Ariadna

Ariadna (q.yun. Ἀριάδνη) — qədim yunan mifologiyasında[1] Krit hökmdarı Minosun qızı, Fedranın bacısı.

Ariadna
q.yun. Ἀριάδνη
Cinsi qadın[d]
Atası Minos
Anası Pasifaya
Qardaşı və bacısı Fedra, Katrey[d]
Əri
Uşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əfsanəvi qəhrəman Tesey Minotavrı öldürərkən Ariadnanın köməyindən istifadə etmişdir. Minotavr yolu tapa bilməsin deyə kral mahir usta Dedala labirint düzəltməyi əmr etmişdi və Minotavrı bu labirintə həbs etmişdi. Tesey isə xalqı bu qorxulu varlıqdan xilas etmək üçün labirintə girdiyi zaman Ariadna ona ip verir. Beləliklə, Tesey labirintə girir və nəhəng Minotavrı öldürür və Ariadnanın ipi vasitəsilə ordan xilas olmağı bacarır. Ariadna Minotavrı öldürməsi üçün Teseyə kömək etdikdən sonra onlar Kriti birlikdə tərk edirlər. Sonra Tesey məlum olmayan səbəblərə görə Ariadnanı Dia adasında qoyub gedir. Bundan sonra Ariadna şərab və ehtiras allahı Dionisə ərə gedir.

Film və seriallar

[redaktə | mənbəni redaktə et]
  • Kristofer Nolanın məşhur "Başlanğıc" ("İnception") filmində öz qurduğu xəyali labirintdə azan Cebbə kömək edən və onu buradan çıxarmağı bacaran tələbə qız obrazı Ariadna adını daşıyır.
  • Aqata Kristinin məşhur detektiv qəhrəmanı Erkül Puaroya bəzi hekayələrdə kömək edən və ona ipucu verməyi bacaran detektiv əsərlər yazarı xanım Ariadna Oliver adını daşıyır.
  • Umberto Ekonun məşhur "Qızılgülün adı" kitabının baş qəhrəmanı Baskervilli Uilyam hadisələrin baş verdiyi monastırın nəhəng kitabxanasında azarkən onun tələbəsi geyim kimi istifadə etdiyi örtüyünü sökür və bu zaman əsərdə "Ariadna ipi" ifadəsi xatırlanır.
  1. Мифы народов мира. М., 1991-92. В 2 т. Т.1. С.103