkən 3-3 sinfinin şagirdi idi.[fə. 6]

Meyin yaxınları

[redaktə | mənbəni redaktə et]
Kirika (霧果?)
Səsləndirən: Hitomi Harada (yapon), Tiffani Qrant (ingilis)
Sənətkar və "Göz gözlər hər kəs üçün boşdur, Yominin alaqaranlığında" adlı gəlincik muzeyi və mağazasının sahibidir.[fə. 3] Koyçi daha sonra müəyyən edir ki, o Mey Misakinin ögey anasıdır,[fə. 8] lakin aralarındakı münasibət çox soyuqdur.[fə. 9] Meyin dediyinə görə Kirika onu 12 il əvvəl bacısından övladlıq götürüb.[fə. 17] Əsl adı Yukiyo Misakidir (見崎 ユキヨ, Misaki Yukiyo?).[fə. 17]
Misaki Fucioka (藤岡 未咲, Fujioka Misaki?)
Səsləndirən: Hiromi İqaraşi
Mey ilk öncə onu "digər yarısı"[fə. 1] kimi, daha sonra qohumu kimi təqdim edir.[fə. 3] Koyçi Mey ilə Yuumiqaoka xəstəxanasında ilə ilk dəfə qarşılaşanda Mey Misakiyə hədiyyə kimi gəlincik aparırdı.[fə. 1][fə. 2] Əslində isə onlar əkiz bacılardır, körpə ikən onları ayırmışdılar. Buna baxmayaraq bunu öyrəndikdən sonra mütəmadi olaraq görüşürdülər. Meyə nisbətən Misaki daha optimist şəxsiyyətə malik idi. Misaki və Meyin bioloji analarının adı Mitsuyodur.[fə. 17] Misaki aprel ayında leykozdan ölmüşdür.[7]
Amane (天根, Amane?)
Səsləndirən: Sayuri Sadaoka (yapon), Vikki Baroş (ingilis)
Gəlincik muzeyinin xidmətçisidir.[fə. 3] Nə vaxt Koyçini görsə muzeyə daxil olmaq üçün ona güzəştli qiymət təklif edir[fə. 3,5] Daha sonra Meyin qohumu olduğu bəlli olur.[fə. 8]

Yomiyama Şimal Orta Məktəbi

[redaktə | mənbəni redaktə et]

