Artemisia dracunculus var. redovskyi

Tərxun (lat. Artemisia dracunculus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.

Tərxun
Elmi təsnifat
Beynəlxalq elmi adı

AvrasiyaŞimali Amerikada vəhşi təbiətdə geniş yayılmışdır və kulinariya və tibbi məqsədlər üçün becərilir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik ədviyyəli bitkilərdəndir. Yerüstü hissəsi kolşəkillidir. Bütün bitki çılpaq, hamar, yaşıldır. Gövdələri düz dayanan, tək və ya bir neçə ədəddir, hündürlüyü 20–150 sm, buğumlu, az budaqlıdır. Yarpaqları bütöv, xətvari-neştərvari və ya xətvaridir, uzunluğu 1,5–8 sm, eni 1–10 mm-ə çatıb, aşağı gövdə yarpaqları 3 hissəlidir. Səbətləri çoxsaylı, şarşəkilli, sallaq, eni 2,5–4 mm, gövdənin və budaqların ucunda salxımlarla yığılmış və süpürgəvari hamaşçiçək əmələ gətirir.

Təzə tərxunda 0,1–0,5%, qurudulmuşunda isə 0,2–0,8% efir yağı vardır.

Tərxun bitkisi soyuğa davamlıdır, qışı yaxşı keçirir, 10–13 °C temperaturda belə normal inkişaf edir. Əkildiyi yerdə 8–10 il və daha çox inkişaf edərək məhsul verir, lakin tərəvəz bitkisi kimi tərxunu 4–5 ildən artıq eyni sahədə saxlamaq məsləhət görülmür. Çünki bundan artıq saxlandıqda məhsuldarlığı aşağı düşür, zəif inkişaf edir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Abşeronda dənizkənarı yamaclarda, qayalıqların ətəyində bitir. İyuldan-avqusta qədər çiçəkləyir. Meyvələri avqustda yetişir. Tоxum və yeraltı zoğlarla çoxalır. Həmçinin Gəncə və ətraf ərazilərdə yetişdirilir.

  • Achillea dracunculus Hort. ex Steud.
  • Artemisia aromatica A.Nelson
  • Artemisia cernua Nutt.
  • Artemisia changaica Krasch.
    • Artemisia desertorum var. macrocephala Franch.
  • Artemisia dracunculoides Pursh
    • Artemisia dracunculoides var. brevifolia Torr. & A.Gray
    • Artemisia dracunculoides var. dracunculina (S.Watson) S.F.Blake
    • Artemisia dracunculoides var. dracunculoides dracunculoides
    • Artemisia dracunculoides var. glauca (Pall. ex Willd.) Munz
    • Artemisia dracunculoides var. incana Torr. & A.Gray
    • Artemisia dracunculoides var. tenuifolia Torr. & A.Gray
    • Artemisia dracunculoides var. wolfii Rydb.
  • Artemisia dracunculus Pursh [Illegitimate]
    • Artemisia dracunculus subsp. dracunculina (S.Watson) H.M.Hall & Clem.
  • Artemisia dracunculus f. dracunculus
    • Artemisia dracunculus subsp. dracunculus dracunculus
    • Artemisia dracunculus var. dracunculus dracunculus
    • Artemisia dracunculus subsp. glauca (Pall. ex Willd.) h.m.hall. ex H.M.Hall & Clem.
    • Artemisia dracunculus var. humilis Krylov
  • Artemisia dracunculus f. humilis Krylov
    • Artemisia dracunculus var. humilis (Krylov) Poljakov
    • Artemisia dracunculus var. pilosa Krasch.
    • Artemisia dracunculus var. pratorum Krasch.
    • Artemisia dracunculus var. redovskyi Ledeb.
    • Artemisia dracunculus var. wolfii Rydb.
  • Artemisia glauca Pall. ex Willd.
    • Artemisia glauca var. cernua (Nutt.) Bush
    • Artemisia glauca var. dracunculina (S.Watson) Fernald
    • Artemisia glauca var. dracunculoides Bush
    • Artemisia glauca var. glauca glauca
    • Artemisia glauca var. magacephala B.Boivin
  • Artemisia inodora Hook. & Arn.
  • Artemisia inodora Willd.
  • Artemisia nutans Pursh [Invalid]
  • Artemisia nuttalliana Besser
  • Artemisia redowskyi Ledeb.
  • Draconia dracunculus (L.) Soják
  • Dracunculus esculentus Garsault [Invalid]
  • Oligosporus dracunculiformis (Krasch.) Poljakov
  • Oligosporus dracunculus (L.) Poljakov
    • Oligosporus dracunculus subsp. dracunculinus (S.Watson) W.A.Weber
    • Oligosporus dracunculus subsp. dracunculus dracunculus
    • Oligosporus dracunculus subsp. glauca (Pall. ex Willd.) Á.Löve & D.Löve
  • Oligosporus glaucus (Pall. ex Willd.) Poljakov
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 849.