Azərbaycan gəncləri

Azərbaycan gəncləriAzərbaycan SSR-də qəzet. Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin orqanı. Həftədə üç dəfə nəşr olunmuşdur.

Azərbaycan gəncləri
Sahibi Azərbaycan Kommunist Partiyası
Yaranma tarixi 1919
Dil Azərbaycan dili

İlk nömrəsi 27 oktyabr 1919-cu ildə "Gənc işçi" adı ilə Bakıda Azərbaycan dilində çıxmışdır. Bakı şəhəri və onun rayonlarının Beynəlmiləlçi Fəhlə Gənclər İttifaqı Mərkəzi Komitəsi nəşr etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təqibi nəticəsində 1919-cu ilin axırlarında nəşri dayandırılmışdır. 1923-cü ilin fevralında "Gənc işçi" adı ilə yenidən çıxmışdır. İkinci Dünya müharibəsi illərində nəşri müvəqqəti dayandırılmış, 1945-ci ilin iyulun "Azərbaycan gəncləri" adı ilə yenidə nəşrə başlamışdır. Qəzet gənclərin partiyaya, kommunizm işinə sədaqət, sovet vətənpərvərliyi, beynəlmiləlçilik ruhunda tərbiyə edilməsinə böyük rol oynamışdır. 1976-cı ildə birdəfəlik tirajı 430 min nüsxə idi. 1931-ci ildə Azərbaycan SSR-nin "Qırmızı Bayraq" ordeni ilə təltif edilmişdir.[1]

  1. Азәрбајҹан ҝәнҹләри // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 158–159.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]