Güyük xan

Güyük xan — Göyük ya da Küyük olaraq da bilinir (d. 1206 — ö. 1248) — Çingiz xanın nəvəsi, Monqolların böyük xaqanı Ögedey xanın böyük oğlu və varisi. Ögedeyın 1241-ci ildə ölməsindən sonra hüquqi olaraq dövlət xaqansız qalır, ancaq faktiki olaraq 1241–1246-cı illərdə hakimiyyətdə Güyükün anası olur. 1246-cı ildə anasının ölümündən sonra həm hüquqi, həm də faktiki baxımdan Güyük xaqan olur və beləliklə, Monqol İmperiyası öz III xaqanına qovuşur.

Güyük xan
monq. ᠭᠦᠶᠦᠭ ᠬᠠᠭᠠᠨ
monq. Гүюг хаан
Şəxsi məlumatlar
Doğum adı ᠭᠦᠶ᠋ᠦᠭ
Гүюг
Doğum tarixi 19 mart 1206
Doğum yeri
Vəfat tarixi 20 aprel 1248 (42 yaşında)
Vəfat yeri
Fəaliyyəti suveren[d]
Atası Ögedey xan[1]
Anası Töregene xatun
Ailəsi Çingizlilər
Dini Tenqriçilik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eyni zamanda naiblik vəzifəsi aparan anası Töregene xatının siyasî manevrları sayəsində 1246-cı ildə toplanan qurultayda böyük xaqan (qaan) seçildi. Qərbi xristiyanlığınca hərətiklik olaraq qəbul edilen nəsranilikdən böyük ölçüdə təsirləndi və çevrəsinə xristian müşavirlər topladı. Xanlığa seçilişi Çingiz xanın başqa nəvəsi, Rusiya fatehi və Qızıl Orda dövlətinin qurucusu Batı xanın nifrətinə səbəb olsa da, erkən ölümü Böyük Monqol imperiyasının bütünlüklə parçalanmasını önlədi. Güyük xan Büri xanla birlikdə Batı xanı təhqir etmişdi. Batı xan onları Ögedey xana şikayət etdi və xan onları cəzalandırdı.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]