Arıq Buğa

Arıq Buğa (monq. Аригбөх; 1219–1266) — Toluy xanın kiçik oğlu, Çingiz xanın nəvəsi.

Arıq Buğa
11 avqust 1259 – 21 avqust 1264
ƏvvəlkiMönke xan
SonrakıXubilay xan
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Monqol İmperyası
Vəfat tarixi
Vəfat yeri Monqol imperiyası
Fəaliyyəti Xan
Atası Toluy xan
Anası Sörköktəni Bəgi
Uşaqları Yubuqur, Melligteymur, TamaçiNayr Buğa
Ailəsi Çingizlilər

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Böyük xanlıq uğrunda Çingiz xanın nəvəsi, Mönkge və Hülakü xanın kiçik qardaşı Arıq Buğa və böyük qardaşı Xubilay qaan arasında müharibə baş verdi. Baydarın böyük oğlu Algü Arıq Buğanın da yardımı ilə xanlığı ələ keçirdi. 2 il sonra güc topladıqdan sonra Arıq Buğaya qarşı Xubilayın yanında müharibəyə başladı. Bu onu daha güclü etsə də Arıq Buğanın digər müttəfiqi Kaydu (Ugedeyin nəvəsi) ona qarşı Bərkə ilə müharibəyə başladı və məğlub oldu. Taxt yenidən Mütügenlərə, Mübarək Şaha keçdi. Mübarək şah müsəlman olan ilk xan idi. Buna görə Xubilay hirsləndi və Baydarın nəvəsi, Algünün qardaşı Yesüntoanın oğlu Barakı xan elan etdi. 1269-cu ildə Barak Mübarəkşahı sürgün etdirdi. Bu vaxt Arıq Buğanın keçmiş müttəfiqi Kaydu yenidən savaşa başladı. Barak isə Elxani hökmdarı Abaqa və Böyük xan Xubilayın tərəfində keçərək gücləndi. Daha sonra isə yenə Algü kimi tərəf dəyişdirsə də Elxani hökmdarı Abaqaya məğlub oldu. Kaydunun yanına dönərkən yolda öldü. Barakın oğulları isə Kayduya qarşı savaşmağa davam etdilər. Çoxu da Elxanilər dövlətinə, Azərbaycana köçdülər. Kaydu nəvəsi Negübeyi Çağatay xanı etdi. Daha sonra onun da üsyanına cavab olaraq Buğa Temürü xan etdi. Buğa Temür Mütügenin oğlu Börü-nün nəslindən gəlirdi. Buğa Temür isə 1282-ci ildə xəstəlikdən öldü.