Araz Hidayət oğlu Zeynalov (7 iyul 1961, Bakı – 3 avqust 2022, Bakı) — azərbaycanlı jurnalist, publisist.[7]
Araz Zeynalov | |
---|---|
Araz Hidayət oğlu Zeynalov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR[2] |
Vəfat tarixi | [1] (61 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | ürək çatışmazlığı[3] |
Dəfn yeri | Yasamal qəbiristanlığı[4] |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | jurnalist[5] |
Təhsili | Bakı Dövlət Universiteti[6] |
Fəaliyyəti |
jurnalist publisist |
Fəaliyyət illəri | 1983–2022 |
Araz Zeynalov 1961-ci il iyulun 7-də Bakı şəhərində jurnalist ailəsində dünyaya gəlib.[8] 1978–1983-cü illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.[9] Əməkdar jurnalist, "Qızıl qələm" mükafatı laureatı Hidayət Zeynalovun oğludur.[10][11] O, həm də AiD kimi tanınan azərbaycanlı repçi Orxan Zeynallının atasıdır.
A. Zeynalov uzun illər jurnalist fəaliyyəti ilə məşğul olub. O, "Azərbaycan gəncləri", "Panorama", "Kaspiy" qəzetlərində çalışıb.[12] O, rusdilli vesti.az saytının ilk baş redaktoru olub. Uzun illər bu sayta rəhbərlik edib. Xəstəlik iş imkanlarını məhdudlaşdırandan sonra isə bir müddət sayt baş redaktorunun müşaviri kimi çalışıb.[13][14]
A. Zeynalov 2022-ci il avqustun 3-də Bakı şəhərində uzun sürən xəstəlikdən dünyasını dəyişib.[15][16][17][18] Mətbuat Şurası ölümüylə əlaqədar nekroloq imzalayıb.[19] Avqustun 4-də Yasamal qəbiristanlığında torpağa tapşırılıb.[20][21]