Araukariya (lat. Araucaria) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin araukariyakimilər fəsiləsinə aid bitki cinsi.
Araukariya | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Cins: Araukariya |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Həmişəyaşıl, adətən ikievli, 30–60 m hündürlüyündə olan ağacdır. Çətiri piramidaşəkilli, yaxud çətirə bənzərdir; yaşlı ağacların gövdələrinin səthi halqa şəklində qalınlaşmışdır. Yarpaqları (iynələri) coddur, tikanlıdır, uzunluğu 10 sm-ədək, eni 3 sm-dir və 10–40 il yaşayır. Növlərə görə yarpaqlar da müxtəlif ölçüdə və formada olur. Toxumları iri və qanadsızdır, çoxusu yeyilir. Araukariyalar 400-500 il yaşayır. 20-ədək növü var. Cənubi Amerika, Avstraliya, Yeni Qvineya və ona yaxın adaların təmiz və qarışıq meşələrində bitir. Bir çox növlərinin qiymətli oduncağı var. Dekorativ bitki kimi mülayim, isti və subtropik iqlimli ölkələrin (o cümlədən Qafqazın Qara dəniz sahillərində) parklarında becərilir.[2]