Sur (ərəb. صور; finikiycə 𐤑𐤅𐤓 Tsor — daşlı ada; q.yun. Τύρος Túros) — Finikiyada qədim şəhər. Bəzən bu şəhərin adını "yeni şəhər" kimi yozurlar. Livanın cənubunda bir şəhərdir.[1]
Sur | |
---|---|
صور | |
33°16′ şm. e. 35°12′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | e.ə. 2750 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 10 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Digər | |
tyremunicipality.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Finikiyalılar Aralıq dənizinin şərq sahillərində bir çox şəhərlər saldılar. Sonralar bu şəhərlərin hər biri ayrıca dövlətə çevrildi. Sayda, Sur, Kabil belə şəhərlərdən idi.
Geniş ticarət Sur şəhər-dövlətinin yüksəlməsinə şərait yalatdı. Sur qaya ada üzərində tikilmişdi. Adaya torpaq və daş tökülmüş və genişləndirilmişdi. Dəniz ticarəti nəticəsində finikiyalılar Aralıq dənizi sahillərində, Kipr, Siciliya, Sardiniya adalarında məskunlaşmışdılar.
Sur şəhəri tərəfindən e.ə. 825-ci ildə Karfagen şəhərinin əsası qoyuldu. E.ə. VII–VI əsrlərdə Şimali Afrikada ən böyük dövlətlərdən biri olmuşdur. Uzun müddət Romaya qarşı müharibələr aparmış, e.ə. 146-cı ildə romalılar tərəfindən məğlub edilmiş və onun yaratdığı sivilizasiya məhv olmuşdu.