Armxi çayı

Armxivə ya Kistinka(inquş Ӏарам-хий, inquş Кисти-хий[1][2]; oset. Мӕхъхъӕлдон, gürc. ქისტეთისწყალი) — İnquşetiyanın Ceyrax rayonundan və Vladiqafqaz (Şimali Osetiya) ərazisindən axan çay.

Armxi
inh/Кисти-хий, Ӏарам-хий
Kəndin yaxınlığında Armxi çayı. Olqeti
Kəndin yaxınlığında Armxi çayı. Olqeti
Ölkə Rusiya Rusiya
Region
Rayon
Mənsəbi Terek/Xəzər dənizi
Uzunluğu 28 km
Hövzəsinin sahəsi 298 km²
DSR[rus.] 07020000212108200003039
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Armxi Terek çayının bir qoludur. Çayın uzunluğu 24 km-dir. Su hövzəsinin sahəsi isə 298 km²-dir.

Armxi (Kistinka) Sunja, Assa və Fortanqa çayları ilə birlikdə İnquşetiyanın əsas çayıdır. Çay yerli əhalinin təsərrüfat həyatında önəmli rol oynayır. Hər üç çayın hövzələrinin ümumi sahəsi isə 3073 km²-dir.[3]

Armxi (və ya Kistinka) çayı Ceyrax dərəsində yerləşir. Mənbəyini Arjelom və Yukurulomduk silsilələri arasındakı buzlaqdan götürür. Çay əsasən dağ buzlaqlarından qidalanır. Çayda su həmişə əhəmiyyətli miqdarda olur. Güclü və uzun müddət davam edən yağışlardan sonra səviyyə iki dəfə qalxa bilər. Çayda yüksək su aprel-may aylarında, qış qarları əriyəndə və çoxlu yağış yağanda baş verir. Şam və ağcaqayın meşələrindən şimal-qərb istiqamətində axır. Qısa axınlarda çaya axan sularla dolur. Mənsəbi Terekin sağ sahili boyunca 551 kilometr məsafədə yerləşir. Əsas qolu olan Şondon çayı sola doğru axır. Yüksəklikdə yerləşməsinə baxmayaraq çay demək olar ki, donmur. Yalnız şiddətli şaxtalar düşəndə çayın müəyyən hissəsi donur.

Çayın sahilində Olqeti, Lyajqi kəndləri, aşağı axarında isə rayon mərkəzi Ceyrax yerləşir. Bu səbəbdən çay yerli əhalinin təsərrüfat həyatında vacib rol oynayır. Onun suyundan bostançılıqda və heyvandarlıqda istifadə olunur. Çay sularında xırda balıqlara da rast gəlinir. Bu səbəbdən çayda balıq ovuna da rast gəlinir.

Yaşayış məntəqələrinə yaxın axdığından ciddi çirklənməyə də məruz qalır. Belə ki, 2021-ci ildə ekoloqların təşkil etdiyi təmizlik aksiyası zamanı çayın özündən və ətrafından 30 kisə tullantı toplanmışdır.[4]

Su reyestri məlumatları

[redaktə | mənbəni redaktə et]

Rusiyanın dövlət su reyestrinin məlumatlarına görə, o, Qərbi Xəzər hövzəsi rayonuna aiddir. Çayın hövzəsi – Xəzər dənizi hövzəsinin TerekVolqa çayları arasındakı çayları əhatə edir. Çayın su təsərrüfatı sahəsi Terekin Rusiya Federasiyasının Gürcüstanla sərhədindən Ursdon çayının qovuşduğu yerə qədərdir.

Dövlət su reyestrindəki obyekt kodu 07020000212108200003039-dir.

  1. Сампиев И.М. Гидронимы Кистетии (Кистинского общества Ингушетии) // Сборник научных статей института социальных исследований. 2019. 176—185.
  2. "По следам легенды". ghalghay.com. 2020-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-29.
  3. "Информация о Ингушетии". 2010-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-30.
  4. "Берега реки Гулойхи в Ингушетии очистили от мусора". 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-31.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]