Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Hacıyev Cəfər Zeynal oğlu (Cəfər Xəndan) — azərbaycanlı şair, tənqidçi, ədəbiyyatşünas, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1948), professor (1949).[1]
Cəfər Xəndan | |
---|---|
Cəfər Zeynal oğlu Hacıyev | |
Doğum adı | Cəfər Hacıyev |
Doğum tarixi | |
Doğum yeri | İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (51 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya İmperiyası→ AXC→ SSRİ |
Milliyyəti | azərbaycanlı |
Təhsili |
Gəncə Pedaqoji Texnikumu; ADPİ-nin Dil və ədəbiyyat fakültəsi |
Fəaliyyəti | yazıçı, şair |
Əsərlərinin dili | azərbaycanca |
Mükafatları | |
Cəfər Xəndan Vikimənbədə |
Cəfər Xəndan 1910-cu il mayın 8-də İrəvan şəhərində müəllim ailəsində doğulmuşdur. 1918-ci ildə ailəsi Gəncəyə köçmüş, ata-anası burada öldüyündən kimsəsiz qalan kiçik qardaş və bacısı ilə Gəncə uşaq evində yaşamışdır (1925-ci ilədək).
Gəncə Pedaqoji Texnikumunu bitirmişdir. Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, həm də fəhlə fakültəsində müəllimlik (1925–1929) etmişdir. İnstitutun Dil və ədəbiyyat fakültəsini bitirdikdən sonra aspiranturaya daxil olmuş, eyni zamanda institutun ədəbiyyat kafedrasının assistenti, sonra dosenti kimi fəaliyyət göstərmişdir (1932–1941).
M. F. Axundov adına Müəllimlər İnstitutunun Dil və ədəbiyyat fakültəsinin dekanı, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kafedra müdiri, Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunda şöbə müdiri, həm də Azərbaycan Yazıçılar İttifaqında təşkilat katibi, "Allahsız" jurnalının, "Ədəbiyyat qəzeti"nin məsul katibi, "Gənc işçi" redaksiyasında ədəbiyyat şöbəsinin müdiri vəzifələrində işləmişdir. Dissertasiya müdafiə edib fılologiya elmləri namizədi alimlik dərəcəsi almışdır (1939).
1941-ci ildə səfərbərliyə alınmış, sovet ordusu tərkibində siyasi rəhbər və jurnalist kimi alman işğalçılarına qarşı vuruşmuşdur. O, Cənub-Qərb, Şimali Qafqaz, Zaqafqaziya cəbhələrində siyasi şöbənin baş təlimatçısı, cəbhə qəzetlərində ("Vo slavu Rodinı", "Vpered k pobede", "Boets RKKA", "Vətən yolunda") məsul redaktorun müavini olmuşdur (1944–1946).
Ordu sıralarından tərxis olunandan sonra Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasında dosent, eyni zamanda "Kommunist" qəzetində Mədəniyyət və məişət şöbəsinin müdiri (1946–1947) işləmişdir. Universitetin Filologiya fakültəsinin dekanı (1947–1950), sonra isə dörd il Azərbaycan Dövlət Universitetinin rektoru (1950–1954) olmuşdur. 1954–1961-ci illərdə universitetin Sovet ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışmışdır. "1906–1946-cı illərdə Cənubi Azərbaycan xalqının milli azadlıq mübarizəsi və onun bədii ədəbiyyatda inikası" mövzusunda dissertasiya müdafiə edib doktorluq alimlik dərəcəsi almışdır.
"Qırmızı ulduz" (1942), "Qırmızı Əmək Bayrağı" (1946) ordenləri, "Qafqazın müdafiəsinə görə", "Almaniya üzərində qələbəyə görə" medalları, fəxri fərman və hədiyyələrlə mükafatlandırılmışdır. 1961-ci il avqustun 10-da Bakıda vəfat etmişdir. Bakı küçələrindən biri onun adını daşıyır.