Arkadi Timofeyeviç Averçenko (rus. Арка́дий Тимофе́евич Аве́рченко; 15 (27) mart 1881[1][2], Sevastopol, Tavriya quberniyası[d][2] – 12 mart 1925[1][2], Praqa[3][2]) — Rusiya yazıçısı, satiriki, dramaturqu və teatr tənqidçisi, "Satirikon" (1908–1913) və "Novıy Satirikon" (1913–1918) jurnallarının redaktoru.
Arkadi Averçenko | |
---|---|
rus. Аркадий Тимофеевич Аверченко | |
Doğum tarixi | 15 (27) mart 1881[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 12 mart 1925[1][2] (43 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək-damar xəstəliyi[d] |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Fəaliyyəti | yazıçı, teatr tənqidçisi, yumor ustası, dramaturq, redaktor |
Əsərlərinin dili | rus dili |
Janr | satira |
arkadiyaverchenko.ru | |
Arkadi Averçenko Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Arkadi Timofeyeviç Averçenko 27 mart 1880-ci ildə Sevastopolda yoxsul tacir Timofey Petroviç Averçenkonun və Poltava vilayətindən istefada olan əsgərin qızı Susanna Pavlovna Sofronovanın ailəsində anadan olmuşdur.[4]
O, 1905-ci ildən sonra kontorçu kimi işləmiş, 1908-ci ildə "Satirikon"un redaktoru olmuşdur. "Jurnale dlya vsex", "Utre", "Zritele" və digər nəşrlərdə əməkdaşlıq etmişdir. Onun hekayələri ayrı-ayrı kitablar şəklində çap olunmuşdur. Averçenkonun yumoru dayaz, vodevil xarakteri daşıyır, baxmayaraq ki, nadir hallarda o, ictimai satiraya yüksələ bilmişdir. O, inqilab illərində mühacirət etməli olmuşdur. Averçenko Sovet Rusiyasını daim tənqid etmişdir.[5]