Mirzə Ələsgər Növrəs (1839, Şuşa – 1912, Şuşa) — Azərbaycan şairi.
Mirzə Ələsgər Növrəs | |
---|---|
Təxəllüsü | Новрес |
Doğum tarixi | 1839 |
Doğum yeri | |
Vəfat tarixi | 1912 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | şair |
Üzvlüyü | |
Mirzə Ələsgər Növrəs Vikimənbədə |
Mirzə Ələsgər bəy Kərbəlayı Abdin bəy oğlu Əhmədbəyov 1836-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Əslən Cavanşir-Dizaq mahalının Zərgər obasındandır. Mükəmməl mədrəsə təhsili almışdı. Şair idi. Növrəs təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Şuşada fəaliyyət göstərən "Məclisi-üns" şairlər yığnağının üzvü idi. O, ərəb, fars dillərini kamil bilməklə, rus dilini də tamam-kamal öyrənib qəza idarəsində kargüzar vəzifəsində çalışmışdı.
Mirzə Ələsgər Növrəs el şənliklərində toybaşı olardı. Mirzə Ələsgər Növrəs 1912-ci ildə vəfat edib. Onun dörd övladı olub. Qızı Fatimə bəyimi Xurşidbanu Natəvanın oğlu Seyid Həsənə ərə verib.[1].
Mirzə Ələsgər Növrəs Xurşidbanu bəyim Natəvan, Seyid Əzim Şirvani və başqaları ilə yazışırdı.
Onun adını daşıyan nəvəsi İqtisad Elmləri Namizədi, Dosent Növrəs Növrəslidir.
1872-ci ildə Mirzə Ələsgər Növrəs Azərbaycan şairəsi Xurşidbanu Natəvanın rəhbərlik etdiyi "Məclisi Üns" ədəbi dərnəkin fəal iştirakçılarından biri olub. O, həm də Mir Mövsüm Nəvvabın rəhbərlik etdiyi "Məclisi Fəramuşan"un daimi qonaqlarından olub. Bu məclislərə o dövrün ən görkəmli şairləri və musiqiçiləri toplaşıblar. Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvani zamanında Növrəsə şeirlə yazdığı məktubunda “Səlam olsun sənə, ey Kəbeyi-əhli-səfa, Növrəs” sözləri ilə Şamaxı ədəbi məktəbinin şairlərinin, “Səfa” cəmiyyətinin üzvlərinin onun yaradıcılığına hörmət və ehtiramını ifadə edib.[2] }}