Həbibi Arif İzzət oğlu (1 iyun 1943 – 27 yanvar 2021) — Azərbaycan aktyoru, rejissor dublyajist, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2007).
Arif Həbibi | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Astara, İran |
Vəfat tarixi | (77 yaşında) |
Fəaliyyəti | Rejissor |
Fəaliyyət illəri | 1967-2012 |
Mükafatları |
Arif Həbibi 1943-cü il iyunun 1-də İran Astarasında anadan olmuşdur. 1967-ci ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin rejissor fakültəsini bitirmiş və həmin ildən "Azərbaycanfilm" kinostudiyasında işə başlamışdır. Dublyaj üzrə ali dərəcəli kinorejissordur.
Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. Xarici ölkələrdə istehsal olunan bədii, sənədli və cizgi filmlərini ana dilinə dublyaj, tərcümə və "ukladka" etmişdir. Kinostudiyanın istehsal etdiyi bədii filmlərin və Vaqif Mustafayevin filmlərinin səsləndirilməsində məsləhətçi-rejissor olmuşdur. R.İbrahimbəyevin "Sınıq körpülər" filminin rus dilindən tərcüməçisi və səslənmə rejissoru olmuşdur. Mədəniyyət və İncəsənət Universitetində dublyajdan dərs demişdir.10 ildən çox "Space" "Lider", "ANS", "ATV" tele kanallarında dublyajla məşğul olmuşdur. 1000-ə yaxın müxtəlif filmləri dublyaj etmişdir. Dublyaj etdiyi filmlər: "Kral Lir", "Rüstəm Zal haqqında əfsanə", "Qırmızı çadır", "Rezidentin səhvi", "Əlahəzrətin adyutantı", "Səyavuş", "Qaraqulaq ağ Bim", "Karnaval", "İmam Əli", "İudanın arvadı", "Mənim üç bacım", "Ağbəniz", "Mauqli", "Gəlinlərin qiyamı" və s. 27 yanvar 2021-ci ildə Bakıda vəfat edib.