Aralıq kərtənkələsi (lat. Lacerta media) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü.
Aralıq kərtənkələsi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstəüstü: Dəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Aralıq kərtənkələsi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Onların uzunluğu 170 mm, quyruğu isə 250 mm çox olur. Çəkisi 70 q təşkil edir. Bədəni boyunca 42-56 pulcuq vardır. Bədəni boyunca mavi nöqtələr vardır. Quyruğu və arxa hissəsi həmişə yaşıl olur[2].
Bu növə Türkiyənin şərqində, şimal-qərbi İran, Qafqazın Qara dəniz sahillərində yayılmışdır. Üstəlik onlara Azərbaycanın dağlıq rayonlarında da rast gəlinir.
Rusiyada isə iki bir-birindən aralıda yerləşən arealı vardır. Dağıstanın və Krasnodar diyarının qərb hissəsində yayılmışdır[3].
Aralıq kərtənkələsi arid meşələrdə, Palıd meşələrində, üstəlik üzümlüklərdə rast gəlinir. Onlara 2600 m yüksəkliklərə qədər yayılmışdır. Qışlama fevralın ikinci yarısına və ya aprel ayı ərzində bitir. Aprel ayında çütləşmə başlayırlar. Bir mövsüm ərzində iki dəfə olmaqla 9-18 yumurta qoyurlar. İri dişilər bəzən bir mövsüm ərzində 30 yumurta qoyur. Balalar iyunun əvvələri, ikinci yumurtadan çıxma avqustun əvvələrinə təsadüf edilir. Balaların uzunluğu 29–35 mm olur.
Aralıq kərtənkələsi Böçəklər, kəpənəklər, ikiqanadlılar, hörümçəklər, molyusklarla qidalanır. Bəzən onlar üzümlərlə qidalanır[4].
Arealın şimal hissəsində, Krosnadar diyarı və Dağıstan Respublikası ərazisində sayları nosbətən azdır. Şimali Ermənistan ərazisində isə 100 mm məsafədə 8-14 baş, Gürcüstanda isə 1-1,5 km məsafədə 30-40 baş kərtənkələyə rast gəlmək olar.