Aqil Hacıyev

Aqil Cəfər Xəndan oğlu Hacıyev (10 avqust 1947, Şuşa, DQMV14 fevral 2019, Bakı) — klassik rus ədəbiyyatı kafedrasının müdiri (1984), professor (1984).

Aqil Hacıyev
Doğum tarixi 10 avqust 1947(1947-08-10)
Doğum yeri
Vəfat tarixi 14 fevral 2019(2019-02-14) (71 yaşında)
Vəfat yeri
Atası Cəfər Xəndan
Mükafatları "Şöhrət" ordeni

Aqil Hacıyev 10 avqust 1947-ci ildə Şuşa şəhərində Azərbaycan ədəbiyyatşünası, tənqidçisi, şair və tərcüməçi, filologiya elmləri doktoru, professor Cəfər Xəndanın ailəsində anadan olmuşdur. Hacıyev 1954–1965-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbi bitirmişdir. Orta məktəbi bitirdikdən sonra 1965–1970-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır.[1][2][3]

Elmi dərəcə və elmi adları

[redaktə | mənbəni redaktə et]

Aqil Hacıyev 1970–1973-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Filologiya fakültəsinin aspirantı olmuşdur. Belə ki, MDU-nin Rus ədəbiyyatı tarixi kafedrasına məqsədli aspiranturaya göndərilmişdir. O, 1973-cü ildə "A.S.Puşkinin "Ərzuruma səyahət əsəri" və "XIX əsrin 20–30-cu illərinin rus oçerki" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 1981-ci ildə isə dosent elmi adını almışdır. Hacıyev 1982-ci ildə "Tiflisdə "XX əsr rus ədəbiyatında Şərq" mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.[1][2] 1984-cü ildə professor elmi adını alıb.[2][3]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Aqil Hacıyev 1973–1976-cı illərdə Bakı Dövlət Universitetinin Rus ədəbiyyatı tarixi kafedrasının çalışıb. Burada 1973–1976-cı illərdə müəllim, 1976–1981-ci illərdə baş müəllim, 1981–1984-cü illərdə klassik rus ədəbiyyatı kafedrasının dosenti vəzifələrində çalışıb. O, 1982–1984-cü illərdə Bakı Dövlət Universitetinin Təbiət fakültələri üçün rus dili kafedrasının müdiri, 1984-cü ildən klassik rus ədəbiyyatı kafedrsının müdiri, 1990–1992-ci illərdə isə həmin universitetin Filologiya fakültəsinin dekanı vəzifələrində çalışıb.[1][2][3]

İştirak etdiyi konfranslar, kurslar, treninqlər

[redaktə | mənbəni redaktə et]
  • 1978 - II Kaptveloji simpozium (Gürcüstan, Tblisi)
  • 1989 - IV Türk xalq ədəbiyyatı və Yunus Emre seminarı (Türkiyə, Əskişəhər)
  • 1991 - Türk ədəbiyyatı seminarı (Türkiyə, Əskişəhər)
  • 1993 - III Türk kulturu konqresi (Türkiyə, Ankara)
  • 1995 - II Türk dünyası və kultur simpoziumu (Türkiyə, İznik)
  • 1999 - A.S.Puşkinin 200 illik yubileyinə həsr olunmuş konfrans (Azərbaycan, Bakı)
  • 2000 - VIII Türk xalq ədəbiyyatı seminarı (Türkiyə, Əskişəhər)
  • 2002 - IV kartveloji simpozium (Gürcüstan, Tblisi)
  • 2004 - II folkor konfransı (Azərbaycan, Bakı)
  • 2004 - I Müqaisəli ədəbiyyatşunaslıq konfransı (Azərbaycan, Bakı)
  • 2008 - Mir Cəlalın 100 illik yubileyinə həsr olunmuş elmi konfrans (Azərbaycan, Bakı)
  • 2008 - Heydər Əliyevin 85 illiyi və Mir Cəlalın 100 illiyinə həsr olunmuş elmi konfrans (Qırğızısıstan, Bişkek)
  • 2010 - Müasir Azərbaycanda rus dili (Azərbaycan, Bakı)
  • 2015 - Elmi-nəzəri konfrans (Azərbaycan, Bakı)

Çap olunmuş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • 1982 - "XIX əsrin 1-ci yarısı rus ədəbiyyatında Qafqaz". Bakı, (rus dilində)
  • 1984 - "Rus oçerkinin inkişaf tarixi". Bakı, (rus dilində)
  • 1986 - "Ədəbi qardaşlığın mərhələləri". Bakı, (rus dilində)
  • 1989 - "Puşkinin ətrafında". Bakı, (rus dilində)
  • 1992 - "A.A. Bestujev-Marlinski". Bakı, (rus dilində)
  • 1999 - "P.A. Katenin". Bakı, (rus dilində)
  • 2008 - "Rus adəbiyatında Qafqaz tematikası". Bişkek, (qırğız dilində)
  • 2010 - "Azərbaycan ədəbiyyatının səhifələri. Bakı.
  • 2011 - "Poeziyadan nəsrə ( Mir Cəlal nəsrinin poetic əsasları)". Bakı.
  • 2011 - "Rus ədəbiyyatında şərq". Dərslik (müştərək). Bakı.
  • 2012 - "Rus ədəbiyyatının səhifələri". Bakı.
  • 2014 - "Dünya ədəbiyyatının səhifələri". Bakı.
  • 2015 - "XIX əsrin I-ci yarısı rus ədəbiyyat". Dərslik. Bakı.
  • 2016 - "A. F. Veltman". Bakı. (rus dilində)

Metodik göstəriş və proqramlar

[redaktə | mənbəni redaktə et]
  • 2004 - Azərbaycan məktəbləri üçün rus dili proqramı V-XI sinif (müştərək)
  • 2004 - Azərbaycan rus dilli məktəblər üçün rus dili proqramı V-XI sinif (müştərək)
  • 2006 - Rus ədəbiyyatı proqramı V-XI sinif (müştərək)
  • 2006 - Bakalavrlar üçün XIX əsr rus ədəbiyyatı proqramı
  • 2006 - Bakalavrlar üçün ədəbi tənqid proqramı
  • 2006 - Ədəbiyyat. 5 sinif (müştərək) (rus dilində)
  • 2006 - Ədəbiyyat. 6 sinif (müştərək) (rus dilində)
  • 2006 - Rus ədəbiyyatı proqrammı V-XI sinif (müştərək)
  • 2007 - Ədəbiyyat. 9 sinif (müştərək) (rus dilində)
  • 2008 - Magistrantlar üçün XIX əsr rus ədəbiyyatı proqramı (müştərək)
  • 2008 - Magistrantlar üçün ədəbi tənqid proqramı
  • Aqil Hacıyev 1973–2018-ci illər ərzində çap olunmuş 350-dən artıq elmi məqalənin müəllifidir.
  • 30 oktyabr 2009-cu ildə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni.[4]
  • 2006-cı ildə Azərbaycanın pilot məktəblərinin 5 və 6-cı sinifləri üçün rus dili və ədəbiyyatı proqramları və dərslikləri (Dünya bankının qrantı).[3]
  1. 1 2 3 "Aqil Hacıyev". 2020-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-14.
  2. 1 2 3 4 Aqil Cəfər oğlu Hacıyev
  3. 1 2 3 4 "Klassik rus ədəbiyyatı kafedrasının müdiri, professor". 2018-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-26.
  4. "Bakı Dövlət Universitetinin əməkdaşlarının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". http://e-qanun.az (azərb.). 30 oktyabr 2009. 27 fevral 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2016.