3-3 sinfinin şagirdləri

[redaktə | mənbəni redaktə et]
Əsas personajlar: Mey Misaki, Koyçi Sakakibara, İzumi Akazava, Yuuya MoçizukiNaoya Teşiqavara.
Tomohiko Kazami (風見 智彦, Kazami Tomohiko?)
Səsləndirən: Mitsuhiro İçiki (yapon), Coş Qrell[2] (ingilis), Takaşi Vaka (film)
Sinif nümayəndələrindən biri və sinifin eynık taxan şagirdlərindən biridir.[fə. 1] O və Teşiqavara uşaqlıq dostudurlar.[fə. 1]
Yukari Sakuraqi (桜木 ゆかり, Sakuragi Yukari?)
Səsləndirən: Ai Nonaka[1] (yapon), Britni Karbovski[2] (ingilis), Maya Okano (film)
Sinif nümayəndələrindən biridir.[fə. 1,5] Mayda anasının avtomobil qəzasında öldüyünü öyrənir və bu hadisəni öyrəndikdən qısa müddətdən sonra pilləkənlərdən yıxılır və əlindəki çətirin ucu onun boğazına girir[8][fə. 4]
Naoya Teşiqavara (敕使河原直哉, Teshigawara Naoya?)
Səsləndirən: Tomoaki Maeno[1] (yapon), Kris Patton[2] (ingilis), Kiyotaka Uci (film)
Koyçinin dostlaşdığı şagirdlərdən biridir, Koyçini "Sakaki" kimi çağırır.[fə. 1] Teşiqavara digərlərinə nisbətən daha gülərüzlü və zarafatcıl şəxsiyyətə malikdir.[vol. 1]
Yuuya Moçizuki (望月 優矢, Mochizuki Yūya?)
Səsləndirən: Kazutomi Yamamoto[1] (yapon), Klint Bikhem (ingilis), Kay İnovaki (film)
İncəsənət klubunun da üzvü olan şagirddir.[fə. 3] Teşiqavara ilə birlikdə Koyçiyə lənəti dayandırmağa kömək edir. Koyçi fikirləşir ki, Moçi Mikamiyə vurğundur, çünki ondan həmişə sağlamlığı barədə xəbər alır.[fə. 3]
İzumi Akazava (赤沢 泉美, Akazawa Izumi?)
Səsləndirən: Madoka Yonezava[1] (yapon), Cessika Bun[2] (ingilis), Mika Akizuki (film)
Lənətə qarşı əks tədbirlərdən məsul olan şagirddir. 3-3 sinfinin lənətini aradan qaldırmaq üçün ideyalar fikirləşib tapır.[fə. 3,6,7] Qızlar nümayəndəsi olan Yukarini ölümündən sonra iyun ayında əvəz edir.[fə. 7] İzumi Koyçi və Meyə bir-biriləri ilə əlaqə saxlamaq qaydasına əməl etməmələrinə görə və ölümlərin davam etməsinə səbəb olduqlarına görə gəzəblənir[fə. 6,11][9] Romanda İzumu yay gəzintisində Mineko Numata tərəfindən təqib edilir və verandadan düşərək boynunu sındırır.[10] Manqa və animedə saç stili salxım şəklindədir. Manqa seriyasının son sözündə Ayatsuci romanda əsas personajlardan biri deyildi, amma manqaka Kiyohara ona daha böyük rol vermişdir.[c. Omnibus:afterword]
Şoci Kubodera (久保寺紹二, Kubodera Shōji?)
Səsləndirən: Kozo Mito (yapon), Devid Matranqa[2] (ingilis)
3-3 sinfinin müəllimi.[fə. 1] İyul ayında əks-tədbirlərin işə yaramadığını öyrəndikdən sonra xəstə anasını yastıqla boğaraq öldürür, daha sonra sinfin ortasında boynuna bıçaq saplamaqla intihar edir.[fə. 11,12]
Tatsuci Çibiki (千曳 辰治, Chibiki Tatsuji?)
Səsləndirən: Hiroaki Hirata[1] (yapon), Devid Uold (ingilis), Yoşihiko Hakamaka (film)
Reykoya görə Çibiki kitabxanadan məsul olan şəxsdir. Əsasən qara rəngli geyimlər geyinir.[fə. 3] Misaki Yomiyamanın öldüyü 1972-ci ildə 3-3 sinfinin müəllimi idi. Bir neçə il sonra kitabxanaçı kimi fəaliyyət göstərməyə başlamış və "lənətdən qaça bilmişdir". Çibiki sinfi bürüyən lənətlə bağlı tapdığı faktları Koyçi və Meylə tanış edir.[fə. 10]
Misaki Yomiyama (夜見山 岬, Yomiyama Misaki?)
1972-ci ildə 3-3 sinfinin fəxri şagirdi olmuş şagirddir. Yomiyama çox populyar idi və müəllimləri və dostları tərəfindən sevilirdi. Yomiyama ev yanğınında ölmüşdür.[11] Onun sinif yoldaşları və müəllimləri bu faktdan sarsılmış və bunu qəbul etməmişlərdi, özlərini sanki o ölməmiş kimi aparmağa başlamışdırlar. Bu isə sinifdə qəribə hadisələrin başlamasına səbəb olmuşdur.[12][fə. 1,15]
Sanae Mizuno (水野 沙苗, Mizuno Sanae?)
Səsləndirən: Seyko Yoşida (yapon), Karli Mosier[2] (ingilis), Hiroko Sato (film)
Yuumiqaoka xəstəxanasının tibb bacısıdır və Koyçi ilə dostlaşır. O, yöndəmsizdir.[fə. 1,2,5] Kiçik qardaşı Takeru 3-3 sinfinin şagirdidir.[fə. 4] Sanae həmkarlarından və qardaşlarından yığdığı məlumatları Koyçiyə ötürməklə ona sinfin müəmmasını açmaqda köməkedir.[fə. 3,5] İyun ayında mindiyi liftin çökməsi nəticəsində ölür.[fə. 6,7]
Katsumi Matsunaqa (松永 克己, Matsunaga Katsumi?)
Səsləndirən: Şinya Takahaşi (yapon), İlliç Qvardiola (ingilis)
1983-cü ilin 3-3 sinfinin keçmiş şagirdlərindən və Reykonun sinif yoldaşlarından biridir. 1983-cü ildə sinif gəzintisi zamanı öldürdüyü şəxsin Başqa olduğunu anlamışdır və həmin il üçün sinfi lənətdən xilas etmişdir.[fə. 14,15] O, işlədiyi cinayəti və nəzəriyyələrini gələcək 3-3 sinfinin şagirdlərinə çatdırmaq üçün audio kasetə qeyd edərək məktəbdə gizlətmişdir.[fə. 15] Məzuniyyətdən sonra Tokioya köçmüşdür. O, bankir olmuşdur, lakin daha sonra Yomiyamaya qayıtmışdır. O, Tomoke İnosenin işlədiyi "Inoya" kafesinin mütəmadi müştərilərindən biridir.[fə. 13]
Tomoka İnose (猪瀬 知香, Inose Tomoka?)
Səsləndirən: Mahiro İnoe (yapon), Meqqi Fleknoe (ingilis)
Yuuyanın böyük bacısı. "Inoya" kafesinin xidmətçisi olan Tomoka 1983-cü ildə Yomiyama Orta Məktəbində təhsil almış, amma 3-3 sinfində oxumamışdır. Bütün şaiyələrə baxmayaraq Tomoka qardaşı olanları danışana qədər bunlara inanmır. Katsumi Matsunaqa onun işlədiyi yerin mütəmadi müştərisidir.[fə. 13][13]

