Rüstəmov Arif Sədi oğlu (5 sentyabr 1959, Yuxarı Salahlı, Qazax rayonu) — fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, Bakı Dövlət Universitetinin Qazax filialinin direktoru.
Arif Rüstəmov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahələri | politologiya, sosiologiya |
Elmi dərəcəsi | fəlsəfə üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
İş yeri | Bakı Dövlət Universitetinin Qazax filialının direktoru |
Mükafatları |
1959-cu il sentyabrın 5-də Azərbaycan Respublikası Qazax rayonu, Yuxarı Salahlı kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1977-ci ildə Ağstafa rayonu 1 №li orta məktəbini qızıl medalla bitirmişdir.[1]
1977-ci ildə indiki Bakı Dövlət Universitetinə qəbul olmuş, 1982-ci ildə isə oranı müvəffəqiyyətlə bitirmişdir.[2] 1982–1985-ci illərdə Şamaxı rayonu Ərəbşalbaş kənd orta məktəbində tarix müəllimi və direktor müavini vəzifələrində işləmişdir.[3] 1985-ci ilin iyun ayından BDU-nun indiki politologiya və sosiologiya kafedrasında laborant, baş laborant, kabinet müdiri, müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir.[4]
2008–2013-cü illərdə BDU sosial elmlər və psixologiya fakültəsinin tədris işləri üzrə dekan müavini vəzifəsində işləmişdir. Politologiya və sosiologiya kafedrasının dosentidir. 4 mart 2019-cu ildən etibarən Bakı Dövlət Universitetinin Qazax filialinin direktorudur.[5] 1990-cı ildən fəlsəfə üzrə fəlsəfə doktorudur. 2003-cü ildən dosentdir.[6]
1 kitabın, 7 dərsliyin (həmmüəllif), 50-dən artıq elmi məqalənin, tədris proqramının və metodik işin müəllifidir. 1 nəfər elmlər namizədi yetişdirmişdir.[7]
Ailəlidir, 2 övladı var.
Tədris etdiyi fənlər
Tədqiqat sahəsi
Kitablar
Metodik vəsaitlər
Seçilmiş əsərləri