Arabika (və ya Arbayka) — Gürcüstanın Qərbi Qafqaz ərazisində dağ massivi. Massiv Qaqara silsiləsində, Abxaziya ərazisində yerləşir. Yaxınlıqda Qaqra şəhəri var. Əsasən əhəng daşlı süxurlardan təşkil olunan bu massiv dünyada bu tip süxurların toplandığı bölgələrdən biridir. Ərazi Kutu - Şara və Bzıba çaylarının kanyon dərələri ilə kəsilib. Bölgə Qara dənizin cənub-qərbində yerləşir. Massiv Xaşupse və Sandripş çayları hövzələrindən qərbdə yerləşir. Arabika massivinin dəniz səviyyəsindən ən hündür zirvəsi 2661 metrdir. Arabika massivi dünyada mağaraları ilə, eləcə də dünyanın ən dərin mağaraları ilə tanınan massivdir — Veryovkin mağarası və Kruber mağaraları. 90-cı illərdə bu bölgədə 1710 metr dərinliyə yenidən (2001 il) çatılmış və sonra dünyada ən dərin mağara kəşf edilmişdir - 2000 metrdən dərin.(2004-cü il)
Arabika | |
---|---|
abx. Арбаика | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 2661 m |
Yerləşməsi | |
43°24′58″ şm. e. 40°21′30″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşməsi | Gürcüstan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Arabika adı abxaz mənşəli olub «арбаҕь аика» —xoruz çüxuru, hansı ki massivə bənzəyir. Sonralar bu ad SSRİ-də, daha sonra Rusiyada geniş istifadə olunmağa başlanıldı.[1][2]
Arabika massivi Şərqi Arabika, Qərbi Arabika, Cənub-qərbi Arabika, Cənubi Arabika və Şimali Arabika zonlarına bölünür. Massivi Kutu-Şara, Qeta və Bzıb çayları tərəfindən əhatə olunub. Çaylar dərin dərin kanyonlar yaradıb. Ərazidə yığcam olan mərkəzi olan hissə diqqət cəlb edir - 2600–2700 m. Cənub və cənub-qərb yamacları meşə ilə örtülüdür. Ərazi yuxarı yura və alt təbaşir süxurlarından ibarətdir. Bölgənin şimal-şərq yamacı daha dikdir.[3]
Bütün bölgə mağaralar ərazisi kimi məhşurdur. 1968-cı ildə massivin mərkəzi hissəsində geniş tədqiqat işləri həyata keçirildi və yükunda 45 mağara aşkar edildi. Məhs tədqiqatçılar bu zonanı " Üçbucaq" adlandırmış.
Massiv ərazisinə düşən atmosfer yağıntıları tədricən yer səthindəki yarıqlardan, qıflardan və quyulardan süzülərək mağaralar sisteminə daxil olur. Mağara daxilində bu sular sonradan yer altı su mənbələri ilə birləşərək kənarlardan böyük su axını fırmasında çıxırlar - Qeqski şəlaləsi (su sərfi 1500 l/s), Dərin göl (3000 l/s), Reprua (2000 l/s) , Soyuq Çay (1200 l/s).