"Another" Yukito Ayatsuci tərəfindən yazılmış 677 səhifəlik romandır. Roman Kadokawa Shoten nəşriyyatının "Yasai Jidai" jurnalında 2006-cı ilin avqustundan 2009-cu ilin mayına kimi qeyri-müntəzəm şəkildə nəşr olunmuşdur. 29 oktyabr 2009-cu ildə bir tankobon cildi,[14] 25 sentyabr 2011-ci ildə iki cilddən ibarət bunkobon nəşri çapdan çıxmışdır.[15][16] Noyzi İtonun rəssamlığı ilə bunkobon nəşrinin yenidən nəşr olunmuş versiyası 1 mart 2012-ci ildə Sneaker Bunko imprinti altında çap olunmuşdur.[17][18] Spin-off romanı "Another: Episode S" 31 iyul 2013-cü ildə çap edilmişdir.[19] "Another 2" adlı sikvel romanı da anons edilmişdir.[20] Yen Press romanı Şimali Amerika regionu üçün lisenziyalaşdırmışdır.[21]

Hiro Kiyoharanın rəssamlığı ilə istehsal olunmuş manqa adaptasiyası Kadokawa Shoten nəşriyyatının "Young Ace" jurnalında 2010-cu ilin mayından 2012-ci ilin yanvarına kimi serializasiya olunmuşdur. 4 oktyabr 2010-cu ildən 29 dekabr 2011-ci ilə kimi dörd tankobon cildi çapdan çıxmışdır.[22][23] Manqanın "0-cı" cildi 26 may 2012-ci ildə nəşr olunmuşdur. Yen Press dörd cildlik manqanı Şimali Amerika üçün lisenziyalaşdıraraq bir cild şəklində buraxmışdır.[21]

P.A. Works tərəfindən Tsutomu Mizuşimanın rejissorluğu ilə çəkilmiş 12 seriyadan ibarət anime serialı 10 yanvar 2012-ci ildən 27 mart 2012-ci ilə kimi yayımlanmışdır.[24] Anime üçün ssenarini Ryo Hiqaki yazmışdır, Yuriko İşii isə Noyzi İtonun orijinal konseptindən istifadə edərək personajları dizayn etmişdir.[24][25] Bəstəkar Ko Otani, səs rejissoru Yoşikazu İvanamidir.[25] Anime serialında iki parça mahnıdan istifadə olunmuşdur: açılış mahnısı Ali Project qrupu tərəfindən ifa olunmuş "Kyōmu Densen" (凶夢伝染?, azərb. "Yoluxucu kabus"‎), bağlanış mahnısı Annabel tərəfindən ifa olunan "Anamnesis" mahnısıdır. Sentai Filmworks animeni Şimali Amerika üçün lisenziyalaşdıraraq 30 iyul 2013-cü ildə BD/DVD şəklində yayımlamışdır.[26] Əsas hadisələrdən əvvəl baş verən hadisələrdən bəsh edən OVA seriyası isə manqanın "0-cı" cildi ilə 26 may 2012-ci ildə buraxılmışdır.[27] MVM Films anime serialını və OVA seriyasını 2013-cü ilin sonlarında Böyük Britaniyaİrlandiyada yayımlamışdır.[28]

Takeşi Furusavanın rejissorluğu[29] ilə Kadokawa Pictures tərəfindən çəkilmiş bədii film Yaponiya kinoteatrlarında 4 avqust 2012-ci ildə nümayiş etdirilməyə başlamışdır.[30] Filmin əsas mahnısı Miliya Kato tərəfindən ifa olunan "Rakuen" (楽園?, azərb. "Cənnət"‎) mahnısıdır.

