Armen Şekoyan (erm. Արմեն Շեկոյան; 28 mart 1953, İrəvan – 29 iyul 2021[1], İrəvan) — Ermənistan yazıçısı, şairi və jurnalisti.[2]
Armen Şekoyan | |
---|---|
Doğum tarixi | 28 mart 1953 |
Doğum yeri | |
Vəfat tarixi | 29 iyul 2021[1] (68 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | nasir, şair |
Mükafatları |
Armen Şekoyan 1974-cü ildə Xaçatur Abovyan adına İrəvan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmiştir. O, 1985-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun ali ədəbi kurslarında oxumuşdur. İrəvan Dövlət Tibb Universitetində, "Tsitserrnak" jurnalında, Ədəbiyyat İnstitutunda, "Sovetakan qroğ" nəşriyyatında, Ermənistan Mədəniyyət Nazirliyində işləmişdir. 1990–1992-ci illərdə "Nairi" nəşriyyatının baş redaktoru, 1992–1997-ci illərdə Ovannes Tumanyanın Muzeyinin direktoru olmuşdur.[3]
29 iyul 2021-ci ildə 68 yaşında vəfat etmişdir [4]
Armen Şekoyanın şeirlərində şəhər jarqonlarından istifadə xarakterikdir. "Erməni vaxtı" romanının müəllifi olmuşdur.[5]