Antipornoqrafik feminizm — feminizmdə, o cümlədən pornoqrafiyanı inkar edən və onu qadınlara qarşı zorakılığın növlərindən biri hesab edən radikal budaqdakı cərəyanlar.
Antipornoqrafik feminizm tərəfdarlarının fikrincə, pornoqrafiya qadın cinsiyyətini alçaldır, norma ilə bağlı təhrif olunmuş təsəvvürlər verir və gender zorakılığına səbəb olur. Amerikalı feminist və yazıçı Robin Morqan bu ideyanı "pornoqrafiya — nəzəriyyə, zorlama — təcrübə" kimi ifadə etmişdir.[1] Feminizm nəzəriyyəsində antipornoqrafik feministlər Karl Marksın ideyalarına, o cümlədən fetişləşmə və qadının əmtəəyə çevrilməsi ideyalarına əsaslanırlar. Pornoqrafiya və fahişəlik onlar tərəfindən qadınların istismarı ilə işləyən iki bərabər kommersiyalaşdırılmış sahə olaraq görülür.
Feminizmin bu istiqamətinə seksual liberal feminizmə qarşı qoyulur.