"Another" romanı həm 2010-cu ildə "Honkaku Mystery Best 10" kitabında, həm də "Kono Mystery ga Sugoi!" kitabında 3-cü yerdə göstərilmişdir. Roman 2010-cu ildə Honkaku Müəmma Mükafatının nominantlarından biri olmuşdur.[31]

  1. 1 2 3 4 5 6 7 8 "TV Anime Another's Voice Cast Revealed". Anime News Network. November 9, 2011. 2017-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 may 2016.
  2. 1 2 3 4 5 6 7 8 9 "Sentai Filmworks Reveals tsuritama, 'Another' Anime Dub Casts". Anime News Network. June 18, 2013. 2018-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 may 2016.
  3. 1 2 "Arxivlənmiş surət". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-26.
  4. Ayatsuji, 2009. səh. 17,37
  5. 1 2 3 Ayatsuji, 2009. səh. 648 "十五年前に死んだ母、榊原理津子(旧姓、三神)。その十一歳年下の妹、すなわちぼくの実の 叔母(おば)である三神怜子――怜子さんが、これから転入する学校の教師で、しかもクラスの副担任であるという偶然はある意味、大いに心強い話ではあった。"
  6. "三神先生" (Japanese). P.A.Works. April 11, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 may 2016.
  7. Ayatsuji, 2009. səh. 584–593
  8. Ayatsuji, 2009. səh. 185
  9. Ayatsuji, 2009. səh. 434, 562–569
  10. Ayatsuji, 2009. səh. 660
  11. Ayatsuji, 2009. səh. 385
  12. Ayatsuji, 2009. səh. 8–13
  13. Ayatsuji, 2009. səh. 486–489
  14. "Another" (Japanese). Kadokawa Shoten. 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 may 2016.
  15. "Another (上)" (Japanese). Kadokawa Shoten. 3 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 may 2016.
  16. "Another (下)" (Japanese). Kadokawa Shoten. 3 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 may 2016.
  17. "Another (上)" (Japanese). Kadokawa Shoten. 14 March 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 may 2016.
  18. "Another (下)" (Japanese). Kadokawa Shoten. 14 March 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 may 2016.
  19. "Another: Episode S" (Japanese). Kadokawa Shoten. 16 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 may 2016.
  20. "Ayatsuji Plans 2 More Novels of Horror Franchise 'Another'". Anime News Network. February 28, 2012. 2012-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 may 2016.
  21. 1 2 "Yen Press Adds  '​Another '​ Horror Novel & Manga, Junya Inoue's BTOOOM! Manga". Anime News Network. July 13, 2012. 2015-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 may 2016.
  22. "Another (1)" (Japanese). Kadokawa Shoten. 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 may 2016.
  23. "Another (4)" (Japanese). Kadokawa Shoten. 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 may 2016.
  24. 1 2 "Anime Another with Noizi Ito, P.A. Works Debuts in January". Anime News Network. August 27, 2011. 2019-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2016.
  25. 1 2 "Staff & Cast" (Japanese). P.A.Works. 2013-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2016.
  26. "Sentai Filmworks Licenses Horror TV Anime Another". Anime News Network. January 16, 2012. 2012-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2016.
  27. "Promo for Episode 0 of Horror Anime 'Another' Streamed". Anime News Network. March 2, 2012. 2012-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2016.
  28. "MVM to Release Another on Blu-ray and DVD". Anime News Network. March 20, 2013. 2013-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2016.
  29. "Ring Horror Films' Sadako Gets 3D Live-Action Film". Anime News Network. February 15, 2011. 2011-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 may 2016.
  30. "Live-Action Film Teaser of Horror Novel 'Another' Posted". Anime News Network. March 2, 2012. 2018-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 may 2016.
  31. "The Honkaku Mystery Writers Club of Japan". Honkaku Mystery Writers Club of Japan. 2017-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2016.
Roman
Another. Hekayə
Yukito Ayatsuci. Rəsm: Hiro Kiyohara. Kadokawa Shoten tərəfindən çap olunub. İngilis versiyası Yen Press tərəfindən nəşr olunmuşdur.
  1. Cild. 1 (fə. 1–4): Another 1 (Japanese). September 30, 2010. ISBN 978-4-04-715534-3.
  2. Cild. 2 (fə. 5–9.5): Another 2 (Japanese). March 2, 2011. ISBN 978-4-04-715628-9.
  3. Cild. 3 (fə. 10–14): Another 3 (Japanese). September 1, 2011. ISBN 978-4-04-715772-9.
  4. Cild. 4 (fə. 15–20): Another 4 (Japanese). December 27, 2011. ISBN 978-4-04-120044-5.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
Anime və manqa
Film