Toqhon Teymur (25 may 1320, Yuan – 23 may 1370) — Çindəki Yuan dövlətinə hökmdarlıq etmiş monqol sülaləsinin son nümayəndəsidir[1][2][3] və onun Monqolustana gedişi ilə Çində Min sülaləsi hakimiyyətə gəlmişdir.
Toqhon Teymur | |
---|---|
monq. ᠲᠤᠭᠤᠨᠲᠡᠮᠤᠷ monq. Тогоонтөмөр | |
| |
Yuan imperiyasının XI imperatoru Monqolların XV xaqanı Çin imperatoru | |
1332 – 23 may 1370 | |
Əvvəlki | Rinçinbal xaqan |
Sonrakı | Biliqtü xaqan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (49 yaşında) |
Vəfat səbəbi | dizenteriya |
Fəaliyyəti | astronom, xəttat, rəssam, əsilzadə |
Atası | Xutuqtu xaqan |
Anası | Mailaiti |
Həyat yoldaşları |
İmperatriça Ki İmperatriça Danaşiri Bayan Xutuq |
Uşağı | Biliqtü xaqan |
Ailəsi | Borucigin |
Dini | buddizm |
Vikianbarda əlaqəli mediafayllar |
Togon Teymurun atası 1329-cu ildə hakimiyyətdə olmuş Yuan imperatoru Biliqtü xaqan, anası isə qarluq türk qəbiləsindən olan Mailaiti adlı bir qadın idi.[4] Atası vəfat etdikdən sonra hakimiyyətə əmisi Tok Temür (1329–1332) gəlmişdir. Əmisi hakimiyyətdə olarkan o, əvvəlcə Koreyaya, daha sonra isə Quanxiyə sürgün edilmişdir. O, sürgündə olarkən ögey anası Babuşa edam edilmişdir. 1332-ci ildə əmisinin ölümü ilə onun dul arvadı Budaşiri öz oğlu El Tegüsü yox, Togon Teymurun hakimiyyətə gəlməsini istəmiş, ancaq hakimiyyətə Togon Teymurun qardaşı Irinjibar gəlmişdir. Irinjibarin ölümü ilə Togon Teymur Quanxidən Pekinə gəlmişdir. Bu zaman faktiki hakim El Teymur idi. Togon Teymurun taxta çıxması El Teymur tərəfindən 6 ay gecikdirildi və 1333-cü ildə El Teymurun ölümündən sonra Togon Teymur taxta sahib ola bildi.
Papa John XXII və Papa Benedict XII 1317–1343-cü illərdə Krımdan Çinə qədər öz șəbəkələrini yaratdılar. 1338-ci ildə Vatikandan göndərilən John of Marignolli 1328-ci ildə ölən John of Montecorvinonu əvəz etdi. Yeni səfirlik nümayəndələri Togon Teymura Avropa atlarını hədiyyə gətirmişdi.
1338-ci ildə Dehli sultanı Məhəmməd bin Tugluq səyahətçi İbn Bəttutəni Yuana səfir təyin etdi. Hədiyyə isə 200 hindli qul idi. Ancaq hindli üsyançılar onlara hücum etdi. Dehli sultanlığının süvariləri 78 qurban verdi və hindli üsyançıların hamısı, yəni 4000 nəfər öldü. Bu hadisədən sonra heyət Togon Teymurun yanına gedə bildi.[5]
Koreyalılar yapon balıqçı gəmisini tutanda bunun casusluq olduğunu fikirləşdilər. Həmin dövrdə Koreyada Yuanın müstəmləkəsi olan Koreyo dövləti balıqçıları hökmdarları Togon Teymura göndərdi. Ancaq Togon Teymur balıqçıları Yaponiyaya geri göndərdi və buna cavab olaraq, bir keşişin başçılığı ilə Yaponiyanın Aşikaqa şoqunatı öz minnətdarlığını bildirmək üçün elçilərini Pekinə göndərdi
XIV əsrin 40-cı illərinin axırlarında xalq aclıqdan, daşqınlardan və quraqlıqdan əziyyət çəkirdi, hakimiyyətinin duz monopoliyası qanunsuz duz satanları narahat edirdi və beləliklə 1351-ci ildə Qırmızısarıqlılar üsyanı başladı. Togon Teymurun naibi Toghtogha böyük ordu topladı ancaq Togon Teymur onun xəyanət eləyəcəyini fikirləşdiyi üçün ona olan inamını itirmişdi və 1354-cü ildə Toghtogha naiblikdən getdi.
Togon Teymurun koreyalı Kraliça Kidən olan oğlu Ayushiridara 1353-cü ilde vəliəhd șahzadə oldu. O, xanın əvəzinə idarəçilik edənlərlə konflikti oldu. Onun anası Kralica Ki və şahzadənin naziri onu taxtı ələ keçirməyə inandırdı. Togon Teymur ise konfliktə son verə bilməsə də, oğlunun nazirini edam etdirdi. 1364-cü ilde Shangxi ərazisinin başçısı Bolad Temur Xanbalığı işğal etdi və şahzadəni onun qış iqamətgahından qovdu. Ayushiridara Henan ərazisinin başçısı Koke Temurla ittifaqa girdi və Bolad Temuru məğlub etdi. Bütün bu hadisələr ölkənin zəifləməsi ilə nəticələndi.
Cənubi Çində üsyançı qüvvələr birləşdi və Min dövləti yaradıldı. Min dövlətinin birinci lideri olan Zhu Yuanzhang 1368-ci ildə Yuan ordusunu məğlub etdi. Koke Temur Min generalı Xu Daya qarşı döyüşü uduzdu. Min qoşunu Hebeyə yaxınlaşdı. Togon Teymur Xanbalıqdan vaz keçdi və yay iqamətgahı olan Xanaduya getdi.
1369-cu ildə Shangdu Min işğalı altına düşdü və Togon Teymur Yingchanga-Daxili Monqolustana getdi və beləliklə, monqolların Çində hakimiyyəti zəiflədi. Togon Teymur 1370-ci ildə vəfat etdi. Onun oğlu Ayurşiridara Monqolustanda Şimali Yuan imperatoru olaraq taxta çıxdı və Qaraqoruma çəkildi.
Cənubi Koreyada Togan Teymura aid Shin Don (2005–2006) və Kraliça Ki (2013) serialları çəkildi.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |